Read More9
Read More9

Əmək müqaviləsi olmadan işləmək ilk növbədə işçinin özü üçün zərərlidir

posted in: Müqavilələr, Xəbər | 0

əmək müqaviləsi, xitam, əmək müqavilələrinin sayı,Son illər qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə mövcud hüquqi baza təkmilləşdirilib və bir sıra normativ hüquqi aktlar qəbul edilib. “Məşğulluq haqqında” qəbul edilən yeni Qanunda və fevralın 13-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq etdiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda layiqli əməyin təmin edilməsi və qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsində mühüm tədbirlərin görülməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov AZƏRTAC-ın müxbiri ilə söhbətində ölkəmizdə qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid barədə danışarkən deyib: (əmək müqaviləsi, emek müqavilesi)

– Həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq və əhatə dairəsini genişləndirmək məqsədilə ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri ilə sıx əməkdaşlıq qurulub. 2018-ci il yanvarın 1-dən qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq yaradılan İşsizlikdən Sığorta Fondu aktiv məşğulluq tədbirlərinin sayının artırılmasına və onun əhatə dairəsinin genişləndirilməsinə imkan verib. Elə bunun nəticəsində 2018-ci ildə özünüməşğulluq proqramı 6,5 dəfə genişləndirilib, layihəyə 7 min 267 nəfər cəlb olunub. Keçən il isə proqrama cəlb olunanların sayı 10 min 352 nəfərə çatıb.

2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət
sektoruna aid edilən vergi ödəyicilərində məcburi dövlət sosial sığorta haqları
üzrə maliyyə yükü işçilərlə işəgötürənlər arasında optimal bölüşdürülüb

İşçilərin və işəgötürənlərin formal məşğulluğa marağını artırmaq məqsədilə 2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisindən azad edilib. Habelə məcburi dövlət sosial sığorta haqları üzrə maliyyə yükü işçilərlə işəgötürənlər arasında optimal bölüşdürülüb.

Vergi yükünün optimallaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2019-cu ilin yanvarın 1-dən sadələşdirilmiş verginin dərəcəsi bütün ölkə ərazisində 2 faiz müəyyən edilib. Həmçinin özünüməşğul əhali kateqoriyasından olan bərbər, ofisiant, dərzi, çəkməçi və s. fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər üçün sabit vergi nəzərdə tutulub.

– Elnur müəllim, görülən tədbirlər hansı müsbət dəyişiklərə səbəb olub?

– İnzibatçılığın təkmilləşdirilməsi və sahibkarların işinin yüngülləşdirilməsi üçün məcburi sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının və əməkhaqqından tutulan gəlir vergisinin toplanmasının vergi orqanları tərəfindən həyata keçirilməsinə başlanılıb. Bu, sahibkarlıq subyektlərinə hesabatların “bir pəncərə” prinsipi əsasında təqdim olunmasına və nəzarət tədbirlərinin bir orqan tərəfindən həyata keçirilməsinə imkan verib. Qeyri-formal məşğulluğun aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər bir sıra müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək Müqaviləsi Bildirişi altsisteminin məlumatına görə, keçən ilin axırlarında əmək müqaviləsi bildirişlərinin sayı 1 milyon 554 min 420-ə çatıb. Başqa sözlə, 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artıb. Artımın 99 mini özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşüb. Ötən il əməkhaqqı fondu isə 42,3 faiz artıb, onun 39 faizi özəl, 45 faizi isə dövlət sektoruna aid olub. Median əməkhaqqında da 52 faiz artım baş verib.

Özünüməşğul əhali kateqoriyasından olan bərbər, ofisiant,
dərzi, çəkməçi və s. fəaliyyət növləri ilə fərdi qaydada
məşğul olan fiziki şəxslər üçün sabit vergi nəzərdə tutulub

Ötən il dövlət başçısının müvafiq fərmanları ilə minimum əməkhaqqının 93 faiz artırılması və digər mühüm sosial tədbirlər qeyri-formal məşğulluğun azaldılmasına müsbət təsir göstərib. Əməkhaqlarının rəsmiləşdirilməsi və əmək müqavilələrinin bağlanılması məsələlərində xeyli irəliləyişlər əldə edilib.

