Bu şəxslərə vəsait bundan sonra nağdsız qaydada ödənilməlidir

posted in: Xəbər | 0

qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral. tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (vəsait, nağdsız)

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanının 13.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 110, № 7, maddə 512; 2002, № 9, maddə 580; 2005, № 6, maddə 559; 2006, № 8, maddə 730; 2009, № 9, maddə 755; 2010, № 1, maddə 67; 2016, № 12, maddə 2230; 2018, № 2, maddə 362, № 5, maddə 1112; 2019, № 3, maddə 544) 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“4. Bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir.”.

2. Bu Qərar 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 31 yanvar 2020-ci il
№ 30

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vəsait, nağdsız

Bakıda orta aylıq əmək haqqı ötən ilin yanvar-noyabrında 9% artıb

posted in: Xəbər | 0

büdcə, orta aylıq maaş, orta aylıq əmək haqqı, orta aylıq nominal əmək haqqı2019-cu ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 9,3% artaraq 855,4 manat təşkil edib. Bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  (Aylıq əmək haqqı)

2019-cu ilin noyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 934,6 manata çatıb ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 20,9%, cari ilin oktyabr ayı ilə müqayisədə isə 1,2% çoxdur.

“Artım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əmək haqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində baş tutub”, – məlumatda qeyd olunur.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Aylıq əmək haqqı

Elektron alış aktı forması aktivləşdirilib

posted in: Xəbər | 0

2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Məcəlləyə “Malların alış aktı” adlı 71-2-ci maddə əlavə edilib. Məcəllənin 71-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. (Elektron alış aktı forması)

Vergi Məcəlləsinin 71-2.2-ci maddəsində isə göstərilib ki, elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Məcəllənin 71-2.3-cü maddəsinə görə, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Həmin müddəaları şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi ödəyicisi malların alış aktları ilə mal aldıqda 5 gün müddətində elektron alış aktı da tərtib edəcək. Malların alış aktı sırf vergi ödəyicisi olmayan şəxslər tərəfindən mallar alındıqda tərtib olunur. 1 yanvar 2020-ci il tarixdən etibarən tətbiq edilən elektron alış aktlarının vergi orqanlarına təqdim olunması nəticəsində isə artıq vergi orqanı elektron bazada malların alış aktı vasitəsilə malları satan şəxslər haqqında məlumat toplayaraq emal etmək imkanına malik olacaq.

Misal 1: “A” MMC malların alış aktı sənədi ilə bazarda F. Qasımovdan 3.000 manatlıq kənd təsərrüfatı malları alıb. Bu zaman malların alış aktı tərtib olunsa da, vergi orqanına 5 gün ərzində elektron alış aktı təqdim olunmalıdır. Vergi orqanı elektron alış sənədi ilə həyata keçirilən əməliyyatlar üzrə vergi ödəyicisi olmayan F.Qasımovun dövriyyəsi haqqında məlumat əldə etmiş olacaq.

Vergi ödəyicisi elektron alış aktı ilə yanaşı, kağız əsaslı malların alış aktını da tərtib etməlidir. Amma bir halda kağızda malların alış aktının tərtib edilməsinə ehtiyac olmaması mümkündür. Bu məsələyə Vergi Məcəlləsinin 71-2.3-cü maddəsində aydınlıq gətirilib. Həmin maddəyə əsasən, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Misal 2: “A” MMC vergi ödəyicisi olmayan M.Əliyevdən 200 manatlıq kənd təsərrüfatı məhsullarını qəbul edir. Vergi ödəyicisi olmayan şəxs tərəfindən malların təqdim edilməsi vergi ödəyicisinin ərazisində baş verdiyi üçün vergi ödəyicisi elektron alış sənədini hazırlayaraq vergi ödəyicisinə imzalatdırır. Bu proses zamanı “Malların alış aktı”nın imzalanmasına ehtiyac yoxdur.

“Malların alış aktı” və ya elektron alış sənədi sırf malların alışını təsdiq edən sənəd hesab olunur. Vergi ödəyicisi malları vergi ödəyicisi olmayan şəxslərdən nağd şəkildə əldə etdikdə kassa məxaric orderi yazıb, qarşı tərəfin şəxsiyyət vəsiqəsinin surətini ona əlavə etməlidir.

Onu da deyək ki, Vergilər Nazirliyi artıq elekton alış aktı formasını elektron qaimə-faktura bölməsində aktivləşdirib. Proqram təminatında “Yeni akt” adı ilə təqdim olunan bölmədə iki növ: onlayn və kağız daşıyıcında təqdim olunan akt forması qeyd olunub.

Elektron alış aktında vergi ödəyicisi olmayan qarşı tərəfin şəxsiyyət vəsiqəsində qeyd edilən FİN, adı, soyadı, atasının adı, telefon nömrəsi, alınan malın kodu, adı, miqdarı, məbləği və s. məlumatlar qeyd edilir. Bundan əlavə, elektron alış aktına “vergiyə cəlb olunan” və “vergidən azad olunan” sətirləri də əlavə edilib.

Qeyd edək ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Bu cür hesablaşmalar zamanı “vergiyə cəlb olunan” sətri seçilməlidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Elektron alış aktı forması, Elektron alış aktı forması

Aliment vergilər tutulduqdan əvvəl yoxsa sonra alınır?

posted in: Xəbər | 0

Xərclər üzrə nəzarətçi vakansiyaSual: İşçinin əmək haqqısından gəlir vergisi tutulduğu zaman öncə ondan aliment məbləği tutulur yoxsa əmək haqqından öncə gəlir vergisi çıxılır sonra aliment tutulur? Zəhmət olmasa cavab verdiyinizdə Azərbaycan Respublikası Qanunvericilik aktlarına istinad edin. (vergilər)

Cavab: Bildiririk ki, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli Qərarının 7-ci maddəsinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
aliment, vergilər