Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (4-cü hissə)
Mühasibatlığın əhəmiyyəti barədə ibrətamiz ifadələr (4-cü hissə) mühasibatlıq
3-cü hissəni oxumaq üçün keçidə daxil olun.

İkili hesabdarlıq tacirə hansı xeyri verir! Bu insan ağlının ən gözəl icadlarından biridir: hər bir sahibkar öz təsərrüfatı üçün ondan istifadə etməlidir.
Höte
Hesabdarlq elə bir obyektdir ki, təşəkkülündən başlamış, öz fəaliyyətini bitirənə kimi heç bir müasir idarə və ya müəssisə fəaliyyət göstərə bilməz.
V. Nikolskiy
Ticarət mühasibatı müəssisənin rəhbərlərinə müəssisənin daxilində baş verən təsərrüfat proseslərini hərtərəfli izləməyə imkan verir.
R. Fişer
Hər bir xalqın milli xarakter xüsusiyyətlərindən və tarixən yaranmış şəraitdən asılı olaraq mühasibat uçotu, onun məqsəd və vəzifələri haqqında öz təsəvvürləri vardır.
Y.V. Sokolov
Mühasibat uçotu dəqiq elm deyil. Bu, daha çox sosial elmdir – onun kökü cəmiyyətin fəaliyyət göstərdiyi dəyərlər sistemində, cəmiyyətin sosial strukturu tərəfindən müəyyən edilmiş və onun vasitəsilə ifadə edilmiş anlayışdır. Beləliklə, mühasibat əsas məqsədləri ilə bağlı ümumi razılığı keçmişdə olduğu kimi gələcəkdə də əldə etmək çətindir.
L.A. Bernstayn
Mühasibat uçotunun vəzifələri tamamilə iqtisadi fəaliyyətin və hüquqi normaların inkişaf dərəcəsindən asılıdır.
A.Malev
Hesabdarlıq müəssisələrin təsərrüfat göndərişlərinə sərəncam vermək və ya özünü zənginləşdirmək məqsədi ilə öyrənmir.
A.Z. Popov
Mühasibat uçotunun məqsədi zaman üzərində qələbədir. O, bizi keçmişə qaytararaq, gələcəyə baxmağa imkan verir.
Q.Emerson
Mühasibatın məqsədi yalnız təsərrüfat həyatının faktlarının hərəkətini qeydə almaqdan, müəyyən edilmiş normalardan qüsurları və sapmaları göstərməkdən ibarət deyil, həm də iqtisadi prosesin gələcək inkişafını və mümkün nəticələri proqnozlaşdırmaqdan ibarətdir.
B.A. Borian
Maliyyə idarəetməsində maliyyə qərarlarının yaxın və uzaq nəticələrinin proqnozlaşdırılması məsələsi və arzu olunan gələcəyə aparan həllərin özlərinin müəyyən edilməsi məsələsi aktualdır.
V.V. İqnatoçkin
İdarəetmənin xarakterik xüsusiyyəti – fəaliyyət göstərməkdir, hesabdarlığın xarakterik xüsusiyyəti isə – ən düzgün və səmərəli şəkildə fəaliyyət üçün aydınlaşdırmaq və istiqamətləndirməkdir.

Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib.
Vergi Məcəlləsinə son dəyişikliklər mütəxəssislərin diqqət mərkəzindədir. Xüsusilə hesabatların sayının azaldılmasının bu sahədə vergi ödəyicilərinin işinin yüngülləşməsinə gətirib çıxaracağı vurğulanır. Maliyyə eksperti Vüqar Mirheydərov gələn ildən vergi hesab-fakturalarının ləğv edilərək elektron qaimə-fakturalarla (EQV) əvəzlənməsinin tənzimlənmə mexanizmini izah edib: “Yeni ildən vergi hesab-fakturaları ləğv ediləcək. Bu məqamda bir sual yaranır: EQV-nin verilmə müddəti nə zaman nəzərə alınacaq? Məsələ ondadır ki, Vergi Məcəlləsində vergi hesab-fakturasından fərqli olaraq EQV-nin təqdim olunma müddətləri barədə heç bir məlumat yox idi. Buna görə də Vergi Məcəlləsinin 71-1-ci maddəsinə müəyyən düzəlişlərin edilməsinə ehtiyac yaranmışdı. Qanunvericiliyə son dəyişikliklərdə bunlar nəzərə alınıb.
Bu il Azərbaycanda müəllimlərin maaşı 20 faiz artırılıb. Bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı bu il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb.