Read More9
Read More9

Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətlərin qəbulu

posted in: Xəbər | 0

Məcburi dövlət sosial sığortası, mdss, işsizlik sığortası, Vergilər nazirinin müavini, Vergi ödəyicisi, Elektron qeydiyyat, Vergi ödəyicisi vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitamXidmətin adı: Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətlərin qəbulu. (Şəxsi hesab vərəqəsi)

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 87.2-ci maddəsi

– “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun10-cu maddəsi

– AR Prezidentinin 29.03. 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR-nın VN haqqında Əsasnamə”nin 8.2 və 8.4-1-ci bəndləri

– AR Prezidentinin 23.05.2011- ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2- 1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və ARnın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.13-cü bəndi

– VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin Rəqəmsal vergi inzibatçılığı departamenti

İcra müddəti: 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Şəxsi hesab vərəqəsindən çıxarış (elektron kabinetə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Şəxsi hesab vərəqəsi

Riskli vergi ödəyicisi və nəzarət tədbirləri

posted in: Vergi, Xəbər | 0

gömrük, vergi güzəşti, vergi yoxlaması, e-qaimə, VHF,Müəssisə riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır.

Vergi Məcəlləsinin 83.7-ci maddəsində göstərilir ki, vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 87.3-1-ci maddəsinə əsasən, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Riskli vergi ödəyicisi, 

Vergi təqvimi – 20 fevral 2020-ci il

posted in: Vergi, Xəbər | 0

Gəlir vergisi (Xüsusi notariuslar üzrə) (Vergi təqvimi)

Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübüdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.

Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə)

İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim etməyə borcludurlar.

Əlavə dəyər vergisi

ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verməli və həmin müddətədə vergini dövlət büdcəsinə ödəməlidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergi təqvimi,

Online şəkildə elektron kitab aldıqda ƏDV hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0

mühasibatlıq, ibrətamiz ifadələr, Mühasibatlığın əhəmiyyəti, vakansiya,mühasib,Sual: İnternet vasitəsilə elektron kitab və video-materiallar almaq istəyirəm. Vergi məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr ƏDV-dən azaddır. Bilmək istərdim ki, Elektron kitabın və video materiallarının alışı zamanı məndən 18% ƏDV tutulacaq? Elektron kitab və video materiallar kütləvi informasiya vasitələri məhsulu sayılır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
elektron kitab, ƏDV
error: Content is protected !!