Read More9
Read More9

Verilmiş güzəşt mənfəətdən silinə bilər?

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vergitutmanın tətbiqiSual: Müəssisə ƏDV və mənfəət vergisi ödəyəcisidir. İdxalda əvəzləşdirilən mallar üzrə satış həyata keçirmişdir. Beynəlxalq mühasibat uçotu haqqınnda qanunverciliyə uyğun olaraq, sonradan debitora 10% güzəşt tətbiq edir (verilmiş güzəştlər). Bu tətbiq edilmiş verilmiş güzəşti müəssisə mənfəətdən silə bilərmi? (mənfəət)

Xahiş edirik ki, aşağıda misala uyğun cavablandırasınız. Misal: debitora 1118 manat (ƏDV ilə) satış həyata keçirilmişdir. Bir müddət keçdikdən sonra 236 man (ƏDV ilə) debitora güzəşt tətbiq edir və müştəri borcuna bu məbləğdə azaltma edir. Beynəlxalq mühasibat uçotu standartlarına əsasən, müəssisə tətbiq etdiyi bu 1118 manat güzəştə görə büdcədən 118 manat ƏDV məbləğini də azaltma etməlidir. Həmçinin il üzrə mənfəətdən 1000 manat əsas məbləğ dəyərində azaltma edir. Bütün bu qeyd etdiyim verilmiş güzəşt məbləği ƏDV və vergitutulan mənfəətdən azaltma etmək baxımından Vergi orqanının mövqeyini bilmək istərdim.

Cavab: Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) vergi tutulan əməliyyatlar dəqiqləşdirilməklə həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.

Yuxarıda qeyd olunanlara əsasən siz azaldılmış gəlirləri qiymətləndirmədə dəyişikliyin baş verdiyi ayda ƏDV bəyannaməsində qeyd etməlisiniz.

Həmçinin təqdim etdiyiniz mala görə hesablanmış ƏDV idxalda ödədiyiniz və əvəzləşdirdiyiniz ƏDV-dən az olduqda fərq tərəfinizdən büdcəyə ödənilməlidir.

Eyni zamanda, mallar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsi 30 faizdən aşağı olduqda ƏDV hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 159-cu, 163-cü maddələri.

Mənbə: taxes.gov.az



güzəşt, mənfəət

Nəqliyyat xərclərinin gəlirdən çıxılması

posted in: Vergi, Xəbər | 0

Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən alınmış neft məhsullarına görə ödənilən yol vergisinin gəlirdən çıxılması, alınmış neft məhsullarının alıcıların satış məntəqələrinə daşınması ilə bağlı çəkdiyi nəqliyyat xərclərinin gəlirdən çıxılan xərc kimi nəzərə alınması və neft məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin hesablanması ilə bağlı daxil olan müraciətlərə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsi açıqlama verib. (nəqliyyat xərcləri)

Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir.

Qərarın 2.4-cü bəndində göstərilir ki, neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Həmin Qərarın 2.3-cü bəndinə əsasən neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi (ƏDV), eləcə də təchizat tarifləri daxil edilmişdir.

Qərarın 2.4-cü bəndindən göründüyü kimi, istehsalçı tərəfindən neft məhsulu satılarkən topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxır. Yəni təchizat xərclərinin istehsalçı üzərində olmadığı müəyyən edilir. Qərarın 2.3-cü bəndində isə təchizat tariflərinin topdansatış qiymətə daxil edildiyi əks olunur.

Qərarın 2.5-ci bəndində təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi təsbit olunmuşdur.

Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır. Bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir.

Belə ki, adıçəkilən Qərarın 2.7-ci bəndinə əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər.

Göstərilənlərdən də göründüyü kimi neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir. Neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır.

Təchizat xərcləri alınmış malın dəyərində nəzərdə təchizat xərcləri satılmış malların dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilir.

Mənbə: vergiler.az



nəqliyyat xərcləri

Dövlət Əmək Müfəttişliyi Xidməti Şəkidə işəgötürənlər üçün maarifləndirici tədbir keçirib

posted in: Xəbər | 0

Dövlət Əmək Müfəttişliyi Xidməti Şəkidə işəgötürənlər üçün maarifləndirici tədbir keçirib

cinayət işi, uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqAzərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə görə qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki rayonunda “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb.

Bildirilib ki, milli qanunvericilikdə qadınların əmək hüququnun həyata keçirilməsində təminatları sistemi müəyyən olunub. Əmək Məcəlləsinin 51-ci, 66-cı, 78-ci, 79-cu, 91-ci, 98-ci maddələri bu və ya digər bir formada, 117-ci maddəsi, 19-cu (125-127-ci maddələr) və 37-ci fəsilləri (240-246-cı maddələr) isə bütünlüklə qadınların əməyinin tənzimlənməsi məsələlərinə həsr edilib.

Tədbirdə hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər, bu kateqoriyadan olan işçilər üçün nəzərdə tutulan əlavə təminatlar barədə də məlumat verilib. Xidmət sahələrində qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə görülən işlər və qarşıda duran vəzifələr də müzakirə olunub.

Tədbirdə nazirliyinin “Məşğulluq” altsisteminin işəgötürənlər və işçilər üçün əhəmiyyəti, sistemin üstünlükləri barədə də geniş məlumat verilib.

Mənbə: sosial.gov.az



Kadr auditi

posted in: Audit, Kadr | 0

Kadr auditi şirkətin sənədlərinin qanunvericiliyin və digər hüquqi aktların normalarına uyğun olub-olmamasının yoxlanmasından, yol verilmiş yanlışlıqların müəyyən edilərək aradan qaldırılmasından, yanlışlıqların doğura biləcəyi mənfi nəticələrin qarşısının alınmasından ibarətdir.

Kadr auditinə şirkətin normativ aktlarının, kadr uçotu üzrə sənədlərin və kadr əmrlərinin mövcudluğunun və düzgünlüyünün yoxlanması, əməkdaşların şəxsi vərəqələrinin doldurulması, əməkdaşların şəxsi işlərinin doldurulması, şirkətin lokal aktları ilə tanış olması qaydalarının yoxlanması daxildir. Accounting.Az sərfəli qiymətlə, keyfiyyətli və etibarlı kadr auditinin aparılmasını sizə təklif edir. Təcrübəli mütəxəssislər tərəfindən aparılan xidmətlərin keyfiyyətinə zəmanət verilir.

Bax:

error: Content is protected !!