ABŞ-da mühasiblər nə qədər məvacib alır??

posted in: muhasibat, Məqalə, Xəbər | 1

ABŞ-da mühasiblər nə qədər əmək haqqı alır?? (emek)

Mühasiblər bütün ABŞ ərazisində böyük və kiçik biznesin dəstəklənməsində həyati əhəmiyyətli mühüm rol oynayırlar. Bu peşə universitet təhsili tələb edir, çünki yerinə yetirdikləri rol, onlardan biznesin götürdüyü, istifadə etdiyi və xərclədiyi dolların tam başa düşülməsini tələb edir.

Mühasibat uçotunun növündən asılı olaraq (özəl təşkilat, dövlət işi və ya qeyri-kommersiya təşkilatı) mühasibin illik əmək haqqı bir qədər fərqlənir. Bundan əlavə, mühasiblərin maaşları həmçinin ştatın iqtisadi vəziyyətindən asılı olaraq, ştatdan ştata fərqlənir. Əmək haqqınızın diapazonuna təsir göstərə bilən digər bir müəyyənedici amil isə sizin aldığınız təhsilin səviyyəsindən asılı olur. Yəni, səviyyə yüksəkdirsə, maaşlar da yüksək olur.

İstənilən dövlətdə hər hansı bir əmək haqqına iddia etmək üçün 2 təhsil tələbini yerinə yetirmək lazımdır. Öncə siz Associate of Accountancy (AA) üzrə dərəcə almalısınız, sonra isə mühasibat uçotu sahəsində bakalavr dərəcəsinə yiyələnməlisiniz. Sertifikatlaşdırılmış mühasib və ya CPA (Cost Per Action – ingiliscə fəaliyyət üçün haqq (əmək haqqı)) statusu əldə etmək üçün bakalavr dərəcəsinin olması əksər ştatlarda minimal tələb hesab olunur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Əmək statitikası bürosunun məlumatı
Statistika idarəsinin məlumatına görə, 2017-ci ilin may üçün müxtəlif təşkilatlarda və dövlət müəssisələrində 1,2 milyondan çox mühasiblər və auditorlar çalışıblar.

Onların məşğulluğu orta hesabla 1000 iş yerinə 8,706 təşkil edib. Bu da o deməkdir ki, mühasiblərin rolu müəssisələr üçün həyati əhəmiyyət daşıyır – şirkətlər, müəssisələr, təşkilatlar özlərinin maliyyə əməliyyatlarının aparılmasından ötrü işə mühasiblar komandası almaqda davam edəcəklər. Həmin müəssisələr bilirlər ki, özlərinin bank hesabalarına gələn pul axınını idarə etmək üçün onlara bunu yaxşı bilən mütəxəssislər lazımdır. Onlara eləcə də biznesin iş birliyində olduğu fondlarda gedən interpretasiyalar və baş verənlərin izahı üçün də ekspertlər gərəkdir. Həmçinin mühasiblər işlədikləri pulların haradan daxil olduğunu bilməli, həmin vəsaitlərin şirkətlərin mühasibatlıq kitablarına necə mədaxil və məxaric olunmasından xəbərdar olmalıdırlar.

Ümummilli məlumatlar dövlətin əmək haqqı dərəcələrinə təsir edir

Statistik məlumatlara görə, mühasibin bir saat üçün orta əmək haqqı 33,34 dollar təşkil edir; orta bir saatlıq əmək haqqı 37,46 dollar, orta illik əmək haqqı isə 77 920 dollar təşkil edir.

Yenə də bu zaman bir neçə müxtəlif amillərdən asılı olaraq həmin əmək haqqı ştatdan ştata fərqli olur. Məsələn, Kaliforniyada mühasiblər daha yüksək əmək haqqı ala bilərlər. Kiçik şəhərlərdə, qəsəbə və kəndlərdə isə onların məvacibi bundan aşağı ola bilər.

Bütün bunlara, yəni, müəyyən fərqlərə baxmayaraq, onların harda çalışmalarından asılı olmayaraq, mühasib əməyi çox mühümdür. Kiçik kənddə və ya iri şəhərdə çalışmalarına baxmayaraq, onların ixtisaslı biliklərinə bütün dünyada tələbat var.

Alabama ştatında mühasiblər və auditorlara tələbat daha yüksəkdir. Bu səbəbdən maaş da burada rəqabətlidir. Bu ştatda mütəxəssislərin əksəriyyəti il ərzində 60 000 dollardan yüksək əmək haqqı alır. Ən yüksək səviyyəli işçilər isə il ərzində hətta altı sıfırlı maaşlar da qazana bilirlər. Sözügedən ştatda ən yüksək əmək haqqı Hantsvildədir. Hazırda Alabama ştatında 1000 əməkdaşa 8 mühasib düşür, həmin rəqəm isə yerli hakimiyyət orqanı üçün bu maliyyə mütəxəssislərinin nə qədər vacib əhəmiyyət daşıdığını göstərir.

Şəhər üzrə orta illik əmək haqqı

Hantsvill – 68 810$

Birmnhem  – 66 090$

Columbus – 62 580$

Montgomery – 59 110$



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ABŞ-da mühasiblər, ABŞ-da mühasiblər, emek, emek

Sosial sığorta nömrəsinin verilməsində yenilik!

posted in: Xəbər | 0

sosial təminat növləri, publik hüquqi şəxslər, e-təyinat, sosial təminat növü, İşəgötürən , iş vaxtının növləri, Peşə standartları, işəgötürənlər, cinayət işi, uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir proaktiv xidməti – ilk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərin proaktiv qaydada sığortaolunan kimi qeydiyyata alınması xidməti fəaliyyətə başlayıb. Belə ki, ilk dəfə işə qəbul olunan şəxslərlə bağlı əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyatdan keçdiyi andan həmin şəxslərə avtomatik olaraq sosial sığorta nömrəsi (SSN) açılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bundan əvvəl isə işəgötürən sığortaolunanın qeydiyyata alınması üçün ya “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməli, ya da kağız formasında işçinin müvafiq formada ərizə və digər sənədlərini nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etməli idi. Sonra isə həmin sənədlərə baxılır və sığortaolunanın adına sosial sığorta nömrəsi və bu nömrə ilə fərdi şəxsi hesab açılırdı.

Yeni xidmət nəticəsində artıq həmin prosedura ehtiyac qalmayıb, işçi elə onunla əmək müqaviləsi rəsmiləşdirildiyi gün də SSN-nə malik olur. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı formalaşır. Beləliklə, sosial sığorta sisteminin iştirakçısı kimi, bu hesabda gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

İlk dəfə işə qəbul olunan şəxslərə avtomatik olaraq SSN açılması xidmətinin xüsusi əhəmiyyəti bu proaktiv xidmətin əhatə etdiyi şəxslərin sayının günbəgün artmasında da özünü göstərir. Bu ilin yanvar ayında fəaliyyətə başlayan bu xidmət vasitəsilə artıq 13000-dən artıq işçi üçün avtomatik olaraq SSN açılıb.

Mənbə: azertag.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Sosial sığorta nömrəsi, ssn, 

ƏDV-nin kassa metodu əsasında hesablanması

posted in: Vergi, Xəbər | 0

bank, ƏDV, EDV, kassa metodu,Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. (kassa metodu, EDV)

Vergilər Nazirliyinin şərhinə əsasən, ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) əlavə dəyər vergisiz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə əlavə dəyər vergisinin hesablanması həmin malların (işlərin, xidmətlərin) əlavə dəyər vergisiz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Misal: “A” MMC 10.01.2020-ci il tarixdə, əlavə dəyər vergisi də daxil olmaqla, dəyəri 11.800 manat olan məişət mallarını “B” MMC-yə satıb və müvafiq olaraq elektron qaimə-faktura təqdim edib. “B” MMC alınmış malların dəyərini mart ayında “A” MMC-nin hesabına ödəyib.

Bu halda ƏDV tutulan əməliyyatın vaxtı – ödəmənin aparıldığı vaxt, yəni mart ayı hesab olunur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV, kassa metodu, EDV, 

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib

posted in: bank, Xəbər | 0

daşınmaz əmlakın icbari sığortası, uçot dərəcəsi, Mərkəzi Bank, vergidən azad, uçot dərəcəsi, Azərbaycan Mərkəzi Bankı, Mərkəzi Bank, nağdsız əməliyyatlar uçot dərəcəsi azərbaycan pul nişanlarıAzərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,50%-dən 7,25%-ə endirilməsi haqqında qərar qəbul edib. (Azərbaycan Mərkəzi Bankı)

Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Faiz dəhlizinin parametrlərini aşağı və yuxarı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirilib.

Qərar bu gündən etibarən qüvvəyə minib.

Qeyd edək ki, bundan əvvəl 13 dekabr 2019-cu il tarixində AMB uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75%-dən 7,50%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirilib (9,25% və 5,75%).

Xatırladaq ki, Mәrkәzi Bankda 2019-cu ildә faiz dәhlizinin parametrlәri 8 dәfә müzakirә edilib vә uçot dәrәcәsinin mәrhәlәlәrlә 9,75%-dәn 7,5%-ә endirilmәsi barәdә qәrar qәbul edilib. Ümumilikdә, 2018-ci ilin әvvәlindәn bәri uçot dәrәcәsi 2 dәfә azaldılıb.

Qeyd edək ki, bu il ərzində faiz dәhlizinin parametrlәrinә dair növbəti qәrarlar 19 mart, 1 may, 19 iyun, 30 iyul, 18 sentyabr, 30 oktyabr, 18 dekabr tarixlərində ictimaiyyətə təqdim ediləcək.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Azərbaycan Mərkəzi Bankı, uçot