Read More9
Read More9

Əmlakınızı Kapital Bank-da sığortalayın!

posted in: bank, Xəbər | 0

Daima müştərilərinin rahatlığını düşünən Kapital Bank daha bir yenilik təqdim etdi. Artıq PAŞA Sığorta tərəfindən təqdim olunan Daşınmaz Əmlakın İcbari Sığortasını Kapital Bank-da həyata keçirmək mümkündür. Odur ki, müştərilər öz mülklərini bədbəxt hadisələrdən sığortalamaq üçün bankın Bakıdakı filiallarına müraciət edə bilərlər.

Daşınmaz əmlakın icbari sığortası əmlakın daşqın, yanğın, sel, zəlzələ, yer sürüşməsi, yanğın, ildırım düşməsi və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Sığorta müddəti 1 il olmaqla yaşayış evləri və mənzillərin icbari sığortası üzrə təminat məbləği 25 000 AZN (25 000 AZN-dək dəyən zərərlər şərtsiz azadolma məbləği istisna olmaqla tam qarşılanır) təşkil edir. Sığorta haqqı Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə 50 AZN-dir. Xidmət barədə ətraflı məlumat əldə etmək üçün: www.kapitalbank.az/emlaksigorta.

Qeyd edək ki, Daşınmaz Əmlakın İcbari sığorta haqqını BirKart-la 2 və ya 3 aya faizsiz taksitlə də həyata keçirmək olar. BirKart Cashback və BirKart Miles kartı sahibləri müvafiq olaraq birdəfəlik ödənişlər zamanı xərclərinin 4%-ni cashback olaraq balanslarına geri ala və istənilən aviabiletə dəyişilməsi mümkün olan əlavə millər qazanacaqlar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmlak, Kapital Bank

“Vergi Məcəlləsinə edilmiş ən son dəyişikliklərin şərhi” mövzusunda seminar keçiriləcək

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsi, təlim, Vergi islahatı, telim, bank xidmətləri, Bank məhsulları, vergi seminar Əmtəə nişanları coğrafi göstəricilər təlimAzərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təşəbbüsü ilə sahibkarların məlumatlandırılması məqsədi ilə 05-06 fevral 2020-ci il tarixlərində məlumatlandırıcı seminar keçiriləcək. (vergi məcəlləsi)

“Vergi Məcəlləsinə edilmiş ən son dəyişikliklərin şərhi” mövzusunda seminar Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı Fariz Yadigarov tərəfindən keçiriləcək.

Təlimdə iştirak etmək üçün https://sahibkar.typeform.com/to/Iooowk linkində qeydiyyatdan keçmək mütləqdir.

Seminarın keçirilmə tarixi:      05 – 06.02.2020
Başlama saatı:                       10:00 – 12:00
Ünvan:                                    Bakı ş, Nizami 90A, Landmark III
Son qeydiyyat tarixi:               04.02.2020, saat 17:00-a qədər (yerlər məhduddur)

Təlim sadəcə ASK üzvləri üçün nəzərdə tutulub və ödənişsiz təşkil olunacaq.

Əlaqələndirici şəxs: Elmira Balıyeva

Tel: (994 12) 465 72 42 (d 119)

Mənbə: ask.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi məcəlləsi, seminar

Qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarında dəyişiklik edilib

posted in: Xəbər | 0

Məşğulluq haqqında Qanun, Xətalar Satınalmalar, Məşğulluq,Azərbaycan Respublikası Prezidentinin “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2006-cı il 17 aprel tarixli 388 nömrəli, “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında” 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 410 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (saziş)

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 768 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 320; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 7, maddə 1222) ilə təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”na aşağıdakı məzmunda 1.3-cü bənd əlavə edilsin:

1.3. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə bu Qaydaların 1.1-ci bəndində nəzərdə tutulan sazişlərin bağlanması bu Qaydalara və “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 768 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2100; 2018, № 10, maddə 1991; 2019, № 4, maddə 644) ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

“1.4. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə xarici borcalma bu Qaydaya və “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 768 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 766 nömrəli və 16 dekabr tarixli 878 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.31-1-ci və 3.1.43-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.31-1. xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) reallaşdırılması nəticəsində dəstək almış sahibkarlara dair məlumatların mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinə daxil edilməsini təşkil etmək;”;

“3.1.43-1. xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) sahibkarların inkişafına təsiri səviyyəsini öyrənərək, növbəti dövrlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirəcəyi proqramların (layihələrin) istiqamətlərinə dair təkliflərin hazırlanmasını təmin etmək;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2567) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilsin:

“1.2-1. Azərbaycan Respublikası adından mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə borcalma bu Qaydaya və “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 768 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 yanvar 2020-ci il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
qrant, saziş, saziş

Vergi təqvimi – 31 yanvar 2020-ci il

posted in: Vergi, Xəbər | 0

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (Vergi təqvimi)

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi tutan ƏDV və sadələşdirilmiş vergi ödəyicilərinin bu ödəmələr üzrə hesabat dövrü vergi ili, digər vergi ödəyicilərinin hesabat dövrü isə rübdür. Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
Vergi təqvimi
error: Content is protected !!