Read More9
Read More9

Əvvəlki illərin məzuniyyəti hesablanarkən 200 manat güzəşt hər bir il üçün hesablanmalıdır?

posted in: Xəbər | 1

qeyri-rezident vergi öhdəliyiSual: Bir işçi bu ay işdən çıxıb. Onun cari ildən 1 gün, əvvəlki illərdən 30 gün məzuniyyət qalıb. Bu ay üçün də 12 iş günü işləyib. Bu məbləğlərin 3-ü də ayrı-ayrılıqda hesablanıb və vergiyə cəlb olunub. Yəni hər birindən ayrı ayrılıqda 200 manat çıxılıb hesablama üçün. Sualım o idi ki, bu düzgündür, yoxsa 200 manat 1 dəfə ümumi məbləğdən çıxılmalıdır? (mezuniyyet)

Cavab: Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Mənbə: taxes.gov.az



məzuniyyət, mezuniyyet

Vergi ödəyicisinin ödədiyi vergilər barədə arayışın verilməsi

posted in: Vergi, Xəbər | 0

Səyyar vergi, Vergi ödəyicisinin fəaliyyət növü, Dövriyyələrin şəffaflaşması, vergi güzəştlərinin müddəti, Vergilər Nazirliyi, Könüllü fəaliyyət, Vergi ödəyicisinin dövriyyəsi, hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər, Vergilər nazirinin birinci müavini,Xidmətin adı: Vergi ödəyicisinin ödədiyi vergilər barədə arayışın verilməsi;.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: – Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur);

Normativ sənədlər:

– VM-nin 15 və 24-cü maddələri

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun

– Vergilər nazirinin 18.03.2016- cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin bəyannamələrin yoxlanılması və uçotun təşkili strukturları, MGDnin Könüllü vergi əməletməsinin təhlili və daxilolmaların uçotu idarəsi, BŞLGD-nin, BŞKSİD-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsi, ƏVD-nin və ƏVİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Vergi ödəyicisinin hesabladığı və ödədiyi vergilər barədə arayış (arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin electron kabinetinə göndərilir)

Elektronl aşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



Vakansiya: Kadr işləri üzrə mütəxəssis – MKT İstehsalat Kommersiya MMC

posted in: İş elanı, Kadr, Vakansiya, Xəbər | 0

İnsan Resursları departamentinin rəhbəri, vakansiya,İnsan resursları üzrə mütəxəssis, vakansiya,Vakansiya: Kadr işləri üzrə mütəxəssis.

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC.

İş barədə məlumat

  • Müəssisənin işə qəbul proseduruna uyğun yeni iş elanlarının yerləşdirilməsi, işə müraciət edən namizədlər ilə müsahibələrin təşkil edilməsi və uyğun namizədlərin işə qəbul edilməsi;
  • İşə qəbul edilən işçilərin müqavilələrin hazırlanması, şəxsi işlərinin hazırlanması;
  • İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • İşçilərin Davamiyyət jurnalına nəzarət edilməsi;

İş qrafiki: 6 günlük, I – V günlər 09:30-18:30,

Namizədə tələblər

  • Ali təhsil;
  • Kadrlar üzrə mütəxəssis olaraq minimum 1 illik iş təcrübəsi.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
  • Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
  • MS Office proqramları bilikləri;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • 1C proqram biliyi arzu olunandır;

CV–ni Azərbaycan dilində / elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Kadr işləri üzrə mütəxəssis yazmaqla göndərilir.

Mənbə: finstaff.az


Vakansiya: Mühasib – Körpü-Bina-Tikinti MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: Körpü-Bina-Tikinti MMC.

İş barədə məlumat

– Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;

– Mühasibat sənədlərinin tərtib edilməsi;

– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;

– Əmək haqqı, məzuniyyət haqqlarinın hesablanması;

– Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;

– Maliyyə vəziyyəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;

– Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;

– Vergi, DSMF, Statistika, Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

– E-Qaimə, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması – Qanunvericiliye uygun mühasibat uçotu üzre ikili yazılişların aparılması

İş Şərtləri:

– Həftədə 6 iş günü;

– İş saatları: 09:00-18:30

Namizədə tələblər

– Ali təhsil;

– 5 ildən yuxarı iş təcrübəsi;

– Mühasibatlıqla bağlı qanunvericilik biliklər;

– Azərbaycan dili sərbəst, Xarici dil bilikləri (Rus və İngilis);

– Microsoft Office və 1C proqramında işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Mühasib yazaraq / ünvanına göndərilməsi xahiş olunur.

Mənbə: finstaff.az


error: Content is protected !!