Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə müavinət ödənilirmi?

posted in: Xəbər | 0

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmək qabiliyyətinin itirilməsi halında müavinət ödənilib-ödənilməməsi məsələsinə də aydınlıq gətirilib.

Həmin bənddə qeyd edilir ki, sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən, qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. İqtisadçı ekspert Anar Bayramov mövzunu misalla izah edir.

Misal. Xidmət sahəsində fəaliyyət göstərən və 15 il staji olan fərdi sahibkar 15 oktyabr 2019-cu il tarixdə əmək qabiliyyətini 6 günlük itirib. Bu zaman əvvəlki 12 ayın qazancı olaraq minimum əməkhaqqı əsas götürüləcək. 2018-ci ilin oktyabr ayından 2019-cu ilin mart ayına kimi minimum əməkhaqqı 130 manat, 2019-cu ilin martından sentyabr ayına kimi 180 manat, sentyabr ayında isə 250 manat olub. Fizikin şəxsin əvvəlki 12 ayı üzrə gəliri – 650 manat (130 manat x 5 ay) + 1080 manat (180 manat x 6 ay) + 250 manat = 1980 manat olub.

Deməli, fiziki şəxsin əvvəlki 12 aylıq qazancı 1980 manat qəbul ediləcək. 2018-ci ilin oktyabr ayı ilə 2019-cu ilin sentyabrına qədər 243 gün iş günü var. O zaman fiziki şəxsə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət məbləği aşağıdakı kimi hesablanacaq:

Müavinətin məbləği = (((Əvvəlki 12 ayın qazancı) / (Əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı) x (Staj və kateqoriyaya görə faiz)

Müavinətin məbləği = (((1980 manat) / (243 gün) x 4 gün) x (100 faiz)= 32,59 manat.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Fərdi sahibkarlıq, müavinət

İcarəyəverən vergi ödəyicisi olmayan halda kommunal xərclər icarəçi üçün necə xərc kimi nəzərə alına bilər?

posted in: Xəbər | 0

İcarəyəverən vergi ödəyicisi olmayan halda kommunal xərclər icarəçi üçün necə xərc kimi nəzərə alına bilər?

vergi ödəyicisi, dövlət rüsumları,Sual: Vergi ödəyicisi olmayan şəxs sahib olduğu obyekti icarəyə verib. Həmin obyektə elektrik sayğacını quraşdırmaq üçün də müvafiq quruma müraciət edir.

1-ci sual: Obyekt yiyəsinin VÖEN-i olmadığına görə işıq idarəsi tərəfindən elektron qaimə tərtib olunmamalıdır, yoxsa bu halda icarəyə götürən vergi ödəyicisinə elektron qaimə yazılmalıdır?

2-ci sual: Həmin obyekt sahibləri mütləq vergi uçotuna durmalıdırlarmı? Bu barədə məlumat verməyinizi xahiş edirəm.

Cavab: İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın o cümlədən elektron vergi hesab-fakturanı təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kommunal xərclər, icarəçi, xərc

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə endirə bilər

posted in: muhasibat, Xəbər | 0

vergidən azad, uçot dərəcəsi, Azərbaycan Mərkəzi Bankı, Mərkəzi Bank, nağdsız əməliyyatlar uçot dərəcəsi azərbaycan pul nişanlarıDekabrın 13-də Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini növbəti dəfə endirə bilər. (mərkəzi bank)

Məlumata görə, hazırki iqtisadi göstəricilər uçot dərəcəsinin parametrlərində dəyişikliyə şərait yaradır: “Artıq 10 aylıq idxal-ixrac əməliyyatlarının göstəriciləri, tədiyyə balansı ilə bağlı rəqəmlər və uçot dərəcəsinə təsir edən bir çox digər faktorların göstəriciləri məlumdur. Hesab edirəm ki, bütün bunlar uçot dərəcəsini bir qədər də endirilməsinə şərait yaradır”.

Dövlət Gömrük Komitəsinin statistikasına istinadən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 28,276 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% çoxdur. Son nəticədə xarici ticarətdə 5,366 milyard dollarlıq müsbət saldo yaranıb.

Qeyd edək ki, AMB sonuncu dəfə faiz dəhlizində dəyişikliyi oktybarın 25-də edib. Həmin vaxt Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7,75%-ə endirilməsi haqqında qərar qəbul edib. Bundan əlavə faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9,5% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 13-də baxacaq.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mərkəzi Bank, uçot

Bakıda nizamnamə kapitalı 24 milyon manat olan şirkət yaradılıb

posted in: Xəbər | 0

Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Bakıda nizamnamə kapitalı 24 milyon manat olan şirkət yaradılıb.

Vergilər Nazirliyi “Vornado” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhər, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 9, nizamnamə kapitalı 24 236 556 manat, qanuni təmsilçisi isə Orxan Sabutay oğlu Əliyevdir.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
nizamnamə kapitalı,şirkət