Read More9
Read More9

Obyektində POS-terminal quraşdırmayanlar və imtina edənlər üçün yüksək cərimələr gəlir

posted in: Xəbər | 0

əməliyyat, POS-terminal,Vergi orqanının operativ vergi nəzarəti üzrə nəzarət edəcəyi məsələlərin sayı artırılır. (pos-terminal)

Əgər təklif qəbul edilsə, gələn ildən vergi işçiləri “POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarının müəyyən edilməsi” üçün də vergi nəzarəti apara biləcəklər.

Hazırda Milli Məclisdə “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilir. Məcəlləyə edilən dəyişikliklərdən biri də operativ vergi nəzarətinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır.

Operativ vergi nəzarəti  zamanı POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsi halları aşkar edildikdə maliyyə sanksiyası tətbiq ediləcəkdir.

POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi halları aşkar edildikdə 1000  – 6000 manat maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Belə ki, Vergi Məcəlləsinin 58.7 maddəsi də yeni redaksiyada verilir: Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;

– təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;

– təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Məcəlləyə aşağıdakı məzmunda 58.7-2-ci və 58.7-3-cü maddələr də əlavə edilir:

“58.7-2. POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi hallarında bu Məcəllənin 58.7-ci maddəsi tətbiq edilir.

58.7-3. Bu Məcəllənin 58.7-ci və 58.7-2-ci maddələrində nəzərdə tutulan pozuntular eyni vaxtda baş verdikdə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası bir dəfə tətbiq edilir.”;

Qeyd edək ki, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında, nəqliyyat vasitələrində həyata keçirilən vergi nəzarəti formasıdır.

VERGİ AZALDILIR

Digər bir yeniliyə görə, əhalidən nağdsız qaydada əldə edilən dövriyyədən ödənilən vergi azaldılır:

Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Mənbə: fed.az



Rusiyada qısaldılmış iş həftəsi haqqında qanun imzalandı

posted in: Xəbər | 0

mühasibatlıq, Rusiya vergi orqanları, mühasibatlıq2019-cu il noyabrın 12-də yenicə qəbul edilmiş 372 saylı federal qanun kənddə çalışan qadınlar üçün qısaldılmış iş həftəsi təmin edir. Sənədə əsasən, kənd yerlərində işləyən qadınlar, əgər qanunvericilikdə onlarla bağlı azaldılmış iş vaxtı nəzərdə tutulmayıbsa, 36 saatlıq iş həftəsi müəyyən etmək hüququna malikdirlər. Özü də bu zaman onların əmək haqqı tam iş həftəsində olduğu kimi eyni səviyyədə saxlanılmalıdır. Bundan əlavə, onlar ayda bir dəfə əlavə istirahət günü əldə edə biləcəklər (lakin əmək haqqı saxlanılmadan), amma, bundan ötrü yazılı müraciət etmək lazım gələcək.

Düzəlişlərin qəbul edilməsinin zəruriliyi qanun aktlarında ziddiyyətlərdən irəli gəlir – RSFSR Ali Sovetinin 1990-cı il tarixli qərarı kəndli qadınlar üçün 36 saatlıq iş həftəsi müəyyən edirdi. Əmək məcəlləsinin indiki redaksiyasında isə 40 saatlıq iş həftəsindən söhbət gedir.



Gələn ildən bu şirkətlərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək

posted in: Vergi, Xəbər | 0

müəssisə, sadələşdirilmiş vergi ödəyicisi“Azərbaycanda gələn ildən tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək”.

Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər.

Komitə sədri bildirib ki, həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər: “Eyni zamanda gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi ƏDV-dən azad ediləcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək”.

Mənbə: report.az



Elektron qaydada göndərilən sənədlərə möhür tələb olunmur

posted in: Vergi, Xəbər | 0

vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Vergi orqanı tərəfindən “elektron kabinet”ə vergi borcunun ödənilməsinə dair göndərilən bildiriş möhürlə təsdiq edilmiş formada göndərilirmi?

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, vergi orqanının vergiödəyicisinə göndərdiyi hər hansı sənədlər (qərar, akt, bildiriş, tələbnamə, məktub) yaxud onların surətləri vergi orqanının rəhbəri və ya onun müavini tərəfindən imzalanmalı və təsdiq edilməlidir.

Lakin elektron qaydada göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.

Mənbə: azertag.az



error: Content is protected !!