Read More9
Read More9

Artıq ödənilmiş vergilərin geri qaytarılması qaydası

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyasının geri qaytarılması Vergi Məcəlləsinin 85.5-ci, 87-ci və Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” əsasında həyata keçirilir.  (Artıq ödənilmiş vergilər)

Vergi hüququ üzrə ekspert Sirac Piriyev bildirir ki, artıq ödənilmiş vergilər vergi ödəyicisinin digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcu olduqda, ilk növbədə onların ödənilməsinə aid edilir. Həmçinin artıq ödənilmiş vergilər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına da aid edilə bilər. Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün vergi ödəyicisi Qaydaların 3-cü bəndinə uyğun olaraq qeydiyyatda olduğu və ödənilən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən vergi orqanına müvafiq ərizə ilə müraciət etməlidir.

Qaydaların 4.10-cü bəndinə görə yerli vergi orqanı 25 gün ərzində müvafiq rəy tərtib edərək aidiyyəti maliyyə orqanına təqdim etməlidir. Maliyyə orqanı isə 20 gün ərzində qaytarılmalı məbləği vergi ödəyicisinin bank hesabına köçürülməsini təmin etməlidir.

Vergi ödəyicisi tərəfindən ərizə verildiyi tarixdən 45 gün ərzində artıq ödənilən məbləğlər geri qaytarılmazsa, gecikdirilən hər gün üçün müvafiq məbləğin 0,1 faizi həcmində faizlər ödənilməlidir. Bununla bağlı vergi ödəyicisi yenidən müvafiq ərizə ilə yerli vergi orqanına müraciət edir.

Onu da bildirək ki, vergi ödəyiciləri artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyasının geri qaytarılmasını Vergi Məcəlləsinin 85.5-ci maddəsinə uyğun olaraq 5 il ərzində tələb etmək hüququna malikdirlər.

Mənbə: vergiler.az



Bu məhsullar üçün tətbiq edilən aksiz dərəcəsi artırılır

posted in: Vergi, Xəbər | 0

müavinətin təyin edilməsi Uşağa qulluqGələn ildən konyak istisna ilə, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə tətbiq edilən aksiz dərəcəsi artırılır. (məhsullar)

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Beləliklə, aksiz dərəcəsi içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litri  üçün 2 manatdan 3,2 manata, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, şərablar və şərab materiallarının hər litri üçün 0,1 manatdan 0,2 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün 0,2 manat manatdan 0,5 manata, siqarillanın (nazik siqarlar) 1000 ədədi üçün 20 manatdan 31 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədi üçün 20 manatdan 31 manata, alkoqollu energetik içkilərin hər litri üçün 2 manatdan 2,1 manata, alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata qaldırılır.

Mənbə: apa.az



DSMF-in 2020-ci il üçün gəlir və xərcləri açıqlanıb

posted in: Xəbər | 0

sosial ayırmalar təsnifat koduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri açıqlanıb.

“Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 4 825 508 800 manat səviyyəsində nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, 2020-ci ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 3 392 594 770 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 1 238 683 400 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 168 911 370, qeyri-büdcə sektoru üzrə 1 985 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 80 000 000, sair gəlirlər 6 000 000 manat nəzərdə tutulub.

Sənəddə gələn il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1 426 914 030 manat götürülüb.

Fondun 2020-ci il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 4 684 678 800 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 4 570 078 800 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 114 600 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 28 000 000, hamiləliyə və doğuşa görə 34 000 000, uşağın anadan olmasına görə 14 900 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 14 500 000 manat, dəfn üçün 23 200 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 33 900 000 manat proqnozlaşdırılıb.

Mənbə: report.az

Bax: Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb


Bu şəxsləri sənəd olmadan işlədənlər 6000 manat cərimə ediləcək

posted in: Xəbər | 0

Bu şəxsləri sənədsiz işlədənlər 6000 manat cərimə ediləcək

gəlir vergisi,Gələn il yanvarın 1-dən şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, o cümlədən  foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərinin müştərilərinə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək  “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimələr tətbiq ediləcək.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Bu şəxsləri “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edən işəgötürənə (vergo orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Mənbə: apa.az



error: Content is protected !!