Read More9
Read More9

Oktyabr ayında dövlət büdcəsinə gömrük daxilolmaları artıb

posted in: Xəbər | 0

Oktyabr ayında dövlət büdcəsinə gömrük daxilolmaları artıb

Gömrük təmsilçiləri, gömrük orqanı, Yaşıl dəhliz, Qaçaqmalçılıq, büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükBu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 395,211 milyon manat vergi və rüsumlar daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,088 milyon manat və yaxud 4,5 faiz çoxdur. DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 17,550 milyon manat və yaxud 18,8 faiz artaraq 110,802 milyon manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmalar 1,175 milyon manat və yaxud 0,4 faiz artaraq 264,861 milyon manat, aksizlər üzrə daxilolmalar 709 min manat və yaxud 4,3 faiz azalaraq 15,831 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 928 min manat və yaxud 20 faiz azalaraq 3,717 milyon manat təşkil edib.

Mənbə: vergiler.az



Azərbaycanda müştərilər barədə bank sirrinə münasibətdə yeni yanaşma tətbiq ediləcək

posted in: bank, Xəbər | 0

Bank sirri, kredit riskləri, Nəzarət Palatası attestasiya“Maliyyə Bazarlarına Nəzarət Palatası “Banklar haqqında” qanunun 41-ci maddəsini yeni redaksiyada hazırlayıb”. Bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda “Rəqəmsallaşmada tənzimləmənin hüquqi aspektləri” mövzusunda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin rəisi Tural Feyzullayev bildirib. (bank sirri)

T. Feyzullayev deyib ki, qanunda bank sirri ilə bağlı olan bu maddə artıq yeni redaksiyada verilir: “Bank sirrinin tənzimlənməsinə yeni yanaşma tətbiq olunur”.

Palatanın idarə rəisi qeyd edib ki, bank sirri şəxsin özünün razılığı əsasında olsa belə, başqa şəxsə ötürülə bilən məlumat deyil: “Biz belə başa düşürük ki, Mülki Məcəlləyə görə, qanunvericiliyin tələblərini gözləmək şərti ilə, hüquqi şəxslər müqavilə bağlamaqda azaddırlar. Mülki Məcəllənin 967-ci maddəsində bank sirrinin kimlərə verilə biləcəyini əksini tapıb, konkret siyahı müəyyən olunub.

Daha sonra genişləndirici formada “Banklar haqqında” qanunun 41-ci maddəsində məsələ əksini tapıb. Biz ona görə də hesab edirik ki, şəxsin iş yerinə onunla bağlı məlumatların göndərilməsi onun bank sirrinin pozulmasıdır. Bununla bağlı mövqeyimiz dəyişilməyib. Amma bizim 41-ci maddəyə təklif edilən dəyişikliklə bağlı müxtəlif yanaşmalar nəzərdən keçirilib. Bir yanaşma şəxsin özünün razılığı ilə məlumatların ötürülə bilmə imkanıdır. Amma praktiki cəhətdən onun problemləri bizə deməyə əsas verir ki, bu razılıq heç də həmin şəxsin özünün iradəsini ifadə etmir. Çünki 20-30 səhifəlik müqavilədə hansısa bir yerdə razılığın olması onu deməyə əsas vermir ki, həmin şəxs banka həmin məlumatları ötürməyə razılıq verib. Biz hazırda müştərinin açıq-aşkar razılığını ifadə edə bilməsi formasını müəyyən edə bilsək, əlbəttə, bank sirrinin verilməsi mümkündür”.

Qeyd edək ki, Banklar haqqında qanunun 41-ci maddəsində qeyd edilir ki, Mülki Məcəlləyə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.

Mülki Məcəllənin 967-ci maddəsinə əsasən, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.

Mənbə: apa.az



E-qaimənin göndərilib, sonra silinməsi hansı problemlər yarada bilər?

posted in: Vergi, Xəbər | 0

Elektron vergi hesab-faktura, gömrük, elektron vergi hesab-fakturası, qaime E-qaimə faktura elektron qaimə-fakturaVergilər Nazirliyinin “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ilkin uçot sənədi olan elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim ediləndə verilir. (e-qaimə)

Vergi Məcəlləsinin 16.1.11-6.1-ci, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada e-qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Mənbə: vergiler.az



Xarici ölkə vətəndaşları Azərbaycanda məsafədən bank hesabları aça biləcək

posted in: Xəbər | 0

“Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması ilə əlaqədar hazırlanmış infrastruktur “Bakutel 2019″ sərgisində nümayiş etdiriləcək”. Bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov bildirib. H.Abbasov deyib ki, nazirliklə Mərkəzi Bank arasında məsafədən hesabların açılması ilə bağlı görüş olub: “Həmin informasiya sisteminə elektron imza infrastrukturu da inteqrasiya olunub. (bank hesabları)

Türkiyə ilə Azərbaycan arasında elektron imzaların qarşılıqlı tanınması bizə nə verəcək? Texniki tərəfləri həll etmişik, hüquqi tərəfləri ilə bağlı da araşdırma apardıq. Hüquqşünaslar gördülər ki, qanunda heç bir məhdudiyyət yozdur. Bu o deməkdir ki, biz məsafədən hesab açmağa başlayırıqsa, hansı ölkələrlə elektron imzanın qarşılıqlı tanınmasını təmin etmişiksə, həmin ölkə vətəndaşları da Azərbaycanda özlərinə bank hesabları aça biləcəklər. Bununla bağlı həm Türkiyə, həm Belarusla bağlı proses gedir. “Bakutel 2019” sərgisində bu infrastruktur ilə tanış ola bilərsiniz”.

error: Content is protected !!