Read More9
Read More9

Bağışlanmış daşınmaz əmlaka vergi hesablanması

posted in: Vergi, Xəbər | 0

vergi hesablanması daşınmaz əmlakVergilər Nazirliyinin şərhinə əsasən, balansında olan daşınmaz əmlakın digər şəxsə bağışlanması hüquqi şəxs tərəfindən aktivlərin təqdim edilməsi sayılır. Daşınmaz əmlakın təqdim edilməsi zamanı (Vergi Məcəlləsinin 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) yaranan vergi Vergi Məcəlləsinin 220.8.1-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanır və qeyri-yaşayış sahəsinin təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur və həmin daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər hüquqi şəxsin mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərinə aid edilmir. vergi hesablanması daşınmaz əmlak

Eyni zamanda, aparılmış əməliyyatlar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləğləri təqdimetmənin baş verdiyi ayın ƏDV bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Bununla belə, həmin əmlakı əvəzsiz əsasla alan fiziki şəxsin belə gəliri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilməklə onun 1.000 manatdan yuxarı olan hissəsi Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilir. Və qeyd olunan şəxs vergi orqanında uçota alınmaqla qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi ödəməlidir. Və hesabat təqdim etməlidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi hesablanması daşınmaz əmlak

Kassa metodunda xərcin çəkilməsi vaxtı nə vaxt hesab olunur?

posted in: Xəbər | 0

vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Sual: Müəssisəmiz gəlir və xərclərinin uçotunu kassa metodu ilə apardığı halda gəlirin əldə edilməsi və xərcin çəkilməsi vaxtı nə vaxt hesab olunur?

Cavab: Vergi Məcəlləsinin (VM) 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. (VM, maddə 132.1).

Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır.

Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. (VM, maddə 133). Qeyd olunan müddəalara əsasən: Gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan müəssisə tərəfindən hesabat ili ərzində əldə etdiyi gəlirdən həmin hesabat ilində çəkilən və gəlirin əldə edilməsi ilə bağlı olan xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanın ticarət dövriyyəsinin 8 mlrd. dolları “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür

posted in: Xəbər | 0

Hazırda Azərbaycanda 505 hüquqi şəxs “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ümumilikdə, idxal əməliyyatlarının 25%-i, ixrac əməliyyatlarının 27%-i, ticarət dövriyyəsinin isə 8 mlrd. dolları “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür.

Komitədən bildirilib ki, risklərin analizi, uçot sisteminin yenidən qurulması, vergi orqanları ilə birlikdə təşkil edilən maliyyə nəzarətinin gücləndirilməsi hesabına “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, gömrük əməliyyatlarında şəffaflığın təmin olunması da həyata keçirilən islahatların nəticəsidir.

“Gömrük orqanlarının 2 il əvvəlki plan-proqnozla müqayisədə nəzərdə tutulandan 2 mlrd. manat artıq vəsaiti toplayaraq dövlət büdcəsinə köçürməsi “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində uğurlu addımdır”, – deyə Komitədən bilirilib.

Mənbə: apa.az



Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (1-ci hissə)

posted in: Mühasib, Xəbər | 0

                        Mühasibatlığın əhəmiyyəti barədə ibrətamiz ifadələr (1-ci hissə) mühasibatlıq

Mühasibat keçmişin qüsursuz hakimidir, bu günün yoldaşı və hər bir təsərrüfat müəssisəsinin gələcəyinin bələdçisidir.

İ.F. Şer

Mühasibat ikiüzlü Janus (Roma mifologiyasında ikiüzlü tanrı) kimidir, bir tərəfi ilə keçmişə, digər tərəfi ilə isə gələcəyə yönəlib.

V.D. Belov

Hesabdarlıq – bu keçmişin güzgüsü, gələcəyin rəhbəri, təsərrüfatın bütün sahələrində, müəssisənin statistikası və tarixində qayda-qanun deməkdir.

V. Citti

Qeyd edək ki, hesabdarlığın böyük əhəmiyyəti təkcə cari fəaliyyətin tədqiqində deyil, həm də müəssisənin gələcək həyatı üçün verdiyi praktiki göstərişlərdə də baş verir.

L.İ. Gomberq

Bir sözlə, mühasibat bütün təsərrüfat fəaliyyətini özündə əks etdirərək, keçmişin səhvlərini qələmə alır, gələcəklə bağlı düzgün yol göstərir və hər bir işin dəqiq aparılması üçün zəruri şərt olur.

S.İ. Dyakov

Hər bir müəssisənin mühasibatlığı müəssisənin özü ilə birlikdə doğulur. O, müəssisənin taleyini müəyyən edir.

Q. Arsenyev

Hesabdarlıq – bu, məşhur təsərrüfatın, müəssisənin və ya təşkilatın bütün işlərinin əks olunduğu güzgünün özünün bu və ya digər üstünlüklərindən asılı olaraq və ya ən xırda detallarla, yaxud təhrif edilmiş, eybəcər görkəmlə tam formada əks olunduğu güzgüdür.

M. Primak

Mühasibatlığı güzgü ilə, son zamanlar isə kinematoqrafla müqayisə etmək qəbul edilib. Amma bu müqayisə qüsurludur, çünki mühasibat haqqında əsl anlayış, həqiqi təsəvvür yaratmır. Mühasibat güzgü və kinematoqrafdan ölçüyəgəlməz dərəcədə yüksəkdə dayanır. Güzgü və kinematoqrafda biz obyektin və ya prosesin yalnız üzünü, nümunəvi tərəfini görürük.  Biz kinematoqrafın butaforiyası arxasında medalın əks tərəfini görmürük. Kinematoqrafiya ilə yalnız bizim süni qaydalar və seçim əsasında qurulan hesabatları müqayisə etmək olar. Mühasibat bu predmetlərdən daha yüksəkdir, çünki müəssisənin dərinliklərinə nüfuz edə bilir və bütün prosesləri ən kiçik detallara qədər göstərə və düzəldə bilir.

S.İ. Dyakov

Hesabdarlıq – bu iqtisadi zülməti işıqlandıran bir məşəldir; bu – gələcəyi görmək istəyənlər üçün işıq kriteriumudur; bu – istehsal hadisələrində, mübadilə, istehlak, özəl və ictimai kapitalın idarəetməsi vaxtı qarışıqlıq zamanı düzgün yolu göstərən bir kompasdır.

E. Leote

2-ci hissəni oxumaq üçün keçidə daxil olun


error: Content is protected !!