Aksiz vergisi üzrə daxilolmalar 20 faiz artıb
6,3 faiz artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin müddətdə büdcənin gəlirləri 19 milyard 367,04 milyon manat təşkil edib. Büdcəyə daxilolmaların 21,73 faizi əlavə dəyər vergisi, 11,84 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,58 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,85 faizi aksizlər, 3,84 faizi fiziki şəxslərin gəlir vergisi, 1,59 faizi sadələşdirilmiş vergi, 2,16 faizi vergilərin digər növləri, 49,41 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. (aksiz vergisi üzrə daxilolmalar)
2019-cu ilin yanvar-oktyabr aylarında aksiz vergisi üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb. Bu vergi üzrə 746,11 milyon manat vəsait daxil olub. Göstərilən dövrdə xarici iqtisadi fəaliyyətlə bağlı vergilər isə ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artıb. Əlavə dəyər vergisi üzrə daxilolmalar isə yanvar-oktyabr aylarında 2018-ci ilin eyni dövrünə nisbətən 17 faiz artaraq 4 milyard 208,37 milyon manata çatıb. Əmlak vergisində isə 12 faizlik artım müşahidə edilib.
Mənbə: vergiler.az

Sual: Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Qeyd olunan müavinətdən gəlir vergisi tutulur? Əgər tutulmursa zəhmət olmasa nəyə əsasən tutulmadığını yazın.
Bu ilin noyabr ayında Azərbaycanda 8 514 vergi ödəyicisi qeydiyyata alınıb.
“Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında