Read More9
Read More9

Para BOKT Sumqayıt şəhəri üzrə təcrübə proqramı elan edir

posted in: Xəbər | 0

Təcrübə Proqramı, Mühasibatlıq,İnsan Resursları,Para BOKT hazır və təcrübəli kadrlara üstünlük verdiyi kimi, təcrübəsi olmayan gəncləri də düşünür və onlar üçün daima əlverişli şərait yaradır. Biz, iş stajı olmayan, lakin ali təhsil ocaqlarını yeni bitirmiş və ya qiyabi təhsil alan gəncləri müvafiq təcrübə proqramına cəlb edirik. Təcrübəçilər təşkilatımızda korporativ mühitə düşərək işgüzar həyatla tanış olur, onlar yeni biliklər, bacarıqlar və təcrübə əldə edirlər. (təcrübə proqramı)

Təcrübə proqramını uğurla başa vuranlar isə təşkilatımızda işlə təmin olunurlar.

Cəmiyyətimizin gələcəyi olan gəncləri Para BOKT-da karyera imkanlarından faydalanmağa və Para BOKT ailəmizin bir üzvü olmağa dəvət edirik.

Maraqlanan şəxslər Sumqayıt üzrə təcrübə proqramı başlığı ilə   / ünvanına CV ilə müraciət edə bilərlər.

Mənbə: banker.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təcrübə proqramı

Əlavə dəyər vergisinin bəyannaməsi üzrə edilmiş dəyişikliklər

posted in: Vergi, Xəbər | 0

O cümlədən 1, 3, 4, 5 nömrəli Əlavələr üzrə yeniliklər. Aparılan dəyişikliklər ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, dəyişikliyin qüvvəyə minməsindən öncəki dövrdə ƏDV tutulmalı olan əməliyyatın tarixi elektron VHF-sının təqdim edildiyi və yaxud bilavasitə malın (işin, xidmətin) təqdim edildiyi vaxt qəbul edilirdisə, dəyişiklik qüvvəyə mindikdən sonra bu tarixin müəyyən edilməsi təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin nağd və ya nağdsız qaydada vergi ödəyicisinə ödənilməsi ilə şərtləndirilir. (ƏDV bəyannaməsi)

Vergi Məcəlləsində edilmiş müvafiq dəyişikliklərlə bağlı ƏDV bəyannaməsində bir sıra dəyişikliklər edilmişdir.

ƏDV-nin vergitutma mexanizmində edilmiş dəyişikliklərin bəyannamə formasında nəzərə alınması məqsədilə ƏDV bəyannaməsinin “Hesabat dövründəki dövriyyə üzrə” bölməsi “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri”, “Daxil olmuş məbləğ” və “ƏDV məbləği” sütunlarına ayrılmışdır.

Məlum olduğu kimi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Dəyişiklikdən əvvəlki ƏDV bəyannaməsi üzrə xüsusi çəkinin müəyyənləşdirilməsi zamanı “Dövriyyə məbləği” sütununda olan göstəricilərə istinad edilirdisə, dəyişiklik edilmiş ƏDV bəyannaməsində isə vergi tutulan əməliyyatların xüsusi çəkisi “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri” sütunu üzrə olan göstəricilərə əsasən müəyyənləşdiriləcəkdir.

Diqqət edilməli hallardan biri də 01.01.2020-ci il tarixədək təqdim edilmiş e-VHF-lar üzrə yaranmış debitor borclara hesablama aparılmışdırsa, 01.01.2020-ci ildən sonra həmin debitor borclar üzrə daxil olmalar təkrar vergiyə cəlb edilə bilməz.

Eyni zamanda 1 yanvar 2020-ci il tarixdən sonra təqdim edilmiş malın (iş, xidmət) vergitutulan əməliyyatın vaxtı pul vəsaitinin daxil olması ilə bağlı olduğundan, hesabat dövrü ərzində dəyəri ödənilməyən əməliyyatlar ƏDV məqsədləri üçün vergitutma obyekti yaratmadığı üçün debitor borcların artımına səbəb olur.

İddia müddətinin bitməsi, vəsaitin daxil olması və ya digər hallarda debitor borcların həmin hesabat dövründə silinməsini nəzərə alaraq, bəyannamə məlumatlarının düzgün əks etdirilməsi, vergi ödəyicilərinin ödənişi daxil olmamış təqdim edilmiş mallara (işlər, xidmətlər) görə mübahisəli hesablamaların aparılmaması, vergi tutulan əməliyyatın vaxtının düzgün müəyyən edilmədiyi üçün səyyar vergi yoxlamaları zamanı vergi ödəyicilərinin əlavə sanksiyalara məruz qalmaması baxımından ƏDV bəyannaməsində 307 və 307-1 kodlu sətirlərdən ibarət olan “Debitor borcların hərəkəti barədə” hissə yaradılmışdır.

Qeyd edilən hissədə 307 kodlu sətr 01.01.2020-ci il tarixdən sonrakı hesabat dövrləri üzrə təqdim edilmiş mal, iş və xidmətlərə görə yaranmış debitor borcların vergi tutulan əməliyyatın vaxtının düzgün müəyyən edilməsinə, 307-1 sətri isə 01.01.2020-ci il tarixədək yaranmış debitor borclar üzrə vəsait daxil olduğu zaman əlavə hesablamaların aparılmamasına xidmət etmiş olacaqdır.

Əlavə olaraq bildirim ki, vergi ödəyicilərinin vergitutma obyektinin uçotunun düzgün aparılması baxımından 2020-ci ilin yanvar ayı üzrə təqdim edilməli olan ƏDV bəyannamələrində həmin tarixə qədər yaranmış debitor borcların hərəkəti barədə məlumatlar yeni yaradılmış müvafiq sətirlərdə (307-1) qeyd ediləcək.

Eyni zamanda, bu günə qədər mövcud ƏDV bəyannaməsinin “Hesabat dövründə dəqiqləşdirilən (163-cü maddəsinə əsasən) əməliyyatlar üzrə ƏDV-nin hesablanması” bölməsində Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əməliyyatın xarakterinin dəyişməsi zamanı alıcı tərəfindən əvəzləşdirilmiş ƏDV məbləğlərinin artıb və ya azalması ilə bağlı dəqiqləşmələrinin qeyd edilməsi üçün ayrıca sətirlər olmadığından mənfəət (gəlir) vergisinin bəyannamələri üzrə dövriyyələrin müqayisəsi zamanı müəyyən çətinliklər yaranırdı ki, bu halların qarşısının alınması məqsədilə həmin bölmədə “Əvəzləşdirilən əməliyyatların azaldılmasına və ya artırılmasına görə ƏDV-nin hesablanması” ilə bağlı yeni sətirlər əlavə edilmişdir.

Digər dəyişikliklə ƏDV bəyannaməsinə gəlirdən birbaşa çıxılmayan kapital xarakterli xərclərin ayrıca bəyan edilməsi üçün yeni alt sətirlər əlavə edilmişdir.

1 yanvar 2020-ci il tarixədək qüvvədə olan ƏDV bəyannaməsi üzrə əvəzləşdirilən ƏDV məbləğləri üzrə bəzi hallarda kapital xarakterli xərclərin müəyyən edilməsi mümkün olmadığından əvəzləşdirilən və bəyan edilməli olan ƏDV məbləğləri arasında kənarlaşmaların olması mübahisəli hesablamalar ilə nəticələnirdi. Məhz bu səbəbdən, yeni artırılmış sətirlərdə bəyan ediləcək göstəricilər gəlirdən birbaşa çıxılmayan kapital xarakterli xərclər üzrə əvəzləşdirilmiş ƏDV məbləğləri ilə bəyan edilməli ƏDV məbləğləri arasında yaranan kənarlaşmaya görə əlavə vergi məbləğlərinin hesablanmasının qarşısının alınmasına xidmət etmiş olacaqdır.

