Read More9
Read More9

Təsisçi payının 50 faizini fiziki şəxsə əvəzsiz verdikdə hansı vergi öhdəlikləri yaranır?

posted in: Xəbər | 0

Təsisçi payının 50 faizini fiziki şəxsə əvəzsiz verirsə, bu halda həm müəssisə, həm fiziki şəxs üçün hansı vergi öhdəlikləri yaranır?

Vergilər Nazirliyinin şərhinə əsasən, Vergi Məcəlləsinin 104.6-cı maddəsinə əsasən, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən mənfəətdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Qeyd olunanlara əsasən, iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq təsisçi hüquqi şəxsin vergi tutulan gəlirlərinə aid edilməklə vergiyə cəlb olunur.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinə əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi mənfəət vergisindən azaddır.

Əlavə olaraq bildiririk ki, mülki qanunvericiliyə uyğun olaraq ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.

Eyni zamanda, iştirak payları təqdim edilərkən cəmiyyətin xalis aktivlərinin dəyərinin müəyyənləşdirilməsi alğı-satqı müqaviləsinin bağlandığı tarixə qiymətləndirilməklə həyata keçirilir.

İştirak payını əvəzsiz əldə edən fiziki şəxsin vergi öhdəlikləri ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinin müddəalarına əsasən, təqvim ili ərzində alınan hədiyyə məbləği fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilərək həmin hədiyyənin dəyərinin 1.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Dəyəri 1.000 manatdan yuxarı hədiyyə əldə edən fiziki şəxslər vergi orqanında uçota alınaraq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.


İş və istirahət günlərinin yeri dəyişdirildi

posted in: Xəbər | 0

dövlət reyestrinin aparılması hüquqiİş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.

Azərbaycan Respublikasının
Baş Naziri           Əli Əsədov

Mənbə: cabmin.gov.az



Vakansiya: Baş Mühasib – Beta Azerbaijan

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Baş Mühasib köməkçisi VakansiyaVakansiya: Baş Mühasib tələb olunur.

İşəgötürən: Beta Azerbaijan.

İş barədə məlumat

– Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması.
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – şənbə: 08:30-18:00
– Bazar günü istirahət günüdür
– Nahar şirkət tərəfindən verilir

Namizədə tələblər

– Qadın namizəd
– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

CV-lərinizi foto ilə birlikdə / ünvanına Baş Mühasib başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
baş mühasib vəzifəsi üzrə vakansiya elan olunur. vakansiya

Bakıda işçilərin orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

ehtiyac meyarının məbləği, təqaüd, əmək haqqı, sosial müavinət,Pensiya, əmək haqqı, emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıBu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 6,1% artaraq 833,6 manat təşkil edib.

2019-cu ilin sentyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 952,4 manata çatıbki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 24,4%, cari ilin avqust ayı ilə müqayisədə isə 14,9% çoxdur.

Mənbə: apa.az

 

 


error: Content is protected !!