Read More9
Read More9

Yeni nəsil kassalara ödənilən vəsaitlər vergilərlə əvəzlənəcək

posted in: Xəbər | 0

                           Yeni nəsil kassalara ödənilən vəsait vergilərlə əvəzlənəcək (Yeni nəsil kassa)

POS-terminal, Nəzarət-kassa elektron kassa çekiBu ildən nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulub. Bu məqam Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə ölkə prezidentinin fərmanına əsasən, Vergi Məcəlləsinin 77.5-ci maddəsinə uyğun olaraq, hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilən məbləği 350 manatdır.

Bu dəyişikliklə bağlı Vergilər Nazirliyinin şərhinə əsasən, Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının tətbiqinə başlanılıb. Bu məqsədlə Nazirlər Kabinetinin qərarı ilə “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilib. Həmin qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatlarının qrafikdə müəyyən edilən müddətədək istifadə edilməsi, qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatlarının yeni nəsil nəzarət-kassa aparatları ilə əvəz edilməsi nəzərdə tutulub.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2019-cu il tarixdən sonra quraşdırılan, müvafiq meyarlara cavab verən və əvvəllər istifadədə olan nəzarət-kassa aparatı ilə əvəz edilən nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdiriləcək.

Məsələn: Fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisidir. Marketində istismarda olan 1 ədəd nəzarət kassa-aparatını 10 yanvar 2020-ci il tarixdə Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulan yeni nəsil nəzarət kassa-aparatları ilə əvəz edir və köhnə nəzarət kassa-aparatını qeydiyyatdan çıxarır. Bu halda, 10 yanvar 2020-ci il tarixdə quraşdırılmış yeni nəzarət-kassa aparatı köhnə nəzarət kassa-aparatını əvəz etdiyindən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulduğundan həmin nəzarət-kassa aparatının alınmasına və quraşdırılmasına çəkilən xərclər qanunla müəyyən edilmiş həddə yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Beləliklə, Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri 1 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:

  • nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixinədək quraşdırıldıqda;
  • nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (NK) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;
  • nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (NK) tərəfindən müəyyən edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yeni nəsil kassa, Yeni nəsil kassa. vəsait, vəsait,

“Postbayram depressiyası”: İstirahətdən sonra əməkdaşları necə idarə etməli?

posted in: Xəbər | 0

mühasib, istirahət, mühasib, “Postbayram depressiyası”: İstirahətdən sonra əməkdaşları necə idarə etməli? (İstirahət, məzuniyyət)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun

2-ci hissə

Uzun çəkən istirahət günlərindən və ya məzuniyyətdən sonrakı ilk iş günləri həmişə orqanizm üçün böyük bir stressdir. Sözsüz ki, növbəti tətildən qayıdış şəxsi adaptasiya və vərdiş məsələsidir. Lakin məhz bu dövrdə əməkdaş adətən böyük dəstəyə ehtiyac duyur. Məzuniyyət başa çatdıqda və iş yerində vəzifənə qayıtmağa məcbur olduqda, “bayram sonrası depressiya” adlanan hallar – ağırlıq, laqeydlik, konsentrasiya, pis əhval-ruhiyyə vəziyyəti özünü göstərməyə başlayır. Bu, atmosferi ciddi zədələyə və bütün kollektivin işinə zərər vura bilər.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Qayıdışı planlaşdırın

İstirahətə hazırlıq əlbəttə ki, mühüm rol oynayır. Həll olunmamış mühüm məsələləri məzuniyyətdən sonrakı ilk həftəyə salmayın. Bəzi şirkətlərdə isə belə edirlər: məzumiyyət öncədən elə planlaşdırılır ki, əməkdaşın geri dönüşü ya cümə axşamına, ya da cümə gününə təsadüf edir, sonra isə həmin işçi istirahət günlərinə çıxır və artıq bazar ertəsi tamamilə yeni bir insan kimi geri qayıdır.

Oyunlar qurun

Əgər məzuniyyətdən bir neçə əməkdaş qayıtmışsa, siz müşavirələrin formatını dəyişə bilərsiniz. Qeymifikasiyanın (kompüter oyunlarının elementləri) tərəfdarlarının işlədiyi kiçik bir İT şirkətində gözəl bir ənənə var – uzun bayramlardan sonra həftə ərzində ilk yığıncaq oyun formasında keçirilir. Son dövrün nəticələri (il və ya rüb), əsas nailiyyətlər və planlar viktorina şəklində oynanır. Bu belə görünür: rəqəmlər və faktlar sərbəst qaydada ekranda görünür. Bu rəqəmin hansı departamentə aid olduğunu maksimal qısa müddət ərzində xatırlamaq lazımdır və düzgün şifrələnmiş mesaja görə hər kəs bir şərti vahid üzrə mükafat alır, sonra isə xoş bonuslar üçün mübadilə edilə bilər, məsələn, həftənin birinci saatı üçün qısaldılmış iş günü. Bütün bunlar şən, səs-küylü keçir, ən başlıcası isə, cəlb olunmanı artırır və insanları yenidən iş vəzifələrinə sövq edir.

Oyun görüşlərinə əlavə olaraq, əvvəlcədən işə yaxın olan bir sıra mühazirələr mövzuları planlaşdıra bilərsiniz. Mövzular müəyyən edilir: mentoring nədir və həyatda nəyə kömək edə bilər, düzgün idman növünü, istirahət texnikasını və meditasyonu necə seçmək olar. Hazırda bazarda kifayət qədər maraqlı mütəxəssislər var ki, onlar biliklərini təmənnasız bölüşməyə hazırdırlar. HR-və ya PR-şöbələr əvvəlcədən şirkətin ümumi qrafikini yazmaqla və planlaşdırmaqla belə görüşlərin keçiricilərinə çevrilə bilərlər. Bu əla məhsuldar əyləncədir, hansı ki,  işə dərhal başlamazadan öncə özünə gəlməyə imkan verir.

Və bəzi komandalar müşavirəyə istirahət zamanı oxunan kitablar haqqında hekayələrlə başlayırlar. Tez-tez ədəbiyyat seçimi təəccüb doğurur və həmkarlarınızın rəylərini dinləməklə qarşılıqlı zənginləşirsiniz.

Hər şey sizdən asılıdır

Bütün komandanın motivasiyasında rəhbərin rolunu qiymətləndirmək çətindir. Anlamaq lazımdır ki, menecer şablon çərçivəsində fəaliyyət göstərməkdən daha loyal və kreativ olsa, tabeliyində olanlara real dəstək göstərəcək. Sizin əsas məqsədiniz qayıdan insanı böyük qələbələrə ruhlandırmaq və həmin şəxsə onu çox gözlədiklərini göstərməkdir.

Əməkdaşınız üçün komanda ilə birlikdə sürpriz edin. Bunun nə olması mühüm deyil: masaüstü ekran şəkil kollaj, kollektiv fantaziyanın məhsulu olan stiker və ya hətta sadə şokolad da ola bilər.

Bu dövrdə sizin əsas vəzifəniz cəlb olunma, enerji və qayğının bələdçisi olmaqdır. Rəhbərə düzgün ton vermək vacibdir: əgər siz özünüz məzuniyyətdən qayıdandan sonra şikayət etməyə və itirilmiş vaxta təəssüflənməyə başlayırsınızsa, ətrafda hamı mütləq sizin “mahnınıza” köklənib, eyni şeyi edir. Məkanı pozitivlə doldurun: nə qədər daha çox verirsinizsə, bir o qədər daha çox geri qayıdacaq. Belə rəhbərə məzuniyyətdən qayıtmaq həmişə xoş olacaq və komandanız sizə minnətdar olacaq.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

məzuniyyət, İstirahət,  İstirahət,

Bu ildən evini satanlar daha az vergi ödəyəcəklər

posted in: Vergi, Xəbər | 0

Subicarə vergi öhdəlikləriYanvarın 1-dən etibarən qeydiyyatda olduğu özünə məxsus evi satanlar üçün vergi yükü azaldılıb. Bu haqda müddəalar Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb.

Qanuna əsasən, fiziki şəxslər tərəfindən vergidən azad edilməklə, təqdim edilən yaşayış sahəsində ən azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilib. Eyni zamanda fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan sahəsi istisnasız vergidən azad olunub.

Başqa sözlə, artıq 3 il ərzində sahibi olduqları mənzildə qeydiyyatda olanlar mənzili satan zaman hər hansı vergi ödəməyəcək. 3 ildən az sahibi olduğu mənzildə qeydiyyatda olanlar isə evlərinin sahəsinin 30 faizi üçün vergi ödəməyəcək, yaşayış sahəsinin qalan sahəsi üçün isə hər 1 kvadratmetrə görə 15 manat olmaqla, sadələşdirilmiş vergi ödəyəcəklər. Bu halda verginin hesablanması yaşayış sahələri üzrə müəyyənləşdirilmiş əmsala vurulur.

Tutaq ki, Bakıda birinci zonada yaşayanlar 3 ildən az qeydiyyatda olduqları evlərini satarkən evlərinin sahəsinin 30 faizi üçün vergi ödəməyəcək, evlərinin qalan sahəsinin hər kvadratmetri üçün isə sadələşdirilmiş vergi 4 əmsalla hesablanacaq. Yəni hər kvadratmetr üçün 60 manat vergi ödəyəcəklər. Bu halda Bakıda 12-ci zonada yaşayanlar isə hər kvadratmetr üçün 1,2 əmsalla 18 manat ödəyəcəklər. Ev satışına görə sadələşdirilmiş verginin ödənilməsinə nəzarət notariuslarda təmin edilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi,

Nəqliyyat xidməti göstərən vergi ödəyicinin dövriyyəsi 200.000 manatı keçərsə ƏDV qeydiyyatına alınma öhdəliyi yaranır?

posted in: Vergi, Xəbər | 0

Sual: Müəssisə 01.10.2019 tarixdə qeydiyyatdan keçib (ƏDV ödəyicisidir) və ölkə daxili yükdaşınma xidməti ilə məşğul olacaq. (həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirir). Daşıdığı yükə görə qarşı tərəfə təqdim etdiyi E-Qaimə və EVH Fakturada göstərdiyi dövriyyə üçün əlavə dəyər vergisi tətbiq etməlidirmi? (ƏDV qeydiyyatına alınma öhdəliyi)

Yoxsa 156.1-2 ci maddəyə ( 156.1-2.Bu Məcəllənin 156.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər yanvar ayının 31-dən gec olmayaraq, əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.) əsasən həmin dövriyyəyə ƏDV tətbiq edilməməlidir?

Cavab: Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər Vergi Məcəlləsinin 156.1-1-ci maddəsi ilə müəyyən edilən tələblərə cavab verdiyi halda könüllü qaydada əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alına bilər. Eyni zamanda həmin şəxslər tərəfindən hər il yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizənin uçotda olduqları vergi orqanına təqdim edildiyini nəzərə alaraq təqvim ilin ərzində dövlət qeydiyyatına alınan belə şəxslərin ƏDV məqsədləri üçün ərizə təqdim etmək hüququları yaranmır.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV qeydiyyatına alınma öhdəliyi
error: Content is protected !!