Read More9
Read More9

Patentin alınması barədə Tələblər təsdiq olunub

posted in: Xəbər | 0

dövlət reyestrinin aparılması hüquqi“Patentin alınması barədə iddia sənədinə aid Tələblər”in təsdiq edilməsi haqqında  

“Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 749 nömrəli və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 dekabr tarixli 167 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 30 mart tarixli 600 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Patentin alınması barədə iddia sənədinə aid Tələblər” təsdiq edilsin (əlavə olunur).
  1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi patentin alınması üçün ərizə nümunəsini, onun doldurulması və təqdim edilməsi qaydasını, habelə ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunələrini müəyyən etsin.

Azərbaycan Respublikasının
Baş Naziri                         Əli Əsədov

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: Patentin alınması barədə iddia sənədinə aid Tələblər

Mənbə: cabmin.gov.az



Vakansiya: Hesab üzrə mütəxəssis (Əməliyyatçı)

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

tələbələr üçün TəcrübəVakansiya: Hesab üzrə mütəxəssis (Əməliyyatçı).

İşəgötürən: Bank Respublika ASC.

İş barədə məlumat

  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
  • Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
  • Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
  • Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
  • Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Namizədə tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə 1 il;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili və ya İngilis dili bilikləri arzuolunandır;
  • Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşma;
  • Bankın Bakı və Sumqayıt şəhəri üzrə yerləşən filiallarına ezamiyyətlərə hazır olma

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 noyabr 2019-cu il tarixinədək / elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Hesab üzrə mütəxəssis (Əməliyyatçı) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: finstaff.az

Vakansiya: Hesab üzrə mütəxəssis (Əməliyyatçı)

Yükdaşıma fəaliyyətinin vergiyə cəlb edilməsi

posted in: Xəbər | 0

Yükdaşıma xidməti ilə məşğul olan müəssisənin mülkiyyətində yüksək yükgötürmə qabiliyyətinə və xüsusi təhlükəli yüklərin daşınmasını həyata keçirən xüsusi nəqliyyat vasitələri vardır. Respublika daxilində digər müəssisələrlə bağlanan müqavilələr əsasında yükdaşıma xidmətləri həyata keçirən müəssisənin nəqliyyat vasitələrinin yük daşıması ilə bağlı fəaliyyət növü üzrə vergi öhdəlikləri necə həyata keçirilməlidir? (vergi növü, bəyannamə təqdim etmə və s.) (Yükdaşıma fəaliyyəti)

Vergilər Nazirliyinin şərhinə əsasən, mülkiyyətində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində yük daşımalarını, o cümlədən təhlükəli yüklərin daşınmasını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi sayılır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər aşağıdakı tələblərə cavab verdiyi halda ƏDV qeydiyyatına alına bilər:

  • göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;
  • digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;
  • göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.

Bax: İşçiyə ezamiyyə haqqı hansı formada ödənilməlidir?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər hər il yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir. Həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.

“Fərqlənmə nişanı” mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

Vasitəçilik xidməti göstərən şəxs əldə etdiyi bütün gəlirlərdən gəlirin əldə olunması ilə bağlı xərcləri çıxdıqdan sonra mənfəət vergisini ödəməlidir.

Mənbə: vergiler.az

Bax: Xaricdən gələn minik avtomobilləri üçün yol vergisi


Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilib

posted in: Vergi, Xəbər | 0

maliyyə hesablaşmaları, törəmə müəssisə,vergi ödəyiciləri, Vergi qanunvericiliyinin pozulması, ÖMV bəyannaməsi, Vergi borcu, vergi mecellesi, vergi məcəlləsi, vergi öhdəliyi, əmlak, ayrıca şəxs, Vergi məcəlləsi, nəqliyyat xidməti, Hüquqi şəxs vergi məcəlləsi əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. (Vergi Məcəlləsi)

Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, iclasda “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi nəzərdə tutulub.

O qeyd edib ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsidir. Bu dəyişikliklər dövlət büdcəsinin dayanaqlı artımını təmin edəcək. Millət vəkili vurğulayıb ki, 2020-ci ilin büdcəsi, ən iri həcmli büdcədir.

İclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ötən il qarşıya qoyulmuş əsas hədəflərə nail olunub: “Bu il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində qeyri-neft sahəsində 8,9 faiz artım müşahidə olunur. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”.

Sonra nazir Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı danışıb. O qeyd edib ki, dəyişikliklər 7 əsas istiqaməti əhatə edir. Yeniliklər, əsasən, ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini (yalan əqd bağlayaraq əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılmasını, riskli vergi ödəyicilərinə nazərətin gücləndirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirməsi), ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaıdıması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsini, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılmasını, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasını, vergitutma bazasının genişləndirilməsini, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsini özündə ehtiva edir.

Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 164 dəyişiklikdən ibarətdir. Bu əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləvğ edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır.

Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda vergi ödənişində uçot qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır.

M.Cabbarov onu da qeyd edib ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Bildirildi ki, ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir. Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə inamını ifadə edib.

Deputatlardan Vahid Əhmədov, Tahir Mirkişili, Əli Məsimli, Şəmsəddin Hacıyev, İlham Əliyev, Aydın Hüseynov Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə fikir və təkliflərini bildiriblər.

Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə: report.az



error: Content is protected !!