1.8 milyard manat vergi ödəyən yerli şirkət
Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” 2019-cu ildə dövlət büdcəsinə 112 mln. manat ödəniş həyata keçirib. (vergi)
Bunu “Azercell”in ötən ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.
Onun sözlərinə görə, ümumilikdə, 23 il ərzində bu rəqəm 1,845 mlrd. manat olub.
“Şirkət tərəfindən ölkənin telekommunikasiya sahəsinin inkişafına ötən il 94,5 mln. ABŞ dollarından çox, ümumilikdə isə 1,621 mlrd. dollardan artıq sərmayə yatırıb. 2019-cu ildə sosial layihələrə ümumilikdə 253 min dollardan artıq vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 mln. dolları ötüb”, – deyə V. Mürsəliyev qeyd edib.
V. Mürsəliyev onu da əlavə edib ki, 2019-cu il ərzində “Azercell” 1 617 ədəd yeni radio baza stansiyası (RBS) qurub ki, bunlardan 1 217 ədədi 4G şəbəkəsini dəstəkləyir: “Şəbəkə vasitəsilə ötürülən internet trafikin həcmi 304% artıb. Ötən ilin sonu şirkət tərəfindən ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsi istifadəyə verildi”.
Mənbə: apa.az
Bax:
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsində 2020-ci il yanvarın 1-dən vergidən azadan olunan, qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlarla yanaşı “mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar” ifadəsi yer alıb.
“Facebook” şirkəti 9 milyard ABŞ dolları məbləğində vergidən yayınıb.
Dövlət Statistika Komitəsi “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Qərarında dəyişiklik edib. Dəyişiklik rəsmi statistika hesabatı ilə bağlıdır.