Read More9
Read More9

“2019-cu ildə keçirilmiş vergi islahatının praktiki aspektləri” mövzusunda təlim keçiriləcək

posted in: Vergi, Xəbər | 0

telim, bank xidmətləri, Bank məhsulları, vergi seminar Əmtəə nişanları coğrafi göstəricilər təlimÜzvlərimizə göstərilən xidmətlərinin effektivliyini artırmaq məqsədi ilə “Üzvdən üzvə” paketi çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi və PWC-nin (PricewaterhouseCoopers Audit Azerbaijan LLC) iştirakı ilə 03.12.2019 tarixində “2019-cu ildə keçirilmiş vergi islahatının praktiki aspektləri” mövzusunda təlimin keçirilməsi planlaşdırılır. (Vergi islahatı, təlim)

Kursun keçirilmə tarixi: 03.12.2019

Başlama saatı: 10:00 – 12:00

Təlimin keçirildiyi ünvan: Bakı ş, Nizami küç., 90A, Landmark III

Son qeydiyyat tarixi: 02.12.2019 saat 16:00-a qədər

Təlimçi: PWC-nin əməkdaşı

Təlimin dili: Azərbaycan dili

PwC Akademiyası mütəxəssislər tərəfindən Sizin üçün yüksək səviyyədə ixtisaslaşdırılmış təlim, təhsil və inkişaf təşkil edən qurum olaraq 2011 – ci ildə yaradılmışdır. Məqsəd – müştərilərə effektiv şəkildə dəyişməyə, daha çevik, rəqabətə davamlı, səmərəli, dayanıqlı olmaq, eləcə də bütün sektor və biznes funksiyaları əhatə edən effektiv təlim həlləri vasitəsilə təcrübələrinin artmasında köməklik göstərməkdən ibarətdir.

Ölkəmizdə baş verən struktur dəyişiklikləri baxımından bəhs olunan mövzu aktuallığı ilə diqqət çəlb edir. Təlim sadəcə ASK üzvləri üçün nəzərdə tutulur. Aidiyyəti şöbənin məsul əməkdaşlarının məlumatlılığını artırmaq məqsədi ilə təlimdə iştirak etməyə Sizi dəvət edirik. İştirak edəcəyiniz təqdirdə https://sahibkarliq.typeform.com/to/I6dUS3 linkə daxil olaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqələndirici şəxs: Elmira Balıyeva

Sahibkarlarla iş və kommunikasiya şəbəsi

Baş mütəxəssis

Tel: +994 12 465 76 92 (daxili 119)

E-mail: 

Mənbə: ask.gov.az



Şirkət satıldıqda hansı vergi öhdəlikləri yaranır?

posted in: Vergi, Xəbər | 0

Sual: Təsisçisi və direktoru eyni şəxs olan, heç bir fəaliyyəti olmayan MMC başqa şəxsə satıldıqda (və ya bağışlandıqda) hansı hərəkətlər olunmalıdır? (vergi öhdəlikləri)

Cavab: Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda bildiririk ki, müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənə və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alqı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci və 106-cı maddələri.

Mənbə: taxes.gov.az



Nazir: “Minimum pensiyanın artırılmasına dair işlər görüləcək”

posted in: Xəbər | 0

pensiya“Azərbaycanda minimum pensiya 1 il ərzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu”. (Minimum pensiyanın artırılması)

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olan şəxslərə əlavə müxtəlif təqaüdlər ödənilir: “Məsələn, Qarabağ müharibəsi əlili olan şəxslərə 250 manata qədər müxtəlif təqaüdlər ödənilir, digər əlilliyi olan şəxslərə 100 manat və bu kontingent kifayət qədər genişdir. Təxminən, pensiya alan şəxslər arasında 400 min nəfər əlavə təqaüdlər alır. Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək”.

Mənbə: report.az


Bax:


Vakansiya: Mühasib köməkçisi – AVAND Firması

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasibat uçotunun optimizasiyası, muhasibat, mühasib köməkçisi, vakansiya,Vakansiya: Mühasib köməkçisi.

İşəgötürən: AVAND Firması.

İş barədə məlumat

-OUTLET geyim mallarının satışı

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

-6 günlük iş həftəsi

Namizədə tələblər

– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyət

– Fərdi və kollektivdə işləmə qabiliyyəti

– Təhsil: Ali təhsil arzu olunan

– Dil bilikləri: Rus dili və İngilis dili arzuolunan

– Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq mühasib xidmətlərini yüksək peşəkar səviyyəsində və keyfiyyətlə göstərmək.

Mənbə: finstaff.az


error: Content is protected !!