Bəzi malların idxal və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib

posted in: Xəbər | 0

məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 dekabr tarixli 463 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3917 32 000 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: İdxal və ixrac gömrük rüsumlarının dərəcələri

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
idxal, ixrac,

“Kapital Bank” sahibkarlar və hüquqi şəxslər üçün yeni xidmətlərini istifadəyə verib

posted in: bank, Xəbər | 0

Kapital Bank, əməliyyatçı, Hesab üzrə mütəxəssis, tələbələr üçün Təcrübə, Vakansiya,“Kapital Bank” ASC Azərbaycanda kiçik və orta sahibkarların daha rahat maliyyələşməsi, xidmət alması və banka gəlmədən bir sıra xidmətləri onlayn rejimdə, məsafədən ala bilməsi üçün bir sıra yeniliklər təqdim edib.

Bankdan  verilən məlumata görə, ölkədə ilk dəfə olaraq, “Kapital Bank” öz filiallarında hüquqi şəxslərin imza nümunələrinin notariat kontorlarına getmədən, yerindəcə təsdiqlənməsini həyata keçirir. Bu xidmət vasitəsilə hüquqi şəxslər əlavə vaxt itkisini və əlavə xərcləri aradan qaldıracaq, həmçinin bank xidmətlərindən daha rahat və operativ şəkildə istifadə edə biləcəklər.

Kiçik və orta sahibkarların banka gəlmədən, məsafədən bank xidmətlərindən istifadə etməsi, bank hesabları üzrə məlumatların əməliyyatlar baş verən anda əldə etməsinə imkan verən həll üsulu kimi “Kapital Bank”ın təqdim etdiyi yeniliklərdən biri sahibkarlar üçün yeni SMS-İnfo xidmətidir.

Artıq kiçik və orta sahibkarlıqla məşğul olan müştərilər SMS-İnfo xidmətinin təqdim etdiyi üstünlüklərdən yararlanmaqla balans, hesab, POS-terminalla yerinə yetirilən əməliyyatların hesaba mədaxil olması zamanı və digər daxilolmalar üzrə məlumatı SMS şəklində dərhal ala biləcəklər. Bu xidmət sahibkarlara tam olaraq pulsuz təklif olunur.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank

Mühasibat uçotunun prinsipləri

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotu bu elmin ortaya çıxmasından çox-çox əvvəl açıq olan ciddi elmi prinsiplərə əsaslanır. Prinsiplərsiz heç bir mühasibat uçotu yarana bilməzdi: yalnız onların zamanında təşəkkül tapması, investorlara mühasibat hesabatını obyektiv materialist mövqelərdən təhlil etməyə imkan verdi.

Müxtəlif ölkələrin alimləri müxtəlif prinsiplər sayırlar, lakin, əslində mühasibat uçotu prinsiplərinə bunlar aiddirlər:

1) qeyri-unutqanlıq;

2) ehtiyatlılıq;

3) anlaşıqlıq;

4) düzgünlük;

5) ilkin sənədlərin mühafizə olunduğu yerə vergi müfəttişliyinin buraxılması.

1. Qeyri-unutqanlıq

Bu, çox mühüm prinsipdir, çünki mühasibin bir şey yazmağı unutduğu təqdirdə, bu məlumat heç vaxt mühasibat uçotunun reyestrlərində təsbit edilməyəcəkdir. Bu, uzunmüddətli nəticələrə səbəb ola bilər. Kimsə dəqiqləşdirmə aparmalı olduqda, o, registrə oturub baxacaq və görəcək ki, o bom-boşdur. Bu səbəbdən, mühasib hər zaman bir şey yazmağı unutmadığını və unutduğunda, dərhal yanlışlığı düzəltməyi yadda saxlamalıdır. Əlbəttə ki, yüz faiz unudulmaz bir vəziyyət ola bilməz, amma, bunun üçün səy göstərmək lazım gəlir: ideal mühasibatlıq odur ki, mühasibin özü heç bir şeyi unutmayır və həmkarlarına da daim heç nəyi unutmamaları ilə bağlı xəbərdarlıq edir.

2. Ehtiyatlılıq

Qeyri-unutqanlıq mühasibat işi üçün kifayət etmir, həm də çox ehtiyatlı olmaq lazmdır ki, hər hansı bir şeyi nəzərdən qaçırmayasan. Hər şeyə diqqət yetirmək, elə ehtiyatlılığın əsas prinsipidir. Mühasib eyni zamanda br çox az nəzərə çarpan detallara da diqqət yetirməlidir: hansı hesab debet olunur, hansı kredit olunur, ilkin sənədlər doldurulubmu, dövriyyə cədvəli hara yoxa çıxıb, bu gün müdirin əhvalı necədir, kompüter rozetkaya taxılıbmı və s.

Ehtiyatlılıq prinsipinə əməl etmək, hər şeyə diqqət yetirmək deməkdir.

3. Anlaşıqlıq

Anlaşıqlıq prinsipini müxtəlif elmi məktəblər fərqli şəkildə şərh edirlər.

Bəziləri vurğulayırlar ki, mühasib hər şeyə öz ağlı hesabına çatmağa məcburdur,elə bundan damühasib üçün məcburi olan mənəvi-iradəli keyfiyyət kimi anlaşıqlıq haqqında nəticə nədən əldə edilir.  Mübahisə etməyinə dəyməz, müasir iqtisadi fəaliyyət o qədər mürəkkəbdir ki, heç kim, hətta mühasibat uçotu və hesabatları üzrə departament belə, mühasibat uçotunda onun əks olunmasının bütün qaydalarını ətraflı təsvir etmək iqtidarında deyil. Bütün ümidlər mühasiblərədir, hansı ki, onlar öz zəkaları və israrçılıqları hesabına lazımi provodkanı hətta mövcud olmadığı normativ sənəddə aşkara çıxarmaq qabiliyyəində olurlar. Məhz, bu məsələdə onların anlaşıqlıqları mühasiblərin yardımına çatır.

Digər elmi məktəblər isə əksinə, anlaşıqlıq prinsipini normativ qeyri-sabitlik atmosferi kimi dəyərləndirir və bu zaman mühasibin bir şey etmək və hətta düşünmək iqtidarında olmayan vəziyyətə düşdüyü qənaətinə gəlir. Sağlamlıq üçün zərərli olan iş mühasibdən uzaqlaşır, onu həddən ziyadə qəzəbləndirir, bu səbəbdən onu bəzən uzaqlaşan prinsip də adlandırırlar.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasibat uçotu

Noyabrda Gömrük Komitəsi dövlət büdcəsinə 361 milyon manat köçürüb

posted in: Xəbər | 0

büdcə daxilolmaları, konsepsiya layihəsi, gömrük daxilolmaları, Gömrük təmsilçiləri, gömrük orqanı, Yaşıl dəhliz, Qaçaqmalçılıq, büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükCari ilin noyabrında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə daxilolmalar 361 milyon 14 min manat olub.

Komitədən bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 89 milyon 500 min manat, əlavə dəyər vergisi üzrə 252 milyon 20 min manat, aksizlər üzrə 13 milyon 531 min manat, yol vergisi üzrə isə 4 milyon 962 min manat təşkil edib.

Mənbə: azertag.az


Bax: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
DGK, dövlət büdcəsi