Dövlət tərəfindən maliyyələşməyən MMC işçisinin vergi öhdəliyi necə olmalıdır?
Dövlət tərəfindən maliyyələşməyən MMC işçisinin vergi öhdəliyi necə olmalıdır?
Vergilər Nazirliyinin şərhində qeyd olunub ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” təsdiq edilmişdir. Meyarların 2.2-ci bəndinə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.
Göründüyü kimi, meyarlar yalnız maliyyələşmə mənbəyinə münasibətdə deyil, həmçinin səhmlərin və ya payların sahiblərinə nisbətdə müəyyənləşdirilmişdir.
Qeyd edilənlərə əsasən, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirilmədiyi, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olmadığı halda vergi ödəyicisi qeyri-dövlət sektoruna aid edilir və işləyən şəxslərin əmək haqlarından gəlir vergisi güzəştli dərəcələrlə, yəni Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə uyğun hesablanır.
Mənbə: vergiler.az

Vakansiya: Mühasib köməkçisi tələb olunur.
Vergilər Nazirliyinin şərhinə əsasən, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir. Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-in, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir.