Əmtəəsiz əməliyyatlar aparan vergi ödəyiciləri üçün qaydalar sərtləşdirilib

posted in: Vergi, Xəbər | 0

Bakıda “Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru” başlığı altında keçirilən konfransdakı çıxışında Vergilər nazirinin müavini İlkin Vəliyev vergi orqanlarının fəaliyyətinin əsas strateji istiqamətlərini qeyd edərək, bunun “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına yönəlik olduğunu vurğulayıb. (Əmtəəsiz əməliyyatlar, vergi ödəyiciləri)

“Vergi inzibatçılığında şəffaflığa aparan yol” mövzusunda çıxış edən İ.Vəliyev həmin strateji istiqamətlər üzrə inzibatçılığın təmin edilməsi məqsədilə 69 elektron xidmətin yaradıldığını deyib. 2019 və 2020-ci illərdə Vergi Məcəlləsində edilən dəyişikliklər barədə bildirilib ki, bu ildən bəzi aksizli malların aksiz dərəcələri artırılıb, bəzi malların aksiz dərəcələri isə optimallaşdırılıb. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergitutma metodu ləğv edilib.

Hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin ƏDV-yə və mənfəət vergisinə cəlb edilməsi qərara alınıb. Eləcə də “Malların alış aktı” ciddi hesabat blankı elektronlaşdırılıb, heyvan ətinin satışı 4 il ərzində ƏDV-dən azad edilib, quş əti satışının ƏDV-dən azadolma müddəti daha 4 il müddətinə uzadılıb, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan sahəsi istisnasız vergidən azad edilib.

İ.Vəliyevin sözlərinə görə, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə 2020-ci ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin həmin fiziki şəxslərə qaytarılması, əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı nəzarətin gücləndirilməsi əksini tapıb: “Əmtəəsiz əməliyyatların aparılması aşkar edilərsə, vergi öhdəliklərinin benefisiarın, yəni bu işdən faydalanan şəxsin üzərinə qoyulması nəzərdə tutulub. Əgər əmtəəsiz əməliyyat həyata keçirilirsə və sənəd varsa, həmin sənədin xərc maddəsi kimi qəbul olunmaması, eyni zamanda, həmin mallar ƏDV ödəyicisindən alınarsa, ƏDV-nin əvəzləşdirilməməsi kimi şərtlər qoyulub”.

İ.Vəliyev qeyd edib ki, bu dəyişikliklər vergilər üzrə göstəricilərə də müsbət təsir göstərib. “Kölgə iqtisadiyyatı”nın azaldılmasının ən mühüm göstəricilərindən biri dövriyyələrin artımıdır. Qeyri-neft sektorunda dövriyyələr 9,5 faiz, ticarət sektorunda 23,6 faiz, pərakəndə ticarətdə isə 33 faiz artıb. İaşə xidmətində dövriyyə artımı 22,8 faiz olub.

Nazir müavini malların, işlərin, xidmətlərin təqdim edilməsinin sənədlə müşayiət edilməsi faktlarına da toxunub. Respublika üzrə mallar, işlər, xidmətlər təqdim edilən zaman sənədlə rəsmiləşdirilmə 6,7 faiz artıb: “Əsas 2 sahədə – ticarət və istehsal sektorunda artım daha çox olub. Ticarət sektorunda malların pərakəndə ticarətçilərə paylaşdırılmasını nəzərə alsaq, burada rəsmiləşdirmə 14,9 faiz artaraq 81,3 faizə çatıb. Topdansatış sahəsində malların təqdim edilməsi tamamilə sənədlə aparılır. İstehsal sektorunda isə rəsmiləşdirmə göstəricisi 8,6 faiz artaraq 74,4 faizə çatıb”.

Nazir müavini bunların təsdiqi üçün ƏDV-nin depozit hesabında olan hərəkətlərə nəzər yetirilməli olduğunu deyib. Ötən il ƏDV depozit hesabının bankdan mədaxil olan hissəsi 21 faiz artaraq 2,2 milyard manata çatıb. Səyyar vergi yoxlamaları isə 44 faiz azalıb. İslahatlar vergi daxilolmalarına da müsbət təsir göstərib. Qeyri-neft sektorunda 9,2 faiz artım olub. “Kölgə iqtisadiyyatı”na birbaşa bağlı olduğundan istehsal sahəsində büdcəyə hesablamalar 34,6 faiz, ticarət sahəsində isə 7,2 faiz artıb.

İ.Vəliyevin sözlərinə görə, ötən il əməkhaqqı fondunda 19 faiz, muzdlu işçi sayında isə 18,3 faizlik artım olub. “Kölgə iqtisadiyyatı”nın azaldılması üçün bunların kifayət etmədiyini bildirib: “Ümumilikdə “kölgə iqtisadiyyatı”nın azaldılması üçün nağd dövriyyələrə də nəzarət edilməsi mütləqdir. Bunun çıxış yolu kimi 2019-cu ildən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqinə başlanılıb. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq, bu proses 4 mərhələdən ibarətdir. İlk 2 mərhələ 2019-cu ildə 91 faiz icra edilib. 2020-ci ildə 3-cü mərhələnin icrasına başlanılıb və artıq 17,1 faizi icra edilib. Tam olaraq bütün vergi ödəyicilərinin əhatə edilməsi 2022-ci il dekabrın 31-də başa çatacaq. Bu dövrədək vergi orqanları nağd əməliyyatları həyata keçirən bütün obyektləri, əsasən də pərakəndə ticarət və ictimai iaşə obyektlərini yeni nəsil NKA-lar ilə təmin etməlidirlər”.

Nazir müavini qeyd edib ki, hazırda 9100-ə yaxın NKA quraşdırılıb və indiyədək onlar vasitəsilə 105 milyon çek çap olunub, 1 milyard 295 milyona yaxın dövriyyə keçib: “Yeni nəsil NKA-ların tətbiqini sürətləndirəcəyimizə inanırıq. 2022-ci ilin sonu bir qədər uzundur, çalışırıq ki, bu prosesi daha qısa müddətdə yekunlaşdıraq. Həmin NKA-lar vasitəsilə tam nağd dövriyyələrə nəzarət edə bilirik. Bununla “kölgə iqtisadiyyatı”nın azalmasında gələcək addımları müəyyən etmək üçün vəziyyətə daha düzgün qiymət vermək mümkün olacaq”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmtəəsiz əməliyyatlar, vergi ödəyiciləri, Əmtəəsiz əməliyyatlar, vergi ödəyiciləri, vergi ödəyiciləri

Əcnəbi və vətəndaşlığı olmayanlara iş icazələri tam elektronlaşdırılacaq

posted in: Xəbər | 0

elektron xidmət, elektron xidmətlər portalı,Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması nəzərdə tutulur.

Bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, Tədbirlər Planında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması nəzərdə tutulub.

Bununla bağlı Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırıqlar verilib.

Bax: Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair tədbirlər planı təsdiq edildi

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
iş icazələri, 

BirBank “Visa Cashless Forum”da iştirak edib

posted in: bank, Xəbər | 0

BirBank “Visa Cashless Forum”da iştirak edib.

BirBank 12 fevral 2020-ci il tarixlərində Bakıda keçirilən “Visa Cashless Forum Azerbaijan 2020” tədbirində iştirak edib. Tədbirdə dövlət qurumlarının, bankların, özəl şirkətlərin nümayəndələri, həmçinin Visa şirkətinin menecerləri iştirak və çıxış ediblər.

Çıxış edənlər sırasında həmçinin Kapital Bank-ın Marketinq və Məhsullar İdarəsinin Baş Direktoru Samir Məmmədov da var idi. O, öz çıxışı zamanı BirBank mobil tətbiqi barədə ətraflı məlumat verdi. 1 milyondan çox istifadəçisi olan BirBank ölkənin ən tanınmış tətbiqi olmaqla yanaşı, iOs və Android əməliyyat sistemində tövsiyə olunan tətbiqlərin ilk onluğunda yer alır. Özündə bir sıra innovativ funksiyaları birləşdirən BirBank NFC təmassız ödəniş funksiyasını, QR kod vasitəsilə nağdılaşma, digital kart kimi qabaqcıl rəqəmsal bank məhsullarını müştərilərə təqdim edir.

“Təbii ki, belə bir möhtəşəm tədbirin Bakıda keçirilməsi çox sevindirici bir haldır. Tədbir çərçivəsində müxtəlif qurumlardan olan mütəxəssislərlə fikir və təcrübə mübadiləsi, eləcə də yeni texnologiyalar haqqında müzakirələr aparıldı. Düşünürəm ki, bank sektorunun gələcəyi məhz müasir texnologiyalar üzərində qurulur. Biz də öz növbəmizdə, rəqəmsal transformasiya və nağdsız ödənişlərin stimullaşdırılması sahəsində mühüm işlər görürük”, – deyə, Kapital Bank-ın Marketinq və Məhsullar İdarəsinin Baş Direktoru Samir Məmmədov bildirib.

Qeyd edək ki, Visa beynəlxalq ödəniş sistemi tərəfindən və Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycanda ilk dəfə təşkil olunan forum “Driving the Future” (“Gələcəyə doğru hərəkət”) mövzusu altında keçirilib

İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
BirBank

Azərbaycanda vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr yaradılır

posted in: Xəbər | 0

Büdcə Məlumat İdarəetmə Sistemi, inzibati cərimələr, Maliyyə Nazirliyi hesabatlarMaliyyə Nazirliyində “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılır.  (gömrük güzəştləri)

Həmin sistemə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” və Dövlət Gömrük Komitəsinin “Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” inteqrasiya olunaraq müvafiq məlumatlara çıxış imkanı yaradılacaq.

Yeni sistem vasitəsilə ötürüləcək bəyannamə məlumatları güzəşt tətbiq olunan vergi və gömrük rüsumlarının hər bir növü üzrə mülkiyyət, iqtisadi fəaliyyət, neft və qeyri-neft sektoru parametrləri baxımından dövlət büdcəsinə güzəştlərin tətbiqi nəticəsində mədaxil olunmayan vəsaitlərin hesablanmasına, nəticə etibarı ilə faktiki büdcə itkilərinin müəyyən edilməsinə imkan yaradacaq.

Sözügedən sistem eyni zamanda ortamüddətli dövr üçün həmin güzəştlərin tətbiqinin dövlət büdcəsinin gəlirlərinə təsirlərinin proqnozlaşdırılmasını da təmin edəcək.

İnteqrə edilmiş “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin yaradılması Nazirlər Kabinetinin 8 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na uyğun olaraq həyata keçirilir. Həmin qayda “Büdcə sistemi haqqında” qanuna edilmiş dəyişikliklər əsasında hazırlanıb.

Bu il proqram təminatının yazılması, sistemin qurulması və müvafiq dövlət qurumlarının inteqrasiyasının həyata keçirilməsi və 2021-ci ildən sistemin aktiv iş prosesinin təmin edilməsi nəzərdə tutulur.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi, gömrük güzəştləri