Kapital Bank-ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirildi

posted in: Xəbər | 0

Kapital Bank-ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirildi.

20 fevral 2020-ci il tarixində Kapital Bank-ın rəsmi təşkilatçılığı ilə keçirilən “Partners and Business” sərgisinin açılışı baş tutub. Sərgiyə Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə qatılıb.

Sərgidə yerləşdirilmiş Kapital Bank-ın xüsusi stendi vasitəsi ilə bankın təqdim etdiyi faktorinq, tarif paketləri, biznes kartlar və kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan digər məhsullar və BirKart haqqında ətraflı məlumat verilir. Stenddə, həmçinin yeni nəsil smart kassa cihazı da nümayiş olunur ki, sərgi iştirakçıları onun funksiyaları ilə yaxından tanış ola bilərlər.

22 fevral tarixinədək davam edəcək “Partners and Business” sərgisi Kapital Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir. Sərgidə sənaye, kənd təsərrüfatı, o cümlədən qida məhsullarının istehsalı, eləcə də informasiya və kommunikasiya texnologiyaları, təhsil, inşaat, logistika və s. sahələrdə fəaliyyət göstərən 150-yə yaxın yerli şirkət iştirak edir.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər KapitalBank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur. Həmçinin sahibkarlara yeni nəsil smart kassa cihazları ödənişsiz əsasda təklif olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan KapitalBank 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank

“Azərbaycanda yüksək idxal rüsumları qaçaqmalçılığa şərait yaradır”

posted in: Xəbər | 0

ixtisar, büdcə, DGK, gömrük, mal, idxal, dövlət büdcəsi, büdcə daxilolmaları, konsepsiya layihəsi, gömrük daxilolmaları, Gömrük təmsilçiləri, gömrük orqanı, Yaşıl dəhliz, Qaçaqmalçılıq, büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükAzərbaycan qanunvericiliyinin idxal əməliyyatları üzrə vergilərin və rüsumların həddindən artıq çox olması leqal fəaliyyət göstərən şirkətlərin bazara qaçaq yol ilə malların gətirilməsinə şərait yaradır ki, bununla bağlı mübarizə aparmaq çətinləşir. (idxal rüsumları)

Bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar” mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu elə bir sektordur ki, malın qaçaq yolla gəlməsi şansı digər mallara nisbətdə daha yüksəkdir.

“Biz bu gün birgə verə biləcəyimiz təkliflərlə gələcək fəaliyyətimizi müsbət mənada tamamilə dəyişə bilərik”, – deyə S. Mehdiyev qeyd edib.

O həmçinin istehsalın qorunması üçün qanunvericiliyə yenidən baxılması, həm emal sektorunun inkişafında, həm də idxal əməliyyatlarında şəffaflığın təmin olunmasında hər zaman sahibkarlara dəstək verməyə hazır olduğunu bildirib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
idxal rüsumları

Azərbaycanda ötən il 5,7 min nəfərə yaxın işçi ixtisara düşüb

posted in: Xəbər | 0

İxtisar2019-cu il ərzində Azərbaycanda 9,4 min iş yeri bağlanıb. Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, bu dövrdə bağlanmış iş yerlərinin 51,5%-i qeyri-dövlət sektorunun payına düşüb. (ixtisar)

İş yerlərinin 39,8%-i (3 741,2) müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,2%-i (5 658,8) isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.    

Xatırladaq ki, 2019-cu il ərzində ölkədə 192 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 27%-i qeyri-dövlət sektorunda açılıb.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ixtisar

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0

Mayın 14-15-də Bakıda “FinTex Sammit 2020” – maliyyə və texnologiyalar sərgisi keçiriləcək.

Bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyindən bildirilib.

Məlumata görə, tədbirin mövzusu “Bankçılıq və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Maliyyə Texnologiyaları və Təhlükəsizlik” olacaq.

Sərgi “VISA” beynəlxalq kart təşkilatı ilə birlikdə, ABA-nın, Azərbaycan Mərkəzi Bankının, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə təşkil olunur.

Tədbir maliyyə texnologiyaları, rəqəmsallaşma, ödənişlər ekosistemi sahəsində yeni və qarşıdan gələn trendlər ilə bağlı fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır. Bura həm də bu cür yeni məhsul və xidmətlər üçün hüquqi bazanın yaradılması ilə bağlı ən yaxşı təcrübələrin nəzərdən keçirildiyi və bu proseslərin maliyyə dayanıqlılığı və maliyyə inklüzivliyinin möhkəmləndirilməsinə və müştəri məmnuniyyətinə göstərdiyi təsirin öyrənildiyi yerdir.

Sammit müvafiq dövlət orqanlarının, maliyyə və bankçılıq üzrə tənzimləyici orqanların baş icraçı direktorları və menecmentini, kommersiya banklarının və maliyyə texnologiyaları şirkətlərinin yuxarı menecmentini, kommersiya və ictimai təşkilatlarının menecerlərini, digər qərarverici və təsiredici şəxsləri, bir sıra beynəlxalq maliyyə institutları və yerli səfirliklərin nümayəndələrini, akademikləri, maliyyə və bankçılıq məhsulları və xidmətləri təklif edən qabaqcıl şirkətləri və digər maraqlı tərəfləri bir araya toplayır.

Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiyalar Günləri” elan ediləcək və əlaqədar olaraq müxtəlif kənar tədbirlər (görüşlər, seminarlar, müsabiqələr və s.) keçiriləcək.

Forumun əsas mövzuları: 

– Banklar və Fintex: inkişaf edən münasibətlər;

– Ödənişlər və bank xidmətləri;

– Bankların elektron ticarətdə meydana çıxan rolu;

– Robotexnikaya keçid;

– Hüquqi çərçivə;

– Kiber təhdidlər və təhlükəsizlik;

– Pərakəndə bankçılıq: Daha güclü;

– Açıq bankçılıq: dəyişən maliyyə xidmətləri;

– Kriptosistem;

– Ağıllı bank texnologiyaları;

– Maliyyə xidmətlərində trendlər;

– Müştəri mərkəzli dünya (müştəri mərkəzlilik);

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
maliyyə, texnologiyalar sərgisi