Read More9
Read More9

102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ nə zaman yaranır və hansı sənədlər tələb olunur?

posted in: Vergi, Xəbər | 0

satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Sual: Atam Böyük Vətən Müharibəsində döyüşən orduda iştirak etmiş və müharibə əlili olmuşdur. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 102.2.5. yarım bəndinin şamil edilməsi Qanun qüvvəyə minən gündən, yoxsa arayış təqdim olunan gündən icra olunur? (güzəşt hüququ)

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Buna əsasən, sorğuda qeyd olunan halda, güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
güzəşt hüququ

E-qaimə altsisteminin istifadəçi təlimatı hazırlandı

posted in: Xəbər | 0

  E-qaimə altsistemi-nin istifadəçi təlimatı hazırlandı

bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin 77-1 -ci bəndinin “Elektron qaimə fakturalar” maddəsinə müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır.

Bununla bağlı aşağıdakı dəyişikliklər edilmişdir. İnternet Vergi İdarəsinin aşağıdakı şəkildə göstərilən “ASAN İMZA” və ya “eİMZA” bölmələrinin biri vasitəsilə “E-qaimə” altsisteminə daxil olaraq elektron qaiməni hazırlayıb imzalayaraq göndərmək mümkündür.

“E-qaimə” bölməsinə daxil olduqdan sonra “Yeni qaimə” menusundan hazırlanacaq “Elektron qaimə”nin növü seçilir. “Yeni qaimə” menyusunda “Elektron qaimə”nin aşağıdakı növləri mövcuddur.

  • Malların,işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi;
  • Malların qaytarılması qaiməsi;
  • Qaytarma istisna olmaqla VM-nin 163-cü maddəsinə əsasən dəqiqləşdirilmiş qaimə;
  • Malların agentə/komisyonçuya verilməsi qaiməsi;
  • Agent/Komisyonçu tərəfindən malların alıcıya təqdim edilməsi qaiməsi;
  • VM-in 177.5-ci maddəsinə əsasən təqdim edilən qaimə;
  • Malların emala göndərilməsi qaiməsi;
  • Malların emaldan qaytarılması qaiməsi.
Faylı yükləyin:  Elektron Qaimə Altsisteminin İstifadəçi Təlimatı


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
E-qaimə altsistemi, istifadəçi təlimatı

Topdansatış fəaliyyətinin vergiyə cəlb olunması haqqında

posted in: Vergi, Xəbər | 0

Ezamiyyə, maaş, müavinətin hesablanması, Buta Group, vakansiya, mühasib,əmək haqqı, emek haqqi, Sosial Sığorta əmlak vergisiSual: Topdansatış fəaliyyəti göstərən bir müəssisə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

Cavab: Topdansatış qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Bu səbəbdən, belə fəaliyyətlə məşğul olan müəssisələr 2019-cu il yanvarın 1-i tarixindən mənfəət vergisinin ödəyicisi hesab edilirlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
Topdansatış fəaliyyəti,

İşəmuzd çalışanların vergi yükü necə müəyyənləşir?

posted in: Vergi, Xəbər | 0

işəmuzd, vergi yükü, EDV, ödəniş, ƏDV, ÖMV, məhdudiyyət bölüşdürülməmiş mənfəətƏmək Məcəlləsinin 160-cı maddəsində müxtəlif işlər üzrə əmək funksiyasının yerinə yetirilməsi zamanı əməyin ödənilməsi prinsipləri əksini tapıb. Maddənin 2-ci hissəsində göstərilib ki, işəmuzd işçilərin əməyi görülən işin işəmuzd qiymətləri üzrə ödənilir. Mövzunu müstəqil auditor Altay Cəfərov şərh edir. (vergi yükü)

Təsərrüfat subyektinin hər hansı sahəsində işçilərə verilmiş ixtisas (peşə) dərəcələrindən aşağı tarif müəyyən edilən işlərin istehsalat xarakterinə görə işəmuzd işçilərə tapşırılarsa, həmin işləri yerinə yetirən işçilərə dərəcələr arasındakı fərq ödənilir. Əgər işçi hasilat normasını yerinə yetirərsə, lakin onun ixtisas dərəcəsi ilə yerinə yetirilən işin dərəcəsi arasında ən azı 2 dərəcə fərq olarsa, ona həmin dərəcələr arasındakı fərq ödənilir.