Əmək müqaviləsi ilə işləyən şəxslər qanunvericilik çərçivəsində onlar üçün nəzərdə tutulmuş sosial təminatlardan istifadə etmək hüququ qazanıblar. 2019-cu il ərzində əmək müqaviləsi artımı ən çox artım topdan və pərakəndə ticarət (28 min 831nəfər ), emal sənayesi (14 min 112 nəfər), tikinti (10 min 296 nəfər), dövlət idarəetməsi və müdafiə (51 min 443 nəfər) və digər sahələrdə müşahidə edilib.

Ümumilikdə isə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yarandığı 2017-ci il aprelin 1-dən bu il yanvarın 1-dək 276 min 444 əmək müqaviləsi bildirişi artımı müşahidə olunub. Əmək müqaviləsi olmadan işləmək ilk növbədə işçinin özü üçün zərərlidir. Məsələ burasındadır ki, müqavilə ilə işlədikdə işçinin sağlam və təhlükəsiz əmək şəraitində işləmək, minimum əməkhaqqı məbləğindən az olmayaraq əməkhaqqı ilə təmin olunmaq, pensiya təminatı hüququna malik olmaq, iş vaxtından artıq işlədikdə əlavə əməkhaqqı almaq, ödənişli məzuniyyətə çıxmaq, müxtəlif səbəblərdən iş yerini itirdikdə işsizlikdən sığorta ödənişi ilə təmin olunmaq hüququna malik olur. Müqaviləsiz işləyən işçi isə bütün bunlardan məhrum olur.

Ötən il əməkhaqqı fondu 2,3 faiz artıb, onun 39 faizi özəl, 45 faizi isə
dövlət sektoruna aid olub. Median əməkhaqqında da 52 faiz artım baş verib

– Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində başqa hansı tədbirlər görülür?

– Qeyri-formal məşğulluğa qarşı mübarizədə inzibati tədbirlərlə yanaşı, təbliğat və maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət daşıyır. Son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən paytaxtda və bölgələrdə qeyri-formal məşğulluğun qarşısının alınması mövzusuna həsr olunan maarifləndirici tədbirlər keçirilib. Həmin mövzuda 60-dan çox yazılı məlumat, 80-dək süjet, 10 sosial çarx, 20-dən çox poster hazırlanaraq kütləvi-informasiya vasitələri və sosial şəbəkələrdə yayılıb. Əmək müqaviləsinin əhəmiyyətini təşviq edən kreativ mesajların ictimai yerlərdə nümayişinə başlanılıb. Tanınmış şəxslər və blogerlər təbliğat kampaniyasına cəlb edilməklə videoçarxlar, həmçinin 50 mindən çox buklet hazırlanaraq yayımlanıb. Qeyri-formal məşğulluqdan zərər çəkənlər və formal məşğulluğun faydası barədə qısametrajlı sənədli filmlərin çəkilişləri davam edir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək müqaviləsi, emek müqavilesi, emek müqavilesi, emek müqavilesi

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (11-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

                           Mühasibatlığın əhəmiyyəti barədə ibrətamiz ifadələr (11-ci hissə) mühasibatlıq

10-cu hissəni oxumaq üçün keçidə daxil olun.

Mühasibatın başlanğıcı qədim dövrlərdə gizlənir ki, bu da insanlar təbiət və əmək əsərlərini qarşılıqlı surətdə bölüşməyə başlayanda, bu mübadilə hər hansı bir növ ümumi dəyiş-düyüş alətinə ehtiyac duyduqda və sonra öz mülkiyyətində və digər şəxslərin mülkiyyətində olan əmlakın dəyərini müəyyən etmək imkanı yarandıqda, mühasibat uçotunun prototipi olan hər hansı qeydlərin tətbiq edilməsi fikri öz-özlüyündə yaranmalı idi.

E.Q. Valdenberq.

Hesabdarlığın qədimliyinə əmin olmaqdan ötrü insanı yaşamaq üçün amansız mübarizə aparan ibtidai vəziyyətdə təsəvvür etmək kifayətdir. Biz onu ehtiyac üzündən gizləndiyi yerdən çıxıb ovçuluğa, balıq ovuna, meşələrdən, sudan və düzənliklərdən aclığını və susuzluğunu yatıra biləcək hər şeyi çıxarmağa vadar olduğunu görürük. O, öz mağarasına əldə edə bildiyi ovu gətirir, həmin qida qurtarana kimi istirahət edir və ehtiyac onu yeni istehlak məhsulları gətirməyə vadar etdikdə bayıra çıxır. Hələ ki, o bu cür mövcud olmaqda davam edir, çünki vəhşi insan hələ hesablamağa lüzum görmür. Onun həyatı əsl vəhşi həyatıdır.

O, hətta ailəyə də malik deyil, vəhşi heyvanlar kimi özündən doğulan uşaqları da çölə qovur ki, onlar öz qayğılarına elə özləri qalsınlar. Belə bir vəziyyət həmin vəhşi özünə oxşayanlardan birinin daha yaxşı ov etdiyini və ya bir sıra alətləri düzəldə bilənə kimi davam edir. Çünki həmin vəhşi özü də onun kimi olmaq istəyir. Həmin şeylərin mənimsənilməsi üçn qarşıda iki üsul durur: ya onu zorla almaq ya da razılıq əsasında əldə etmək. Bu üsullardan biri barədə seçim edərkən, xüsusilə də özünün daha zəif olduğunu anladıqda, onun ağlına dəyiş-düyüş etməklə bağlı fiir gəlir. Dəyişdirmə ərəfəsində isə ağlında daha bir fikir də formalaşır: ov zamanı əldə etdiklərinin bir hissəsini dəyişdirmək, qalanını isə başqa şeylərə dəyişdirmək üçün saxlmaq.

Bu zaman o, əvvəlcə nə əldə etmək istədiyi üzərində hesablama aparır. O, gözü ilə dəyişdirmək üçün nə verəcəyini müəyyənləşdirir. Və bu zaman danışıqlara gedir. Təbii ki, ilkin müzakirəsiz, əlbəttə, o, ola bilsin ki, əldə etmək istədiyi şeyin əvəzində az şey təklif etmək istəyir, yəni, öz əməyinin məhsulunun bir növ qeydinə qalır. Ama, qarşıdakı da eyni cür hesablama aparır. Nəhayət sülh yolu ilə dəyişdiriləcək əşyaların sayı barədə razılığa gəlirlər. Hər biri şərtləşdikləri sayda dəyiş-düyüşə gedirlər.  Beləliklə, insan tərəfindən həyata keçirilən ilk hesab peyda olub.

E. Leote

Aydındır ki, mübadilə edilən əşyaların dəyəri o dövrün adamlarında tamahkarlıq olmadığını nəzərə alsaq, yalnız onların hasilatına və ya əldə edilməsinə sərf olunan tarixdən əvvəlki əməyin təxmini məbləği ola bilərdi.

E.Q. Valdenberq 

İnsanlar artıq çoxdan uçotun zərurətini başa düşüblər, amma, onu necə nəzərə alınacağını tam başa düşmürlər.

Q. Emerson

Uçot bir şeyin qurulmasıdır, onun kəmiyyət və keyfiyyətli tərəfi ilə ölçülməsidir. Kəmiyyət ədədlərlə ifadə olunur, keyfiyyət isə qavrayışla ifadə olunur.

M.E. Vasilenko

“Mühasibat uçotu” elmi təsərrüfat faktlarının cari qeydiyyatının, dəyər ölçməsinin, hesab və balans ümumiləşdirməsinin prinsiplərini, qaydalarını, nəzəriyyələrini və konsepsiyalarını işləyib hazırlayır.

V.D. Novodvorskiy

12-ci hissəni oxumaq üçün keçidə daxil olun.


Məşğulluq Strategiyası ilə bağlı 2020–2025-ci illər üçün Tədbirlər Planı ciddi irəliləyişlərə imkan yaradır

posted in: Xəbər | 0

Dövlət rüsumuPrezident İlham Əliyevin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, Tədbirlər Planına əsasən, əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq, nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modeli formalaşdırılacaq, nazirliyin “Məşğulluq” altsistemi inkişaf etdiriləcək, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işi gücləndiriləcək. İşsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri, həmçinin əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

2020–2025-ci illər üçün nəzərdə tutulan tədbirlər sırasına qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi də daxildir. Eləcə də həmin dövr ərzində əlilliyi olan şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması, işə düzəlmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestrinin yaradılması, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması təmin olunacaq.

İşəgötürənlərlə məşğulluq orqanları arasında əlaqə mexanizminin təkmilləşdirilməsi, həmin orqanların fəaliyyətinin nəticə əsaslı keyfiyyət göstəricilərinin hazırlanması və tətbiqi də tədbirlər sırasında yer alır.

Özünüməşğulluğa cəlb edilmiş və biznes planlarını uğurla icra edən iştirakçıların “ABAD” mərkəzlərinin və KOB evlərinin xidmətlərinə istiqamətləndirilməsi üçün təkliflər hazırlanacaq. Haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi və təşkili mexanizminin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması təmin olunacaq.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Tədbirlər Planı

Azərbaycanda neçə nəfər 8000 manatdan çox maaş alır?

posted in: Xəbər | 0

muzdlu, maaş, orta aylıq əmək haqqı, maaş, dövlət rüsumu, vəzifə maaşları əmək haqqı vergi daxilolmaları DGK“Azərbaycanda vergi güzəştləri həmişəlik deyil, müəyyən müddətə tətbiq olunur. Bu güzəştlərin yerini doldurmaq üçün potensial kifayət qədər böyükdür”.  (maaş)

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bu güzəştlərin hesabına dövlət büdcəsinin itkilər olduqca çox olsa da, dolayısı ilə həmin itkilər kompensasiya olunur.

“Məsələn, kənd təsərrüfatı sahəsini götürsək, burdan 20 ildən çoxdur ki, torpaq vergisindən başqa heç bir vergi tutulmur. Bu güzəştin də məbləği 100 milyonlarla manatla ölçülür. Büdcə bu pulu ala bilərdi, amma kənd təsərrüfatı məhsulları istehsalçılarının sərəncamında qalır. Həmçinin keçən ildən əməkhaqqısı 8 000 manata qədər olan, qeyri-neft sektorunda və özəl sektorda işləyən şəxslərdən gəlir vergisi tutulmur. Azərbaycanda 8 000 manatdan çox əməkhaqqı alanların sayı 600-dən bir qədər çoxdur.

Bu da büdcə üçün maliyyə itkisi hesab edilə bilər, amma biz elə hesab etmirik. Bunlar hamısı ondan ötrüdür ki, uçot düzəldilsin, şəffaflıq təmin olunsun. Yəni dürüstlük bu itkiləri kompensasiya edir. Ötən il büdcəyə 1 milyard manat əlavə vəsaitin toplanması elə bunun hesabınadır. Yəni uçot, dürüstləşmə, şəffaflaşma, dövriyyələrin və yayınanların üzə çıxarılması, vergiyə cəlb olunması bunların hamısını kompensasiya edir. Düşünürəm ki, nəticələr gələcəkdə bundan da yaxşı olacaq”, – Sahib Ələkbərov qeyd edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
maaş
error: Content is protected !!