Read More9
Read More9

Vergi orqanlarına işə qəbul üzrə 2-ci mərhələyə keçənlərin sayı məlum olub

posted in: Vergi, Xəbər | 0

büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Oktyabrın 26-da Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarına işə qəbul ilə bağlı sayca 16-cı test imtahanı keçirib.

Dövlət vergi orqanlarına işə qəbul üzrə növbəti müsabiqə sentyabr ayında elan edilib. Müsabiqə üzrə ilkin sənəd qəbulu 2019-cu ilin sentyabr ayının 20-dən oktyabr ayının 7-dək aparılıb. Müsabiqədə iştirakla bağlı 1.456 vətəndaş müraciət edib, onlardan 1.369 nəfəri vakant vəzifələrin tələblərinə uyğun olduğu üçün müsabiqədə iştiraka buraxılıb. Namizədlər, əsasən, hüquqşünaslıq, iqtisadiyyat və digər ixtisas istiqamətlərini əhatə edir.

Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə vergi və digər sahələri əhatə edən ədəbiyyat siyahısı nazirliyin www.taxes.gov.az rəsmi internet saytına yerləşdirilib. İmtahanda namizədlərə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Ümumilikdə 3 sааt dаvаm edən imtаhаn nəticəsində 70 və dаhа аrtıq test tapşırığına düzgün cavab verən 96 nаmizəd növbəti mərhələyə – müsahibəyə buraxılıb.

İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin və Vergilər Nazirliyinin internet saytı vasitəsilə ictimaiyyətə elan edilib.

Qeyd edilməlidir ki, geniş potensiala malik gənclərin vergi xidmətinə işə cəlb edilməsi məqsədilə keçirilən işə qəbulla bağlı test imtahanları xüsusi əhəmiyyət daşıyır. Bu imtahanlar vergi orqanlarının kadr ehtiyatı bazasının mütəmadi olaraq yenilənməsi və resursların genişləndirilməsi üçün peşəkar kadrların vergi orqanlarına cəlb olunması prosesinə xidmət edir. Kadr ehtiyatı bazasına daxil edilmiş şəxslər mövcud vakansiyalar üzrə vergi orqanlarına işə qəbul olunmaq üçün təkmilləşdirilir və yüksək hazırlıq səviyyəsinə uyğunlaşdırılır.

Mənbə: vergiler.az



Auditorlar palatası Məcburi auditdən keçməyən təsərrüfat subyektlərinə xəbərdarlıq bildirişi göndərib

posted in: Audit, Xəbər | 0

Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorBildiririk ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən, Sizin cəmiyyətin illik maliyyə (mühasibat) hesabatının düzgünlüyünü yoxlatdırmaq üçün hər il müstəqil (kənar) auditor cəlb etməlisiniz. (Auditorlar palatası)

Aparılmış təhlillər zamanı müəyyən edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Sizin cəmiyyət məcburi auditdən keçməmişdir. Ona görə də Sizdən xahiş edirik ki, 1 (bir) ay müddətində 2018-ci il üzrə maliyyə hesabatlarınızı auditor rəyi ilə təsdiq etdirəsiniz və bu barədə məlumatları ölkəmizdə auditor xidmətinin dövlət tənzimlənməsini həyata keçirən orqan olan Auditorlar Palatasına təqdim edəsiniz.

Əks halda sizin adınız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınanların siyahısına daxil ediləcək və inzibati xəta haqqında protokol tərtib edilməsi üçün müvafiq quruma göndəriləcəkdir.

Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır. İqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Sərbəst auditorlar və auditor təşkilatları barədə məlumatları Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz. (www.audit.gov.az). Bir daha hər birimizi ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının artırılmasında yaxından iştirak etməyə dəvət edirik.



Mənbə: audit.gov.az



Vakansiya: Mühasib – Nurgun Holding

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasib tələb olunur.

İşəgötürən: Nurgun Holding.

İş barədə məlumat

• Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
• Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
• Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək.

Namizədə tələblər

• Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
• Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
• Təhlil aparmaq bacarığı;
• İnkişafa meyilli;
• Ciddi, məsuliyyətli, dəqiq olmalı;
• Yaş həddi 30-35 arası;
• İş təcrübəsi.

CV göndərərkən mövzu qismində vakansiyanın adının qeyd olunması xahiş olunur.

E – mail: /

Mənbə: finstaff.az


Ödəniş 30 gün ərzində hissə-hissə ödəndiyi halda 166-cı maddənin izahı

posted in: Xəbər | 0

Ödəniş,Artıq ödənilmiş vergilərSual: Şirkətimiz əlavə dəyər vergisi ödəyicisidir. 16.05.2019 tarixində alıcımız olan bir şirkətə 16856.01azn (ƏDV-siz məbləğ) dəyərində e-qaimə (mal təhvil verilib), 22.05.2019 tarixində isə e-vhf göndərmişik. Alıcımız 27.05.2019 tarixində 13484.81 azn (ƏDV-siz məbləğ, ədv-ni də ödəyib) və 13.06.2019 tarixində 3371.20 azn (ƏDV-siz məbləğ, ədv-ni də ödəyib) ödəniş etmişdir. (bu qaimənin borcun tam ödəyib). Sualım budur ki, hansı ayın əlavə dəyər vergisi hesabatında nə məbləğ göstərilməlidir? 166-cı maddə ilə izahın dolğun verilməsini xahiş edirəm. (EDV)

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində qeyd olunmuşdur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə əlavə dəyər vergisinin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində əlavə dəyər vergisinin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur. Bu maddədə ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması nəzərdə tutulur. Müraciətinizdə qeyd olunan halda, tam ödəmənin 30 gün müddətində həyata keçirildiyi və tam ödənişin həyata keçirildiyi müddət iyun ayına düşdüyü üçün qeyd olunan əməliyyat iyun ayının əlavə dəyər vergisi bəyannaməsində əksə olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

Mənbə: taxes.gov.az



error: Content is protected !!