fbpx

Riskli vergi ödəyicisi və nəzarət tədbirləri

posted in: Vergi, Xəbər | 0
birbank biznes

gömrük, vergi güzəşti, vergi yoxlaması, e-qaimə, VHF,Müəssisə riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır.

Vergi Məcəlləsinin 83.7-ci maddəsində göstərilir ki, vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 87.3-1-ci maddəsinə əsasən, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Riskli vergi ödəyicisi, 
Print Friendly, PDF & Email
error: Content is protected !!