Vergilər üzrə ümidsiz borclar nə zaman silinir?

posted in: Vergi, Xəbər | 0

Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Mövzu ilə bağlı Vergilər Nazirliyinin şərhində bildirilir ki, Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergi orqanları tərəfindən silinir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin müddəalarına əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər və qərarlar çıxarırlar.

Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən, Vergi Məcəlləsinin 93.1.3-cü maddəsində məhkəmə qərarı dedikdə hökmlər, qətnamələr və əmrlər başa düşülməlidir.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin bu il yanvarın 1-dən qüvvəyə minmiş 93.1.3-cü maddəsi bu maddə qüvvəyə mindiyi tarixədək qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə də tətbiq edilir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ümidsiz borclar, vergilər
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *