Vergitutma məqsədləri üçün xərcin aid olduğu dövrün müəyyən edilməsi
Daimi əsaslarla göstərilən xidmətlər üçün elektron qaimə-faktura (EQF) və ya elektron vergi hesab faktura (EVHF) həmin ay ərzində və ya ay sonu deyil, növbəti ayda təqdim edilir. Bu zaman vergitutma məqsədləri üçün xərcin aid olduğu dövr EQF (EVHF) təqdim edildiyi dövr (EQF-nın və ya EVHF-nın tarixi), yoxsa xidmətin göstərildiyi dövr olmalıdır? Bu halda vergi ödəyicisi vergitutma məqsədləri üçün xidməthaqqı xərcini dekabr 2019-cu ilə, yoxsa EQF-nin təqdim edildiyi yanvar 2020-ci ilə aid etməlidir? (Xərc)
Vergilər Nazirliyinin açıqlamasına əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Müvafiq olaraq, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq xərcini müvafiq surətdə xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.
Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə xərcin çəkilməsi vaxtı xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt, vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.
Elektron qaimə-faktura malların (iş və ya xidmətlərin) təqdim edilməsindən sonra tərtib edildikdə elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilməlidir.
Mənbə: vergiler.az

Milli Məclisdə birinci oxunuşda qəbul edilmiş 2020-ci il büdcəsi layihəsi paketinə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər də daxil edilib. Dəyişikliklərdən biri də əlavə dəyər vergisi (ƏDV) ilə bağlı əməliyyatların vaxtının dəqiqləşməsini nəzərdə tutur. Maliyyə mütəxəssisisi, ekspert Vüqar Mirheydərov Vergi Məcəlləsinin 166-cı maddəsinin yeni redaksiyası ilə bağlı bildirib ki, hazırda qüvvədə olan redaksiyada ƏDV tutulan əməliyyatın vaxtı bu tarixlərdən biri kimi müəyyənləşdirilir: ödəmə tarixi, elektron hesab-fakturanın verilmə tarixi, malların təhvil verilmə tarixi, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi, malların göndərilməsinin başlama tarixi:
Noyabrın 20-si gəlir vergisi (xüsusi notariuslar, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), mədən, əlavə dəyər vergisi, eləcə də aksizlər üzrə aylıq ödənişlər üçün müəyyən edilmiş son tarixdir. Vergi ödəyiciləri həmin tarixədək son bir ayda həyata keçirdikləri əməliyyatlara görə hesablanan vergiləri müvafiq hesablara köçürməlidirlər. Bəs həmin vergilər, eləcə də dövlət rüsumları, sosial ödəmələr necə köçürülməldir?
“Sığortaçıların müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari fəaliyyətinə fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər attestasiyaya dəvət olunurlar.