Read More9
Read More9

Gələn il pensiya, sosial müavinət, təqaüd və əmək haqqı artırılacaq

posted in: Xəbər | 0

Gələn il pensiya, sosial müavinət, təqaüd və əmək haqqı artırılacaq

Pensiya, əmək haqqı, emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqı2020-ci ilin dövlət büdcəsindən əhalinin sosial təminatının – sağlamlıq, təhsil, mədəniyyət, idman, turizm, elm və digər məsələlərin maliyyələşdirilməsinə daha yüksək məbləğdə vəsait ayrılıb. Bütövlükdə büdcə xərclərinin 38,6 faizi sosial istiqamətlərə aiddir. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bunlar Azərbaycanın sosial dövlət olmaq yönündə gələn il daha bir uğurlu addım atacağını göstərir: “Səhiyyə xərcləri bu ilə nisbətən 340 milyon manat, yaxud 31 faiz artaraq 1 milyard 400 milyon manat təşkil edir. Nəzərə alsaq ki, gələn ildən icbari tibbi sığortanın tətbiqi başlanacaq, sığorta ödəyənlərin, yəni işəgötürənlərin və işçilərin tibbi sığorta haqlarından da 500 milyon manat vəsaitin büdcəyə daxil olması gözlənilir. Beləliklə, bütövlükdə gələn il səhiyyə xərcləri 2 milyard manatdan çox olacaq. Bu da vətəndaşlarımızın keyfiyyətli, əlçatan səhiyyə xidmətləri almasına imkan yaradacaq.

2019-cu ilin birinci yarısında cənab Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 30-a yaxın fərman və sərəncamı oldu. Gələn il də vətəndaşlarımızın pensiya, sosial müavinət, təqaüd və əmək əməkhaqqının artırılması gözlənilir”.

Millət vəkilinin sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsinin xərclərinin artması ölkədə həyata keçirilən balanslaşdırılmış iqtisadiyyatın hesabına baş verir: “Hələ 10-12 il bundan öncə cənab Prezident neft sektorundan gələn gəlirlərin qeyri-neft sektoruna yatırılması və bu sahənin inkişaf etdirilməsi siyasətini elan etmişdi. Artıq bu öz nəticəsini verir. Qeyri-neft sektoruna qoyulan investisiyalar ildən-ilə daha çox gəlir gətirir və 2020-ci ildə ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunun hesabına formalaşacaq. Xüsusilə kənd təsərrüfatı, tranzit yükdaşıma, turizm və İKT sektoru ölkəyə əlavə gəlirlər gətirir. Bundan başqa, ölkədə sənayeləşmə geniş vüsət alıb. Paytaxt ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlərdə yaradılan sənaye parkları, texnoparklar gəlir gətirməyə başlayıb.

Neft-qaz sektorunda da gəlirlərimiz artır. Gələn ildən Avropaya qaz satışına başlanılacaq. Bunlara baxmayaraq 2020-ci ilin büdcəsinin əsas artım tempi qeyri-neft sektorunun hesabına təmin olunub”.

Musa Quliyev bildirib ki, gələn ilin büdcəsində tikinti xərclərində azalma var: “Bu, yalnız dövlət sektoruna aid azalmalardır, özəl sektorda isə işlərin davam etdirilməsinə münbit şərait yaradılacaq ki, bu da büdcəyə vergilər şəklində daxilolmaların artmasına, həm də vətəndaşların yeni iş yerləri ilə təmin olunmasına imkan verəcək.

Dövlət xətti ilə tikinti-abadlıq işlərinə ayrılan vəsaitin azaldılmasına səbəb isə əvvəlki illərdə bu sahəyə kifayət qədər investisiyanın qoyulması ilə bağlıdır. Artıq yolların böyük hissəsi yenidən çəkilib, infrastuktur qurulub, məktəblər, bağçalar, xəstəxanalar, poliklinikalar, mədəniyyət evləri, olimpiya kompleksləri tikilib. İndi bu sahəyə əlavə vəsait qoymağa o qədər də ehtiyac yoxdur, rəqəmlərin şişirdilməsinin qarşısının alınması dövlətin nəzarəti altındadır. Ona görə də müəyyən xərclərin azaldılması təbiidir”.

Mənbə: vergiler.az



Dövlət rüsumu haqqında Qanunda dəyişiklik edildi

posted in: Xəbər | 0

müqavilə, təsisçi, direktor, boşalan iş yeri, gömrük məcəlləsi, gomruk mecellesi,işsizlərin qeydiyyata alınması Baş mühasiblər Baş mühasib emek muqavilesi əmək“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6,

maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192; Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1616-VQD, 1619-VQD nömrəli və 9 iyul tarixli 1643-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.1-ci maddəyə “Avtomobil Yolları” sözlərindən əvvəl “bu Qanunun 4.1-4-cü maddəsi nəzərə alınmaqla” sözləri əlavə edilsin və həmin maddədə “4.1-3-cü” sözləri “4.1-4-cü” sözləri ilə əvəz edilsin;

1.2. 4.1-4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“4.1-4. Bu Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) texniki baxış stansiyalarının saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına, qalan hissəsi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna köçürülür.”;

1.3. aşağıdakı məzmunda 4.1-5-ci maddə əlavə edilsin:

“4.1-5. Bu Qanunun 4.1-ci və 4.1-1 – 4.1-4-cü maddələrində nəzərdə tutulan vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;

1.4. 18.65.1.1-ci və 18.65.2.1-ci maddələrdə “20” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

Mənbə: president.az



İcbari (Məcburi) Sığorta növləri hansılardır?

posted in: Xəbər | 0

İcbari (Məcburi) Sığorta növləri hansılardır?

