İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər hansı halda gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

Aqrotexniki xidmətlər ƏDV EDVSual: İşəgötürən icarəyə avtomobil götürür və icarə müqaviləsində icarəyə verənlə belə bir şərt də razılaşdırılır ki, avtomobilin saz vəziyyətdə qalması üçün çəkiləcək xərcləri də işəgötürən ödəyəcəkdir. (ehtiyat hissələri amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.).(əsas vəsait, xərclər)

İşəgötürən öz işçinin şəxsi avtomobilini müqavilə əsasında icarəyə götürür. Müqavilədə belə bir şərt razılaşdırılır ki, yalnız avtomobilin saz vəziyyətdə saxlanılması üçün cəkiləcək xəcləri işəgötürən qarşılayacaqdır. (ehtiyat hissələri amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.).

Yuxarıda qeyd olunan hallarda bu xərclər gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilərmi? Ümumiyyətlə, bu cür xərclər hansı halda gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilər?

Cavab: Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci114.6-cı və 115-ci maddələri

Mənbə: taxes.gov.az

Bax:

 



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
əsas vəsait, xərclər

Amortizasiyanın hesablanması qaydası

posted in: Xəbər | 0

                        Amortizasiyanın hesablanması qaydası (Amortizasiya)

Sual: Müəssisəmizdə 2018-ci ilin sonuna əmlakın qalıq dəyəri (nəqliyyat vasitəsi) 18.000 manat təşkil edir. 2019-cu ilin iyun ayında 10.000 manat dəyərində əsas vəsait alınıb. 2019-cu il üzrə əsas vəsaitin amortizasiyasının hesablanmasında mənə kömək etməyinizi Sizdən xahiş edirəm. Əgər yeni açılmış müəssisədə cari il ərzində (iyun 2019-cu il tarixində) 10.000 manatlıq əsas vəsait (nəqliyyat vasitəsi) alınıbsa amortizasiya hesablanması necə olacaq.

Cavab: Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Nəqliyyat vasitələri üzrə illik amortizasiya norması 25 faiz müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki dərəcələrə (nəqliyyat vasitələri üçün 25 faiz) 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyekti olduqda isə 1.5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.

Müraciətinizdə qeyd olunan halda:

18 000 + 10 000 = 28 000

28 000 – (28 000 *50%) və ya 28 000 – (28 000 * 37,5 %)

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Amortizasiyanın hesablanması, Amortizasiya

Sahibkarlara e-ticarətlə bağlı təlimlər keçiləcək

posted in: Xəbər | 0

“My broker” şirkəti 2019-cu ildə 500-dən artıq sahibkara ixrac prosedurları, logistika, sənədləşdirmə işləri, eləcə də gömrük rəsmiləşdirilməsi ilə bağlı təlim keçib. Şirkətin direktoru İlqar Vahabov kiçik və orta sahibkarlarla ixrac prosedurları və qaydaları ilə bağlı xüsusi təlim və seminarların keçiriləcəyini bildirib: (e-ticarət,təlimlər)

“Sahibkarların tələbatını yerinə yetirmək üçün elektron ixracat məsələsini gündəmə gətirərək bununla bağlı araşdırmalar aparmışıq. Bu sahədə Türkiyədə yaxşı təcrübə qazanmış “Worldef” şirkəti ilə birgə Bakıda kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlərə biznesin e-ticarət, ixracat kimi sahələri barədə xüsusi təlimlər, seminalar təşkil olunacaq. Bununla Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasına dəstək verəcəyimizi düşünürük”.

İ.Vahabovun sözlərinə görə, yerli məhsulların istehsalı ilə məşğul olan kiçik və orta sahibkarlıq subyektlərinin həmin məhsulların dünyada tanıdılması, marketinqinin qurulması, beynəlxalq sertifikatların alınması, sərgilərdə iştirak etməsi kimi məsələlər barədə maarifləndirilməsinə, dövlət qurumları ilə münasibətlərin əlaqələndirilməsinə ehtiyac var:

“İqtisadiyyat Nazirliyinin xətti və AzPROMO-nun dəstəyi ilə sahibkarlar xarici ölkələrdə keçirilən müxtəlif ixrac təşviqi sərgilərində iştirak edəcəklər. Sərgidə iştirak üçün şirkətlərin xərclərinin 50 faizini dövlət ödəyir”.

Sahibkarların ixracla bağlı üzləşdikləri çətinliklər sırasında beynəlxalq sertifikatların alınmasının olduğunu deyən İ.Vahabov iş adamlarını “Azexport” portalının ixrac imkanlarından yararlanmağa çağırıb.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
e-ticarət, təlimlər

İş vaxtının cəmlənmiş uçotu

posted in: Xəbər | 0

vergi, vergidən azad, iş vaxtı,Əmək Məcəlləsində işəgötürənlər üçün qaranlıq qalan məsələlərdən biri iş vaxtının cəmlənmiş uçotu anlayışıdır. Bu anlayışla bağlı maraq doğuran məsələləri sərbəst auditor Altay Cəfərov şərh edir. (iş vaxtı)

İş vaxtının cəmlənmiş uçotu Vergi Məcəlləsinin 96-cı maddəsində göstərilir. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qeydiyyat dövrü bir ildən artıq və gündəlik 12 saatdan çox ola bilməz. Bütün hallarda cəmlənmiş uçot 5 günlük iş həftəsi üzrə müəyyənləşdirilmiş hesablamalarla aparılmalıdır.

Birinci tələb gündəlik 8 saatdan, ikinci tələb isə həftəlik 40 saatdan çox ola bilməz. Xüsusi hallarda gündəlik iş vaxtının müddəti 1 ,2 3, 4 saat artırılır, amma həftəlik 40 saat norma nəzərə alınmalıdır. Məsələn, 2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü vardır. Qanunvericiliyə uyğun olaraq 2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir (232×8 + 10×7 = 1926 saat).

Hər bir vergi ödəyicisi öz istehsalat xüsusiyyətlərinə uyğun olaraq iş rejimini müəyyənləşdirir. Məsələn, 5 günlük, 6 günlük və digər formalı iş rejimləri seçilə bilər. İş vaxtının digər tələblərindən biri budur ki, işəgötürənin hansı iş rejimini tətbiq etməsindən asılı olmayaraq, işçilərin işə davamiyyəti üzrə birgünlük, həftəlik, aylıq və illik iş vaxtının normaları 5 günlük müəyyənləşdirilmiş iş vaxtının normalarından çox olmamalıdır.

Son olaraq iş vaxtının cəmlənmiş uçotu – işçinin müəyyən dövr üçün işə davamiyyətinin uçotunun aparılması kimi qiymətləndirilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
iş vaxtı