Read More9
Read More9

Hazırda hansı yaş üçün müavinət elektron qaydada tərtib olunur?

posted in: Xəbər | 0

online qeydiyyatPrezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar əhalinin sosial müdafiəsinin  gücləndirilməsinə xidmət etməklə, eyni zamanda, sosial təminat sisteminin təkmilləşdirilməsində növbəti addımdır. Bu qanunlarla yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.

Əgər bu ilin əvvəlinədək qadınlar (yaşa görə pensiya hüququ olmadıqda) yaşa görə müavinət hüququnü 62 yaşda, kişilər (yaşa görə pensiya hüququ olmadıqda) isə 67 yaşda  qazanırdısa, bu ilin əvvəlindən bu yaş həddi pensiya hüququ yaranan yaş həddi ilə eyniləşdirilir.

Beləliklə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və yaş həddi 64 il 6 ay olan kişilər (yaşa görə pensiya hüquqları olmadıqda), bu ayın 1-dən yaşa görə müavinət hüququ qazanıblar.

Yaşa görə müavinətin təyinatı ötən il elektronlaşdırılıb və həmin şəxslərə bu müavinət elektron qaydada təyin olunur. Onlara yaşa görə müavinət təyin edilməsi üçün hər hansı quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac yoxdur. Vətəndaşa elektron təyinat və müavinətin hansı bankdan alınması barədə bildiriş SMS vasitəsilə göndəriləcək. SMS göndərilməsi üçün adına nömrə yoxdursa, vətəndaş məlumatı nazirliyin 142-Çağrı Mərkəzindən və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən əldə edir. Bundan sonra yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan kartı alır.

Bununla yanaşı, yeni qanunvericiliyə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Misal üçün, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir.  Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır.

Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranıb.

Mənbə: sosial.gov.az.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
müavinət

İnsan resursları sahəsi ilə maraqlanan bu ilin məzunları üçün Təcrübə Proqramı elan olunur

İnsan resursları üzrə Təcrübəçi, İnsan resursları,Təcrübə Proqramı,“MilliKart” MMC İnsan resursları sahəsi ilə maraqlanan bu ilin məzunlarını könüllü təcrübə İR proqramına qatılmağa dəvət edir! (İnsan resursları, təcrübə proqramı)

Təcrübə proqramı sizə nələr qazandıracaq?

• Əmək qanunvericiliyi ilə tanışlıq;

• İşləyərək öyrənmək imkanı;

• Real iş mühiti ilə tanışlıq;

• Gələcəkdə karyera qurmaq şansı;

• Təcrübə proqramında iştrakı təsdiq edəcək xasiyyətnamə;

* Təcrübə proqramının müddəti 3 aydır və ödənişsizdir.

Təcrübə proqramının iştirakçısı olmaq üçün:

CV- lərinizi / ünvanına mövzu hissəsində “Könüllü təcrübə İR” qeyd etməklə göndərməyiniz xahiş olunur.

Mənbə: edumap.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İnsan Resursları, təcrübə proqramı

Malların idxalına görə ƏDV-nin hesablanması

posted in: Vergi, Xəbər | 1

Malların idxalı, ƏDV, EDV,2020-ci il üçün Əmək Haqqı Cədvəli, təmir xərcləri, gəlir vergisi, Baş Mühasib VakansiyaVergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı bu fəslə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir. (ƏDV, EDV)

Bu maddənin tətbiqinin əsas məqsədi vergi ödəyiciləri tərəfindən malların idxalına görə əlavə dəyər vergisinin, o cümlədən tranzit yük daşınması qaydasında və müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallara görə əlavə dəyər vergisinin (ƏDV) hansı qaydada hesablandığını müəyyənləşdirməkdir. Tranzit qaydada və müvəqqəti idxal şəklində Azərbaycan Respublikasına daxil olan mallar ƏDV-nin obyekti deyil. Tranzit dedikdə, hər hansı hüquqi və ya fiziki şəxsin malların bir ölkədən digər ölkəyə daşınması zamanı üçüncü və ya daha çox ölkənin ərazisindən istifadə etməsidir. Müvəqqəti idxal zamanı isə mallar bir ölkəyə daxil olur, amma müəyyən müddətdən sonra geri qaytarılır. Bu iki halda mallar ƏDV-yə cəlb olunmur.

Vergi Məcəlləsinə əsasən, ƏDV ilə bağlı əməliyyatlar 3 növə bölünür: ƏDV-yə 18 faizlə cəlb olunan, (0) dərəcə ilə cəlb olunan və ƏDV-dən azad olunan əməliyyatlar.

Əməliyyatların ƏDV-yə cəlb olunması üçün əsas məqamlardan biri də malların, işlərin və xidmətlərin Azərbaycan Respublikasında təqdim olunmasıdır. Əgər mallar, işlər və xidmətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda təqdim olunursa, bu zaman ƏDV yaranmır, belə dövriyyələr ƏDV obyekti deyil. Qeyd edək ki, bu məsələ ilə malların ixracı məsələsini qarışdırmaq olmaz.

Xidmətlərin və işlərin göstərilməsində fərqli məqamlar var. Vergi Məcəlləsinin 159.2-ci maddəsində qeyd olunub ki, işlərin və xidmətlərin 168-ci maddəyə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda təqdim olunması vergi tutulan əməliyyat sayılmır.

Misal 1. Tutaq ki, müəssisə ƏDV ödəyicisidir və 2019-cu ilin may ayında Bakıda 30.000 manatlıq mal təqdim edib, 10.000 manatlıq təmir-tikinti işləri görüb, 5.000 manatlıq xidmət göstərib. Bundan əlavə, 40.000 manatlıq ƏDV-yə cəlb olunan mal idxal edib. Türkiyə Respublikasının ərazisində 30.000 ABŞ dolları dəyərində təmir işləri yerinə yetirib. Üstəlik, Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda 2.000 manatlıq məsləhət xidməti, Rusiya şirkətinə (qeyri-rezidentə) isə 3.000 avroluq hüquq xidməti göstərilib. Qeyd olunan məbləğlərə ƏDV daxil deyildir . Bu əməliyyatlardan hansılar ƏDV-yə cəlb olunan əməliyyatlardır?

30.000 manatlıq mal satışı, 10.000 manatılıq təmir-tikinti işləri, 5.000 manatlıq xidmət və 40.000 manatlıq ƏDV-yə cəlb olunan malların idxalı 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunan əməliyyatlardır. Bu əməliyyatlara görə müəssisə 15.300 manat ((30.000 + 10.000 + 5.000 + 40.000) x 18% = 15.300 manat) ƏDV hesablamalıdır.

Türkiyə Respublikasının ərazisində yerinə yetirilmiş 30.000 ABŞ dolları məbləğində təmir işləri ƏDV-nin obyekti deyil.

Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda göstərilən 2.000 manatlıq məsləhət xidməti və Rusiya şirkətinə (qeyri-rezidentə) göstərilən 3.000 avroluq hüquq xidməti sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlardır.

Misal 2. Tutaq ki, Türkiyə Respublikasının hüquqi şəxsi olan “A” şirkəti 100.000 manatlıq malı Rusiyaya aparmaq üçün Rusiya şirkəti ilə müqavilə bağlayıb. Azərbaycan və Rusiya dövlətlərinin ərazisindən aparılmalı olan mal Azərbaycan Respublikasının ərazisinə daxil olarkən tranzit gömrük bəyannaməsi doldurulur. Həmin bəyannamədə respublikamız bu əməliyyat üçün tranzit ölkə olduğu üçün mallar ƏDV- yə cəlb olunmur.

Misal 3. Hüquqi şəxs İran şirkəti ilə razılaşmaya əsasən, 10.000 manatlıq avadanlığı 1 il müddətində gömrük qanunlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisinə gətirib və 1 ildən sonra geri qaytaracaq. Bu misalda ölkə ərazisinə gətirilərək 1 ildən sonra geri qaytaracaq malların idxalı müvəqqəti idxal sayıldığı üçün həmin mallar ƏDV-nin obyekti deyil.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Malların idxalı, ƏDV, EDV, EDV,

Bu şəxslər bu ildən ƏDV və mənfəət vergisi ödəyicisi olacaqlar

posted in: Vergi, Xəbər | 0

ƏDV, mənfəət vergisi, Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu ildən vahid vergiqoyma sistemində fəaliyyət göstərəcək, ƏDV və mənfəət vergisi ödəyicisi olacaqlar.

İqtisadçı ekspert Rəşad Əliyev açıqlamasında qeyd edib ki, Vergi Məcəlləsində son dəyişikliklərdən əvvəl bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər iki vergi rejimindən birini seçə bilərdilər: “2016-cı ilədək bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri eyni zamanda həm sadələşdirilmiş verginin ödəyicisi, həm də ƏDV ödəyicisi idilər. 2016-cı ildən vergi ödəyicisi iki vergi rejimindən birini seçmək imkanı əldə etdi: ya sadələşdirilmiş vergi sistemini seçməli, ya da ƏDV və mənfəət vergisi ödəyicisi kimi vergi öhdəliklərini yerinə yetirməli idi. Sadələşdirimiş verginin ödəyiciləri vergini hər kvadratmetrə görə hesablayıb ödəyirdi. ƏDV və mənfəət vergisi ödəyicisi isə vergilərini dövriyyə, xərc və mənfəət məlumatlarına əsasən hesablayırdı”.

Qeyd edilib ki, yüksək rentabelli tikinti işlərində sadələşdirilmiş vergi ödənişi daha əlverişli idi: “Digər məsələ isə mühasibatlıqla bağlı idi. Sadələşdirilmiş verginin ödəyiciləri mənfəət vergisi ödəyiciləri olmadığı üçün onlar xərc maddələrinin sənədləşdirilməsinə o qədər də diqqət yetirmirdilər. Bu isə artıq dövlət üçün problem yaradırdı, çünki sənədləşdirilməyən dövriyyələri stimullaşdırırdı”.

Mənfəət vergisi və ƏDV ödəyicisi olmaq aşağı rentabelli layihələr üçün əlverişlidir. Bu zaman mühasibat sisteminin daha düzgün, şəffaf olması vacibdir: “Daha bir böyük fərq isə odur ki, sadələşdirilmiş vergi bizim halda “sərt” vergi hesab edilirdi. Yəni satışın olub-olmamasından asılı olmayaraq, bu vergi hər kvadratmetr üçün ödənilməli idi. Mənfəət vergisi və ƏDV ödəyicisi olanlar isə vergini dövriyyə və mənfəət göstəricilərindən asılı olaraq ödəyirlər. Vergi ödəyicisi məhz bu iki vergi rejimi üzrə özünə iqtisadi cəhətdən sərf edənini seçmək imkanından istifadə edirdi”.

“Kölgə istisadiyyatı” və qara mühasibat ilə mübarizə müəyyən dövrdən sonra sadələşdirilmiş verginin ödəyicisi olmaq istəyinin azalmasına xidmət edəcəyi gözlənilən idi. Üstəlik də tikinti sektorunda yüksək rentabellilik dövrünün arxada qalması bu dəyişikliyi daha da aktuallaşdırmışdı…

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV, mənfəət vergisi ödəyicisi
error: Content is protected !!