Pensiya artımı hansı pensiyaçıları ehatə edəcək?

posted in: Xəbər | 0

Prezident İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı ilə 1 yanvar 2020-ci ildən təxminən 1 milyon 120 min nəfərin pensiyasının sığorta hissəsi 16,6 faiz artırıldı. Yanvar ayı üçün hesablanan artımlar da fevral ayında ödəniləcəkdir. Minimum pensiya isə artaraq 233,2 manat olacaqdır. Fərdi hesabın sığorta hissəsi qanunvericiliyə edilən dəyişikliyə uyğun olaraq infliyasiya səviyyəsinə uyğun, yəni cəmi 2,6 faiz artacaqdır. (Pensiya artımı)

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi 2018-ci ildən orta illik əməkhaqqı artımı göstəricisinə görə aparılır. Əmək pensiyalarının sığorta hissəsi 2018-ci ilədək əvvəlki il ərzində ölkə üzrə qeydə alınmış istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya göstəricisinə uyğun olaraq hesablanıb artırılırdısa, 2018-ci ildən etibarən bir il ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə uyğun müəyyən edilərək artırılır.

Ölkədə əmək pensiyasının minimum məbləği keçən il ərzində bütövlükdə 72,4 faiz artırılmışdı. 2019-cu il martın 1-dən əmək pensiyasının minimum məbləği 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı.

Pensiyalar orta aylıq əməkhaqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirildiyi üçün son 16,6 faizlik artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları, yəni 1 milyon 120 minə yaxın insanı əhatə edəcək. Bu artımdan sonra ölkə üzrə orta aylıq pensiya məbləği 262 manatdan 300 manata çatacaq.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Pensiya artımı

Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

posted in: bank, Xəbər | 0

Xəbər verdiyimiz kimi Kapital Bank, “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. 2019-cu ilin ikinci mövsümdə “Bilik Kuboku”nun sahibi və Azərbaycan çempionu “İçəri şəhər” komandası olub.

Kapital Bank-ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. Qalib komandaya 3000 manat pul və korporativ hədiyyələr təqdim edilib.

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, KapitalBank həmçinin “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan KapitalBank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank

Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə hesabatların qəbul edilməsi

posted in: Xəbər | 0

Vergilər nazirinin müavini, Vergi ödəyicisi, Elektron qeydiyyat, Vergi ödəyicisi vergi ödəyiciləri xidmət mərkəzləri Aktiv vergi Vergilər satıcı xitamXidmətin adı: Məcburi dövlət sosial sığortası (MDSS) və işsizlik sığortası üzrə hesabatların qəbul edilməsi.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: Gücləndirilmiş elektron imza.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 16 və 72-ci maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin İqtisadi təhlili departamenti və Rəqəmsal vergi inzibatçılığı departamenti

İcra müddəti: Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər: Hesabatın təqdim edilməsi haqqında arayış

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Məcburi dövlət sosial sığortası, mdss, işsizlik sığortası

Gömrük rüsumundan azad edilən məhsulların siyahısında dəyişiklik edilib

posted in: Xəbər | 0

vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. (Gömrük rüsumları)

Dəyişiklik Azərbaycana gətirilən toxumluq kartofla bağlıdır.

Qüvvədə olan qərara əsasən, indiyə qədər hər il mart, aprel, may aylarında Azərbaycana idxal edilən toxumluq kartof görük rüsumundan azad olub. Dəyişikliyə əsasən, bundan sonra ölkəyə gətirilən toxumluq kartof fevral, mart və aprel may aylarında gömrük rüsumundan azad olacaq.

Qeyd edək ki, bu qərar fermerlərin kartof əkini ilə bağlı zamanında subsidiya ala bilməsinə şərait yaradacaq.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17
noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal
nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və
ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik
edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 dekabr tarixli 463 nömrəli, 10 dekabr tarixli 471 nömrəli, 17 dekabr tarixli 477 nömrəli və 2020-ci il 31 yanvar tarixli 28 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Mal mövqelərinin adları” sütununda “mart, aprel, may,” sözləri “fevral, mart, aprel,” sözləri ilə əvəz edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Gömrük rüsumları