Bu yazımızda hal-hazırda Azərbaycan Respublikasında tətbiq edilən və icbari qaydada həyata keçirilən sığorta növləri barədə qısa izah verməyə çalışacağıq. Mövzuya keçməzdən əvvəl qeyd etməyi zəruri hesab edirik ki, müvafiq sığorta növlərinin edilməsi tələb edilən şəxslərin bu sığorta növünü etməməsi İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsi ilə müəyyən edilmiş cərimə ilə nəticələnəcəkdir.

Azərbaycan Respublikası qanunvericiliyinə görə aşağıdakı sığorta növləri icbari qaydada tətbiq olunmalıdır:

– Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası. Bu sığorta növü hər bir avtonəqliyyat vasitəsi sahibi üçün məcburidir. Bu sığorta növü sürücülərin yol-hərəkəti qaydalarını pozması zamanı üçüncü şəxslərin (ailə üzvləri istisna olmaqla) sağlamlığı və əmlakına vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Daşınmaz əmlakın icbari sığortası. Bu sığorta növü hər bir daşınmaz əmlak sahibi üçün məcburidir. Qanunla nəzərdə tutulmuş hadisələr nəticəsində əmlak sahibinin yalnız daşınmaz əmlakına (tavan, divar, pəncərə, qapı, döşəmə, elektrik, su, qaz xətlərinə və digər daşınmaz əmlak konstruksiyasına) dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası. Fərdi sahibkarlar və ya hüquqi şəxslər üçün məcburidir. Bu sığorta növü həmin şəxslərin istifadəsində olan daşınmaz əmlaklarda baş verəcək müəyyən hadisələr (yanğın, subasma və digər) nəticəsində üçüncü şəxslərin əmlakı və sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Sərnişinlərin icbari fərdi qəza sığortası. Bu sığorta növü sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitəsi sahibləri üçün məcburidir. Bu növ sərnişin daşıma zamanı sərnişinlərin sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

 

– İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta. Bu sığorta növü hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, seçkili orqanlar və əmək fəaliyyəti ilə məşğul olan işəgötürənlər üçün məcburidir. Adından da göründüyü kimi həmin şəxslərdə əmək funksiyalarını həyata keçirənlər, təcrübə keçənlər və təbii fəlakətlərin qarşısının alınmasına cəlb edilənlərin istehsalatda alacağı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sağlamlıqlarına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası. Bu sığorta növü adıçəkilən şəxslərin xidməti vəzifələrinin icrası zamanı sağlamlıqlarına dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir və həmin şəxslərin çalışdıqları müəssisələr tərəfindən sığortalanması məcburidir.

– Auditorların peşə məsuliyyətinin icbari sığortası. Bu sığorta növünün tətbiqi auditorlar üçün məcburidir. Bu sığorta növü auditorların fəaliyyəti nəticəsində üçüncü şəxslərə dəyəcək zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası. Bu sığorta növü adıçəkilən şəxslərin fərdi qəza nəticəsində sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– İcbari tibbi sığorta. Bu sığorta növünün tətbiqi əhalinin tibbi sığorta proqramı çərçivəsində mütəmadi olaraq tibbi xidmətlərdən istifadə edərək sağlamlığının qorunması məqsədilə tətbiq edilir. Bu sığorta növünün 2020-ci ildən tətbiqi gözlənilir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas



Əmək haqqının hesablanması

posted in: Əməkhaqqı | 0

Əmək haqqının hesablanması

Personalla müntəzəm hesablaşmaların idarə edilməsi istənilən biznesin mühüm tərkib hissəsidir. Axı işin keyfiyyətlə görülməsi üçün əməkdaşları həvəsləndirmək lazımdır, əmək haqqının əldə edilməsi isə ən yaxşı stimuldur. Şirkətimizin əməkdaşları istənilən sayda ştatı olan müəssisələr üçün əmək haqqı fondunun hesablamasını aparacaqlar.

Biz, müəssisənizdə tətbiq edilən istənilən növ əlavələri, tutulmaları, mükafatları operativ, şəffaf və son dərəcə dəqiq şəkildə hesablaya bilərik. Şirkətimizlə sərfəli şərtlərlə əməkdaşlıq sayəsində siz, Əməyin Ödənişi Fondundan (ƏÖF) vergilərin və ödəmələrin düzgün hesablanmaması nəticəsində müvafiq orqanlara təhrif edilmiş hesabatlar təqdim edən müəssisə sahibkarları üçün nəzərdə tutulmuş cərimələrdən və məsuliyyətdən azad olacaqsınız. Bu zaman hesablamaların mürəkkəbliyi şirkətimiz tərəfindən təqdim edilən xidmətlərin dəyərinin artmasına səbəb olmayacaq. Baza paketinə müəssisənizin təsərrüfat fəaiyyətinin effektiv surətdə aparılması üçün zəruri olan bütün xidmətlər daxildir.


error: Content is protected !!