Read More9
Read More9

Nazir “uşaq pulu” verilməsi ilə bağlı təkliflərə münasibət bildirib

posted in: Xəbər | 0

uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deputatların “uşaq pulu” verilməsi ilə bağlı təklifinə münasibət bildirib.

Nazir Milli Məclisin plenar iclasında çıxışı zamanı bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlərin ödənildiyini xatırladıb.

O qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlara 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir: “Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var. Hələ, tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat pul edir. Uşaqpulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil.

Ən azı 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir. Nəzərə alın ki, ölkədə minumum pensiyalar 72 faiz, minimum əməkhaqqı 2 dəfə, 600 min insanın müavinət  və təqaüdü isə 2 dəfə artıb. Bu gün yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə, ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək”.

Mənbə: report.az



Gələn ilin ehtiyac meyarı və yaşayış minimumu təsdiqlənib

posted in: Xəbər | 0

Gələn ilin ehtiyac meyarı və yaşayış minimumu təsdiqlənib

emek haqqi əmək haqqı əməkhaqqının artımı əmək haqqı emek haqqiMilli Məclisin plenar iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihələri birinci oxunuşda qəbul olunub.

Hər iki məsələ parlamentin bugünkü plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Bundan başqa, “Əmək pensiyaları haqqında” (birinci oxunuş), “Məşğulluq haqqında” (birinci oxunuş), “Sosial müavinətlər haqqında” qanun layihələri qəbul edilib.

İclasda həmçinin Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarı və yaşayış minimumu da təsdiqlənib.

Gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manatdır.

Mənbə: report.az



İpotekada olan əmlaklara görə vergi ödənilirmi?

posted in: Vergi, Xəbər | 0

Son illərdə nağd vəsaitinin həcmi ev almağa imkan verməyən vətəndaşlar ipoteka ilə mənzil və digər əmlaklar almağa üstünlük verirlər.(vergi, əmlak,emlak)

Bu zaman onlar həmin əmlakın dəyərini bir neçə ilə hissə-hissə banka və ya tikinti şirkətlərinə ödəmək imkanı qazanırlar.

Əmlakın dəyəri tam ödənilənədək həmin mənzil və ya digər obyektin yüklülüyü yaranır, onun idarə olunmasında müəyyən məhdudiyyətlər tətbiq edilir.

Bəs bu halda həmin mənzillər və ya digər obyektlər vergiyə cəlb edilməlidirmi? Bu sahədə hansısa güzəştlər varmı? 

Vergilər Nazirliyindən bu suallara aydınlıq gətirilib. Bildirilib ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 269.2-ci maddəsinə uyğun olaraq, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən, əşyanın yüklülüyü – qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması deməkdir. Məcəllənin 269.2-ci maddəsində isə göstərilib ki, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

Göründüyü kimi, əşyanın yüklülüyü, o cümlədən də girov və ipoteka hüququ mülkiyyətçinin əşyaya (əmlaka) olan mülkiyyət hüququna xitam verilməsi deyil. Yalnız girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında öhdəliyinin icrasının təmin edilməsi üçün həmin hüququn məhdudlaşdırmasıdır.

Məhz bu baxımdan, girov qoyulan əmlaka görə onun mülkiyyətçisi əmlak vergisini ödəməlidir. Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyekti sayılır.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsininin tələbinə görə, fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:

Onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur.

Bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə:

Yaşayış məntəqələri

Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri

(manatla)

Bakı

0,4

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

0,3

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

0,2

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

0,1

 

Mənbə: vergiler.az



vergi, əmlak,emlak,

“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib

posted in: Xəbər | 0

ehtiyac meyarı, yaşayış minimumu,miqrasiya məcəlləsi, miqrasiya mecellesi, İşsizlikdən sığorta, mühasibat uçotu əmək məcəlləsi cərimələr rüsumlar Pos-terminallar İşsizlikdən Sığorta vergi“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib.

Parlamentin spikeri Oqtay Əsədov bu gün keçirilən parlamentin plenar iclasında bildirib ki, çıxışa yazılmış 46 deputatdan 34-ü çıxış edib.

Onun sözlərinə görə, digər deputatlar isə ikinci oxunuşda çıxış edə bilərlər. O, qeyd edib ki, ikinci oxunuş noyabrın 26-da keçiriləcək.

Səsvermə zamanı 102 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla büdcə zərfi birinci oxunuşda qəbul edilib.

Xatırladaq ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur.

İcmal büdcənin kəsiri 1 mlrd 955 mln manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3%-nə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 29%-i həcmində olmaqla nominal ifadədə 24 mlrd 135 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 mln manat və ya 4,2% çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1% və ya 13,5 mld manat, qeyri-neft gəlirləri 43,9% və ya 10,6 mlrd manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artmışdır. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 mlrd 875 mln manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 mln manat və ya 7,6% çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 mlrd manat, yəni 2019-cu ilə nisbətən 298 mln manat və ya 8% çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 mlrd 350 mln manat və ya cari illə müqayisədə 14,3 mln manat az transfer nəzərdə tutulur.

2020-ci il dövlət büdcəsinin xərcləri Ümumi Daxili Məhsulun 32,3%-i səviyyəsində və ya 26 mlrd 914 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 mlrd 724 mln manat və ya 6,8% çoxdur.

Mənbə: report.az



error: Content is protected !!