Onu da qeyd etmək lazımdır ki, ƏDV bəyannamələrində bəyan ediləcək kapital xarakterli xərclərin məbləği ilə təqvim ili üzrə təqdim ediləcək mənfəət (gəlir) vergisinin bəyannamələrinin 1 nömrəli Əlavəsinin “Kapitallaşdırma üçün aktivlər” sətrinin dövr ərzində daxil olmuş sütununda olan məbləğ ilə müqayisə olunacaqdır.

Daha bir yenilik 1 yanvar 2020-ci il tarixdən sonra təqdim ediləcək ƏDV bəyannamələri üzrə “Muzdlu işlə əlaqədar vergi bölməsi”nin ləğv edilməsi ilə bağlı olmuşdur. Beləliklə bundan sonra vergi ödəyiciləri tərəfindən muzdlu işlə əlaqədar məlumatlar “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” üzrə yaradılmış vahid bəyannamədə rüblük olaraq təqdim ediləcəkdir.

Yuxarıda qeyd olunanlarla yanaşı ƏDV bəyannaməsinin 1, 3, 4 və 5 nömrəli Əlavələrində də bir sıra dəyişikliklər edilmişdir.

1 yanvar 2020-ci il tarixədək qüvvədə olan ƏDV bəyannaməsinin 1 nömrəli Əlavəsi üzrə Yük Gömrük Bəyannamələrinin (YGB) əlavə edilməsi zamanı bir sıra məlumat xarakterli sütunlar qeyd edilirdi ki, bu da əksər hallarda texniki olaraq düzəlişlərin edilməsi ilə bağlı uyğunsuzluq məktublarının göndərilməsi, cavab məktubu daxil olmadıqda isə əvəzləşdirilmə üçün əlavə edilmiş YGB-lərin siyahıdan çıxarılmasına, sonradan dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi kimi hallar ilə nəticələnirdi. Vergi ödəyiciləri tərfindən YGB-lərin əlavə edilərək bəyannamə tərtibatı zamanı baş verəcək xətaların aradan qaldırılması ilə bağlı əksər sütunlar ləğv edilərək optimallaşdırılmışdır.

Vergi Məcəlləsinin 166-cı maddəsinin yeni redaksiyasına əsasən 3, 4, 5 nömrəli Əlavələrdə “Dövriyyə məbləği” sütunu “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri” sütunu ilə əvəz edilmiş və yeni “Daxil olmuş məbləğ” sütunu əlavə edilmişdir.

Həmçinin ayrı-ayrı əməliyyatlar üzrə ƏDV tutulan əməliyyatın vaxtının dəqiq müəyyən edilməsi üçün 3 nömrəli Əlavəsinin “Əlavə dəyər vergisi tutulan əməliyyatlar barədə məlumat” bölməsinə, eyni zamanda ƏDV bəyannamələri ilə Mənfəət (gəlir) vergisi bəyannamələri arasında yarana biləcək kənarlaşmaların minimuma endirilməsi məqsədilə Əlavənin 3-cü “ƏDV tutulan əməliyyat sayılmayan əməliyyatlar barədə məlumat” bölməsinə də edilmiş son dəyişikliklərə uyğun olaraq yeni sətirlər əlavə olunmuşdur.

Əlavə olaraq Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması ilə bağlı bəyannamənin 5 nömrəli Əlavəsinə müvafiq dəyişikliklərə uyğun olaraq yeni sətirlər də əlavə edilmişdir.

Vergi ödəyicilərinin inzibati yükünün azaldılması, vaxtına qənaət edilməsi məqsədi ilə 1 yanvar 2020-ci il tarixdən sonra Bəyannamə Tərtibatı Proqramında ƏDV bəyannaməsinin hər bir Əlavəsi tərtib edildikcə daxil edilən göstəricilər “Verginin hesablanması” bölməsinin müvafiq sətirlərində avtomatik əks etdiriləcəkdir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
ƏDV bəyannaməsi, ƏDV bəyannaməsi

Qısaldılmış iş vaxtı hansı hallarda tətbiq olunur?

posted in: Xəbər | 0

noyabrAltıgünlük iş həftəsində iş vaxtlarının 36 saat və 24 saat bölünməsinin bir səbəbi də qısaldılmış iş vaxtında bəzi işçilər üçün maksimum bu müddətin müəyyən olunmasıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. (Qısaldılmış iş vaxtı)

Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Maddədən göründüyü kimi, qısaldılmış iş vaxtının müəyyən olunmasında müəyyən kateqoriyalı işçilər var ki, onlar üçün mütləq olaraq qısaldılmış iş vaxtı müəyyən edilməlidir. Həmin işçilər üçün qısaldılmış iş vaxtında maksimum iş saatı aşağıdakı kimi müəyyən edilir:

  • həftəlik iş saatı 24 saatdan çox olmayanlar: 16 yaşınadək işçilər;
  • həftəlik iş saatı 36 saatdan çox olmayanlar: 1-ci, 2-ci qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər.

Misal 1. Həftəlik 40 saatlıq iş rejimi olan işçi işəgötürənə müvafiq tibb məntəqəsindən hamilə olması haqqında arayış təqdim edir. İşəgötürənin əmri əsasında arayışın təqdim edildiyi tarixdən işçinin həftəlik iş saatı 36 saata endirilməlidir.

Misal 2. Həftəlik 40 saatlıq iş rejimi ilə işləyən işəgötürən 2-ci qrup əlili işə qəbul edir. Artıq işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsinə görə işçinin həftəlik iş saatı 36 saatdan artıq olmamalıdır.

Misal 3. Analıq məzuniyyətindən işə qayıdan işçi üçün həftəlik 36 saatdan artıq olmayan iş rejimi uşağın bir il altı ayı tamam olandan sonra bitir. İşəgötürən işçinin yenidən həftəlik 40 saatlıq iş rejiminə qayıtması haqqında əmr verir. Amma burada bir məqama diqqət yetirmək lazımdır: əgər işçi uşağını təkbaşına böyüdərsə, o zaman işəgötürən belə əmr verə bilməz. Bu halda işəgötürən yalnız uşağın üç yaşı tamam olduqdan sonra işçini həftədə 40 saatlıq iş rejiminə qaytara bilər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
Qısaldılmış iş vaxtı

Azərbaycanda xarici müəssisələrin sayı son bir ildə 34% artıb

posted in: Xəbər | 0

Bu ilin yanvarın 1-nə Azərbaycanda xarici müəssisələrin sayı 11 145 vahid, birgə müəssisələrin sayı 2 870 vahid təşkil edib. (xarici müəssisə)

Müvafiq olaraq xarici müəssisələrin sayında illik 34%, birgə müəssisələrin sayında isə illik 17% artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, 2019-cu il ərzində 2 882 xarici müəssisə (100% xarici investisiyalı), 359 birgə müəssisə yaradılıb, 73 xarici müəssisə, 6 birgə müəssisə isə ləğv edilib.

Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (23,7%), İran (10,5%), Rusiya (5,3%), Böyük Britaniya (5%), ABŞ (2%) və Almaniya (1,2%) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.

Qeyd edək ki, 2019-cu il ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 12,2% artaraq, 2020-ci il yanvarın 1-i vəziyyətinə 146 233 olub. Bunun da 10 607 və ya 7,2%-ni dövlət, 1 724 və ya 1,2%-ni bələdiyyə və 133 902 və ya 91,6%-ni xüsusi müəssisələr təşkil edib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
xarici müəssisə, xarici müəssisələrin sayı
error: Content is protected !!