Əmək Məcəlləsinin 149-cu maddəsində isə əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edildiyi göstərilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır.

İşəmuzd çalışan vətəndaşların gəlirləri və vergi öhdəliklərinə gəldikdə isə, “İşəmuzd” sözünün mәnasına fikir versәk, görәrik ki, bu halda әmәkhaqqı işçinin işlәdiyi işә әsasәn ödәnilir. Belә ödәnişlәr, әsasәn, tәmir-tikinti tәşkilatlarında, müәyyәn montaj-quraşdırma işlәrindә işlәyәnlәrә tәtbiq olunur. İşәmuzd ödәniş, tәbii ki, tәkcә tikinti tәşkilatları ilә mәhdudlaşmır. İşәmuzd әmәkhaqqında artıq iş saatı yox, iş norması әsas götürülür. Tutaq ki, işçi bәnnadır vә әmәk müqavilәsi bağlayan zaman işәgötürәn ilә razılaşır ki, hörülәcәk hәr kvadratmetr hörgü üçün ona 5 manat әmәkhaqqı ödәnilsin.

İşçi bir ay әrzindә 60 kvadratmetr hörgü işi görәrsә, bu zaman onun aylıq әmәkhaqqı 300 manat (5 manat x 60m2) tәşkil edәcәk. İşәmuzd әmәkhaqqı bu formada hesablanmalıdır. Başqa bir misal. Rәngsaz bağladığı әmәk müqavilәsinә әsasәn, rәnglәdiyi hәr kvadratmetr üçün 3 manat, suvaq vurduğu hәr kvadratmetr üçün isә 4 manat әmәkhaqqı alacaq. Ay әrzindә işçi 70 kvadratmetr rәngsaz işi, 60 kvadratmetr isә suvaq işi görüb. Bu zaman onun aylıq әmәkhaqqı 450 manat (3 manat x 70m2 + 4 manatx 60 m2 = 210 manat + 240 manat) olacaq”.

Vergi ödəyicilərində işəmuzd iş yerində gəlir vergisinin hesablanılmasına gəlincə, bu iş rejimində işləyən işçilərin gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci və 101.1-1-ci maddələri ilə hesablanır. 101.1-ci maddəyə əsasən, bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
2500 manatadək 14 faiz
2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan

məbləğin 25 faizi

Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi
8.000 manatadək 0 faiz
8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin

14 faizi

Göründüyü kimi, işəmuzd qaydasında işləyən işçilərin gəlirləri işəgötürənin neft-qaz sahəsində fəaliyyəti olub-olmamasından və qeyri-dövlət sektoruna aid edilib-edilməməsindən asılı olaraq 101-ci və ya 101.1-1-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat, illik gəliri 30.000 manatadək olduqda isə 2.400 manat məbləğində olan hissəsi vergidən azaddır.

Yuxarıdakı misallarda qeyd edilən 300 manat və 470 manat əməkhaqqlarını ödəyən işəgötürən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisi olduqda Vergi Məcəlləsinin 101.1-1-ci maddəsi tətbiq olunur və gəlir 8000 manatdan aşağı olduğundan vergi 0 dərəcə ilə hesablanır. Əgər işəgötürən neft-qaz sahəsində fəaliyyəti olan və qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicisidirsə, bu zaman Vergi Məcəlləsinin 101.1.-ci maddəsi tədbiq olunur və gəlir 2500 manatadək olduğundan vergi 200 manat azadolma nəzərə alınmaqla 14 faiz dərəcə ilə hesablanır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
vergi yükü, işəmuzd,
error: Content is protected !!