Read More9
Read More9

Vakansiya: Mühasib – Zəhmət Ruzi MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib VakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Zəhmət Ruzi MMC.

Əmək haqqı: 800 – 1000 AZN.

İş barədə məlumat

– Debitor və Kreditorlarla hesablaşmalar

– Qaimə-fakturaların proqrama işlənməsinə nəzarət

– Qiymətlərə nəzarət

– Debitor şəxslərlə üzləşmələrin aparılması

– İş şəraiti

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

– İş qrafiki: 09:00-dan 17:00-dək

– 5 günlük iş rejimi

-Şirkət hesabına nahar

– Əmək haqqı 800-1000 AZN, namizədlərlə müsahibə zamanı təcrübəyə əsasən müəyyənləşdiriləcəkdir

Namizədə tələblər

– Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibatlıq)

– Proqram bilikləri: MS Word, MS Excel, 1C 8.3, AGENT PLUS

– Vergi qanunvericiliyi üzrə biliklər,

-İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir

-CV-lərinizi mövzu yerinə Muhasib yazmaqla / ünvanına göndərməyiniz xahiş olunur.

İş yeri Xırdalanda yerləşir.

Mənbə: finstaff.az


Təmir xərcləri icarə ödənişləri ilə əvəzləşdirildikdə ÖMV öhdəliyi yaranır?

posted in: Vergi, Xəbər | 0

                           Təmir xərcləri icarə ödənişləri ilə əvəzləşdirildikdə ÖMV öhdəliyi yaranır? (icarə ödənişləri)

vergi bəyannaməsiSual: A şirkəti B şirkətinə icarəyə obyekt verib. Tərəflər razılaşıb ki, icarənin ilk 5 ayı B şirkəti tərəfindən obyektə çəkilmiş təmir xərci səbəbindən (əsaslı və və ya cari) icarəçiyə ödəniş edilməyəcək və əvəzləşdirilmə aparılacaqdır. Sual olunur ki, icarəçi üçün əvəzləşdirilən dövr üçün ÖMV öhdəliyi (ARVM 124-cü maddə) yaranırmı? Yaranırsa hansı tarixdən yaranır? Təkrar qeyd edirəm, ödəniş edilməyəcək, ilk 5 ay əvəzləşdiriləcəkdir.

Cavab: Bildiririk ki, rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş icarə haqlarından ödəmə mənbəyində vergi tutulmur.

Hüqüqi şəxslərin icarə haqqından gəlirləri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur və həmin gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunur.

Sorğunuzda qeyd olunan halda, icarə haqqının əvəzinə ödənilmiş təmir xərcləri icarə haqqından gəlir hesab olunur və ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 105-ci və 124.3-cü maddələri.

Mənbə: taxes.gov.az



Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslərin sayı 31%-dən çox artıb

posted in: Vergi, Xəbər | 0

Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Bu il noyabrın 1-i tarixinə Azərbaycan üzrə uçotda olan 1 051 624 vergi ödəyicisinin 13,2%-i hüquqi şəxs və digər təşkilatların payına düşüb. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 12% artıb. Bunun 99,3%-i kommersiya qurumlarının sayının artması hesabına baş verib.(hüquqi şəxslər)

Cari ilin oktyabr ayında 1 832 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin oktyabr ayına nisbətən 65,5% çoxdur. Kommersiya qurumlarının 71,3%-i elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,8%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i isə səhmdar cəmiyyəti formasında təşkil olunub.

Hesabat dövründə 67 380 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 54,7%-nin vəziyyəti aktiv olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artım deməkdir. Ötən ilin 10 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 35,5% artaraq 32 820 təşkil edib və aktiv ƏDV ödəyicilərinin sayı 19 744-ə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 36,5% artıb və onların xüsusi çəkisi 2,6% çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 10 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,3% artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,9%-dən 88,7%-dək yüksəlib. Cari ilin son beş ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90%-dən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.

Mənbə: apa.az



Gələn ildən bu məhsulun satışı ƏDV-dən azad ediləcək

posted in: Vergi, Xəbər | 0

vergi öhdəliyi, ƏDV-nin əvəzləşdirilməsi, ƏDV-nin əvəzləşdirilməsində yeniliklər,ƏDV EDV Mənfəət vergisiGələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV ) azad edilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı müzakirələr zaman deyib. O bildirib ki, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulub.

Komitə sədrinin sözlərinə görə, layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır. Məcəllənin 199-cu maddəsinin (Vergi güzəştləri və azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar. (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 000 000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Məcəllənin 218-1-ci maddəsinin (Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətində vergidən azad olunur. Məcəlləyə təklif edilən digər dəyişikliklə isə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən, yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqından tutulan gəlir vergisi istisna olmaqla) qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ildən başlayaraq, 10 il müddətinə gəlir vergisindən azad ediləcək.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Mənbə: apa.az



error: Content is protected !!