Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edildi
Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edildi

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planının 8.5.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“AR vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 oktyabr tarixli 430 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
- Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın “222950. Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsi əlavə edilsin.
- Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:
2.1. “222900. “Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafında “222940. Əməyin mühafizəsi xərcləri” sözləri “222950. Əməyin mühafizəsi xərcləri”, “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” sözləri ilə əvəz edilsin;
2.2. “222950. “Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra aşağıdakı məzmunda maddə əlavə edilsin: “222960. “Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsinə dövlət qulluqçularının əlavə təhsil xərcləri daxildir.”;
2.3. “222990 “Sair xərclər” maddəsinə “dinləyicilərin” sözündən sonra “(dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının
Baş Naziri Əli Əsədov

Sual: Müəssisə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyidir və mənfəət vergisi ödəyicisidir. Müəssisənin balansında olan avtonəqliyyat vasitəsi qəza nəticəsində istismara yararsız hala düşmüşdür. Qəza nəticəsində avtomobili sığorta edən şirkət avtomobilin dəyərinin müəyyən qismini müəssisəyə ödəyir. Qəzalı vəziyyətdə olan avtomobili isə müəssisə digər bir müəssisəyə satır.
Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Vergilər Nazirliyinin şərhində bildirilir ki, aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: