Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı online məlumatlandırma tədbiri keçiriləcək
Yanvarın 31-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kiçik və orta biznes nümayəndələri üçün “Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və tətbiq olunan yeniliklər” mövzusunda onlayn maarifləndirmə tədbiri keçiriləcək. KOBİA-dan bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn tədbirdə sahibkarlar Vergilər Nazirliyinin nümayəndələri tərəfindən vergi sahəsində dövlət siyasəti və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaq.
Onlayn tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompüter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür. KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcək.
Onlayn maarifləndirici tədbirlə bağlı daha ətraflı məlumatı buradan əldə etmək olar.
Mənbə: vergiler.az

Sual: EVHF tətbiqi ilə əlaqədar sual ünvanlamaq istəyirəm. Belə ki, nəqliyyat vasitəsi ilə satışı həyata keçirən bir müəssisə (məsələn, quş əti satışı, süd məhsulları satışı) gün ərzində vergi ödəyicisi kimi qeydiyyatda olmayan yüzlərlə müştəriyə pərakəndə məhsullar satırsa, vergi məqsədləri üçün satışın rəsmiləşdirilməsi kimi hansı vasitədən istifadə edə bilər? Kağız köhnə qaimə formalarının yazılması kifayətdirmi?
Xidmətin adı: Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi.
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə