Read More9
Read More9

Dövlət Əmək Müfəttişliyi Xidməti Şəkidə işəgötürənlər üçün maarifləndirici tədbir keçirib

posted in: Xəbər | 0

Dövlət Əmək Müfəttişliyi Xidməti Şəkidə işəgötürənlər üçün maarifləndirici tədbir keçirib

cinayət işi, uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqAzərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə görə qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki rayonunda “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb.

Bildirilib ki, milli qanunvericilikdə qadınların əmək hüququnun həyata keçirilməsində təminatları sistemi müəyyən olunub. Əmək Məcəlləsinin 51-ci, 66-cı, 78-ci, 79-cu, 91-ci, 98-ci maddələri bu və ya digər bir formada, 117-ci maddəsi, 19-cu (125-127-ci maddələr) və 37-ci fəsilləri (240-246-cı maddələr) isə bütünlüklə qadınların əməyinin tənzimlənməsi məsələlərinə həsr edilib.

Tədbirdə hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər, bu kateqoriyadan olan işçilər üçün nəzərdə tutulan əlavə təminatlar barədə də məlumat verilib. Xidmət sahələrində qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə görülən işlər və qarşıda duran vəzifələr də müzakirə olunub.

Tədbirdə nazirliyinin “Məşğulluq” altsisteminin işəgötürənlər və işçilər üçün əhəmiyyəti, sistemin üstünlükləri barədə də geniş məlumat verilib.

Mənbə: sosial.gov.az



Kadr auditi

posted in: Audit, Kadr | 0

Kadr auditi şirkətin sənədlərinin qanunvericiliyin və digər hüquqi aktların normalarına uyğun olub-olmamasının yoxlanmasından, yol verilmiş yanlışlıqların müəyyən edilərək aradan qaldırılmasından, yanlışlıqların doğura biləcəyi mənfi nəticələrin qarşısının alınmasından ibarətdir.

Kadr auditinə şirkətin normativ aktlarının, kadr uçotu üzrə sənədlərin və kadr əmrlərinin mövcudluğunun və düzgünlüyünün yoxlanması, əməkdaşların şəxsi vərəqələrinin doldurulması, əməkdaşların şəxsi işlərinin doldurulması, şirkətin lokal aktları ilə tanış olması qaydalarının yoxlanması daxildir. Accounting.Az sərfəli qiymətlə, keyfiyyətli və etibarlı kadr auditinin aparılmasını sizə təklif edir. Təcrübəli mütəxəssislər tərəfindən aparılan xidmətlərin keyfiyyətinə zəmanət verilir.

Bax:

Vergilər nazirinin müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

işə qəbul, maaş, özəl tibb müəssisələri,Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıVergilər nazirinin müavini Sahib Ələkbərov noyabrın 27-də Siyəzən şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Heydər Əliyev küçəsi, 135a) Abşeron, Xızı, Siyəzən, Qubadlı, Zəngilan, Şuşa rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 20-25 noyabr 2019-cu il tarixlərində Sumqayıt şəhərində fəaliyyət göstərən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Xırdalan və Siyəzən rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az



Vergi ödəyicisinin vergi borcu barədə arayışın verilməsi

posted in: Vergi, Xəbər | 0

Xərc,təlimlər, Vergilər Nazirliyi, Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Xidmətin adı: Vergi ödəyicisinin vergi borcu barədə arayışın verilməsi. (vergi ödəyicisi)

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin vergi borclarının alınması strukturları, vergi öhdəliklərinin icrasına nəzarət strukturları

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Vergi ödəyicisinin vergi borcu barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir)

Elektronl aşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az



error: Content is protected !!