Read More9
Read More9

Azərbaycanda muzdlu işçilərin sayı 5,5% artıb

posted in: Xəbər | 0

Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 1 639,1 min nəfər olub ki, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. (muzdlu işçi)

İqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 604,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,6%-i tikintidə, 7,5%-i emal sənayesində, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1%-i mədənçıxarma sənayesində, 1,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olublar.

Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7% artaraq 603,5 manat təşkil edib.

Əmək haqqı neft-qaz sektorunda 3 068,9 manat, qeyri neft-qaz sektorunda 547,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 494,8 manat, özəl müəssisələrdə isə 742,3 manat olub.

Mənbə: apa.az



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edir

posted in: Xəbər | 0

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər: (tecrube)

– İqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları, dizayner

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

–  Məntiqi və analitik düşünmə qabiliyyəti;

–  Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;

– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5,);

– Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən 26 noyabr 2019-cu il tarixinə kimi  ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya  buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Mənbə: iqtisadiislahat.org



Vakansiya: Baş Mühasib – Azerterminal Servis MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib Nikoil Bank vakansiya mühasibVakansiya: Baş Mühasib tələb olunur.

İşəgötürən: Azerterminal Servis MMC.

İş barədə məlumat

– Vergi və mühasibat uçotunun aparılması
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
– ƏDV,DSMF və Statistika və digər hesabatların hazırlanması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– Bank əməliyyatlarının həyata keçirilməsi
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əməliyyataların 1C 8.3 proqramına işlənməsi .
– E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Aylıq olaraq daxili maliyyə hesabatlarının hazırlanması
– Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək.
– İş qrafiki: 09:00-dan 18:00-dək
– 6-cı gün 10:00-dan 13:00-dək

Mallar anbara Gömrük yoxsa İnvoys dəyəri ilə mədaxil edilməlidir?

posted in: Xəbər | 0

malSual: Müəssisəmiz ƏDV ödəyicisidir və xarici ölkələrdən mallar idxal edir. İdxal zamanı bəzi mallar gömrük orqanı tərəfindən gömrük dəyəri artırılır. Misal üçün İnvoys dəyəri 10000 AZN + nəqliyyat xərci 2000 + gömrük xərcləri 500 = malların dəyəri 12500 AZN. Gömrük orqanı tərəfindən qiymət artırılarsa 10000 AZN + nəqliyyat xərci 2000 + gömrük xərcləri 500 + qiymət artımı 5000 = malların dəyəri 17500 AZN. Sualım bundan ibarətdir ki , malları anbara mədaxil etdiyimiz vaxt gömrük dəyəri ilə yoxsa invoys dəyəri ilə mədaxil edilməlidir?

Cavab: Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.


Bax:

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.

Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Mənbə: taxes.gov.az


Bax:


gömrük, invoys, mədaxil
error: Content is protected !!