Read More9
Read More9

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (5-ci hissə)

posted in: Vergi, Xəbər | 0

gəlir vergisiMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (5-ci hissə)

4-cü hissəni oxumaq üçün keçidə daxil olun.


Vergilər üçün vətəndaş müharibəsi

Napoleon müharibələrindən sonra məhz, vergi məsələləri ABŞ və digər ölkələrdə əhali arasında köklü dəyişikliklərə səbəb oldu.

Kontinental Avropadan Amerikaya gələn mühacirlərin sayı 1820-ci illərin əvvəllərindəki 10 min nəfərdən 1826-cı ildə 15 min nəfərə və 1828-ci ildə isə 30 minə qədər artdı.

1832-ci ildə mühacirlərin sayı 50 min nəfəri ötdü və beləliklə də Amerika sürətlə avropalaşmağa başladı.

Avropa ölkələrində Napoleon müharibələri dövrünün sonunda vergitutma səviyyəsi bütün təsəvvür edilən məhdudiyyətlərdən üstün idi. Böyük Britaniyada parlament çevrilişi nəticəsində gəlir vergisi ləğv edilmiş, 1820-ci illərdə isə aksiz vergisi tədricən azalmışdır.

Ancaq kontinental Avropada bu belə deyildi – vergi yükü yalnız artırdı və onun ödənişi ilk növbədə kəndlilər və kiçik tacirlərin üzərinə qoyulurdu. Sərhədlərdə on minlərlə daxili ticarət maneələri var idi və bütün mallar tam şəkildə rüsumlara məruz qalırdı.

Avropalıların gözündə ABŞ yenilikçi ölkə idi: onların ordusu Prussiya ordusunun cəmi 20% – ni təşkil edirdi, adambaşına düşən vergilər isə Böyük Britaniyada olduğundan 10 dəfə az idi.

Avropalılar inana bilmirdilər ki, ABŞ-da səkkiz işçi atı olan təsərrüfat ildə yalnız 12 dollar vergi ödəyir.

Lakin, ABŞ-da vətəndaş müharibəsi zamanı vergi məsələləri yeni qüvvə ilə gündəmə gəldi. Köləlik məsələsi həll edilsə belə, hələ də Cənub əyalətlərini şimal əyalətlərindən ayırmaq olardı. Şimallılar yüksək gömrük tariflərinə üstünlük verdilər, cənublar isə aşağı tariflərə. Buna görə şimallılar dolayı vergitutma, cənublular isə birbaşa vergitutma üçün çıxış etdilər.

Müharibə başladıqdan sonra, Cənubdan izolə edilmiş Şimalda 1861-ci ildə tariflər daha da artırıldı və federal birbaşa gəlir vergisi tətbiq olundu. Müharibə zamanı onu toplamaq çətin idi, buna görə müharibə başa çatdıqdan sonra hərbi borcun maliyyələşdirilməsi üçün təxminən təkrar 3 milyard dollarlıq vergi inqilabına əl atıldı və 1866-cı ildə 3-5%  federal şəxsi gəlir vergisi (vergi 1872-ci ildə ləğv edildi) tətbiq olundu.

1913-cü ildə Birinci Dünya Müharibəsinin başlanmasından əvvəl prezident Vudro Vilson administrasiyası növbəti vergi inqilabını həyata keçirərək mütərəqqi gəlir vergisinin dərəcəsini sürətlə artırmağa başladı.

Uoll-stritin nümayəndələri bildiriblər ki, bu qanunvericilik zəngin insanlara qarşı yönələn sırf sinfi xaraker daşıyır.


6-cı hissəni oxumaq üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Müxtəlif ölkələrdə vergilər,

Vergi uçotunda olmayan şəxslərdən alınan sənədsiz mallara görə maliyyə sanksiyası

posted in: Vergi, Xəbər | 0

Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Vergilər Nazirliyinin izahında bu məsələ ilə bağlı bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə alış aktları tərtib edilir. Elektron alış aktı malların alışı tarixindən 5 gün müddətində tərtib olunur. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura, alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilmiş elektron alış aktları olmadıqda, alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi həcmində maliyyə sanksiyası tətbiq edilir.

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

posted in: Xəbər | 0

Yanvarın 10-da Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində üçüncü şəxslər üçün mal idxal edən şirkətlərin nümayəndələri ilə görüş keçirilib. (sahibkar)

Məlumata görə, görüşdə İdarənin rəhbərliyi, Vergilər Nazirliyinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşları və üçüncü şəxslər üçün mal idxal edən şirkətlərin nümayəndələri iştirak edib. Tədbirdə Prezident İlham Əliyev tərəfindən beynəlxalq ticarətin asanlaşdırılması, ölkənin ixrac və tranzit potensialının gücləndirilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar barədə məlumat verilib.

Qeyd olunub ki, islahatlar nəticəsində vətəndaş-məmur təması minimuma endirilib, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri sürətləndirilib, gömrük rəsmiləşdirilməsi prosesi sadələşdirilib, uçotun düzgün qurulması və maliyyə nəzarətinin gücləndirlməsi istiqamətində yeniliklər tətbiq olunub.

Görüşdə gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirmələr barədə də məlumat verilib. Xüsusilə gömrük bəyannaməsinin 31-ci qrafasının doldurulması zamanı malların ətraflı və dəqiq təsvir edilməsinin vacibliyi vurğulanıb.

Sonda şirkət nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallara ətraflı cavab verilib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sahibkar, görüş

Bu qurumun göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri təsdiqlənib

posted in: Xəbər | 0

Dövlət qulluğuna qəbul, Dövlət qulluğu, Dövlət rüsumu, müqavilə, təsisçi, direktor, boşalan iş yeri, gömrük məcəlləsi, gomruk mecellesi,işsizlərin qeydiyyata alınması Baş mühasiblər Baş mühasib emek muqavilesi əmək“Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 10 yanvar 2020-ci il
№ 3

Mənbə: cabmin.gov.az

Tam mətnə nəzər yetirmək üçün keçidə daxil olun: Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
error: Content is protected !!