Read More9
Read More9

DGK yanvarda büdcəyə ödənişləri 1% artırdı

posted in: Xəbər | 0

gömrük, mal, idxal, dövlət büdcəsi, büdcə daxilolmaları, konsepsiya layihəsi, gömrük daxilolmaları, Gömrük təmsilçiləri, gömrük orqanı, Yaşıl dəhliz, Qaçaqmalçılıq, büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükBu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 333,701 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin yanvar ayı müqayisədə 4,056 milyon manat və yaxud  1,2% çoxdur. (büdcə)

Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 7,881 milyon manat və yaxud 10,3% artaraq 84,361 milyon manat olub.

Həmçinin ƏDV üzrə daxilolmalar 2,856 milyon manat və yaxud 1,2% artaraq 235,905 milyon manat, aksizlər 7,183 milyon manat və yaxud 42,6% azalaraq 9,679 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 501 min manat və yaxud 15,4% artaraq 3,756 min manat təşkil edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
DGK, büdcə

Qonşu ölkədə bir milyondan artıq sahibkar mənfəət vergisindən azad edilib

posted in: Xəbər | 0

vergi amnistiyası, muhasibat, peşə,Qazaxıstanda bir milyondan artıq sahibkar mənfəət vergisindən azad edilib. (mənfəət vergisi)

Qazaxıstan qanunvericiliyində edilmiş son dəyişikliyə əsasən, bir milyondan artıq sahibkar 2023-cü ilin yanvarına qədər korporativ, sosial və torpaq vergisi ödəməyəcək. Dövlət Gəlirləri İdarəsinin mərkəzi kommunikasiya şöbəsindən bildirilib ki, sahibkarlar vergi hesabatı təqdim etməli və nəzarət-kassa aparatlarından istifadə etməlidirlər. Bundan əlavə, kiçik və orta biznes subyektləri də üç il ərzində nəzarət orqanlarının yoxlamalarından azad edilib.

Dövlət Gəlirləri İdarəsi sədrinin müavini Janibak Nurcanov bildirib ki, yoxlamaların dayandırılması sahibkarlıq subyektlərinin öz fəaliyyətlərinin yoxlanılması barədə müraciətləri əsasında aparılan yoxlamalara və yerin təkinin istifadəçilərinə şamil olunmayacaq.

Riskli vergi ödəyicilərinə növbədənkənar səyyar vergi yoxlaması açılacaq?

posted in: Xəbər | 0

Riskli vergi ödəyicilərinə növbədənkənar səyyar vergi yoxlaması açılacaq?

əlavə vergiSual: Müəssisəmiz riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi?

Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır. Eyni zamanda, Vergi Məcəlləsinin 83.7-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır.

Həmçinin, Vergi Məcəlləsinin 87.3-1-ci maddəsinə əsasən, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.

Əsas: Vergi Məcəlləsi, 38.3.8-1-ci, 50.2.5-ci, 83,7-ci, 87.3-1 və 89.3-cü maddələr.

Mənbə: taxes.gov.az

səyyar vergi yoxlaması,səyyar vergi yoxlaması,səyyar vergi yoxlaması

Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“8 saatlıq iş rejimini pozanlarla bağlı səyyar yoxlamalar olacaq”

posted in: Xəbər | 0

pensiya, Minimum pensiya,Minimum pensiyanın artırılması8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu iki istiqamətdə işləyəcək. (8 saatlıq iş rejimi, yoxlamalar)

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, ilkin olaraq bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıqların edilməsi istiqamətində olacaq.

“İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsi olacaq. Hazırda təkliflər hazırlanır, hökümətə təklif ediləcək və müvafiq qərardan sonra təmin ediləcək. Araşdırmalarımız, monitorinqimizin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xərəbdarlığın edilməsi, işçiyə və işəgötürənə hüquq və vəzifələrini izah edilməsi olacaq. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq ediləcək. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər”, – deyə nazir qeyd edib.

Mənbə: azvision.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
8 saatlıq iş rejimi, yoxlamalar
error: Content is protected !!