Read More9
Read More9

İlin ortasında fəaliyyətə başlayan sahibkar 75%-lik vergi güzəştindən yararlana bilərmi?

posted in: Xəbər | 0

Sualım fərdi sahibkarlara verilən 75%-lik vergi güzəşti ilə bağlıdır. Bilmək istərdim ki, sahibkar sentyabr ayında fəaliyyətə başlayıbsa, bu güzəştdən istifadə edə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Prezidentinin fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğuya cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tədbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.

Mənbə: vergiler.az

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 faiz artıb

2026-cı il üzrə dövlət büdcəsi layihələrinə dair qərar qəbul edilib

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Qərar qəbul edib.

Qərarla “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Qeyd olunan layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.


Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin  2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin.
2. Bu Qərarın 1-ci hissəsində qeyd olunan layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Mənbə: nk.gov.az

175 saylı “Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 faiz artıb

posted in: Xəbər | 0

Cari ilin avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı iyul ayına nəzərən 216 min ədəd artaraq 21,129 milyon ədəd təşkil edib.

Mərkəzi Bankın hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17 faiz artıb, kredit kartlarının sayı isə 7 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb. 2025-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,172 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,153 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,015 milyon manatı POS terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,3 faizini təşkil edib.

Mənbə: vergiler.az

175 saylı “Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

175 saylı “Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Tikinti sektorunda debitor borclar

Tikinti müqavilələri üzrə debitor borcların uçotu və təhlili təsərrüfat subyektlərində uçot sisteminin formalaşdırılmasında mühüm istiqamətlərdən biridir.

Debitor borcları dedikdə, alıcı və sifarişçilərin, təchizatçı və podratçıların müəssisəyə borcları, habelə işçilər, büdcə, büdcədənkənar fondlar və digər borclular başa düşülür. Debitorlar şirkət qarşısında belə borc öhdəlikləri olan şəxslərdir.

Tikinti sektorunda debitor borclarının uçotu ilk növbədə, onun təsnifatı əsasında belə borcların strukturunu təhlilindən başlayır.

Ödəmə müddətinə görə debitor borclar qısamüddətli və uzunmüddətli debitor borc kimi təsnif edilir. Uzunmüddətli debitor borclar Hesablar Planının 17-ci maddəsinə uyğun olaraq uçota alınır. Sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslər bu fəaliyyət çərçivəsində malları təqdim edən, iş, xidmətləri göstərən zaman elə olur ki, ödənişi həmin an ala bilmirlər. Qarşı tərəflə ödənişin növbəti dövrlərdə həyata keçirilməsilə bağlı razılaşma edilir. Yəni, bazar iqtisadiyyatı şəraitində rəqabətli mühitdə davam etmək, öz yerini tutmaq üçün mal (iş, xidmət) təqdim edən şəxslər ödənişlə bağlı məsələlərdə qarşı tərəfin tələblərini nəzərə almalı olurlar. Beləliklə, həmin təqdim olunan malların (iş, xidmət) ödənişi bir müddət sonra alınır. Debitor borclar vergi ödəyicilərinə digər şəxslərin ödəməli olduqları sənədlə təsdiqlənən borc öhdəlikləridir. Onların tanınması zamanı tətbiq edilə biləcək beynəlxalq uçot standartları aşağıdakı kimidir:

  • 9 nömrəli “Maliyyə alətləri” MHBS (IFRS 9);
  • 15 nömrəli “Müştərilərlə müqavilələrdən gəlir” MHBS (IFRS 15).

Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları

Sifarişçilərin tikinti müqavilələri üzrə razılaşdırılmış ödəmə müddəti 12 aydan artıq olan debitor borclar AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na uyğun olaraq 175 saylı “Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları” adlı aktiv hesabda uçota alınır. Bu hesab üzrə mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar tikinti müqavilələri üzrə sifarişçi tərəfindən ödənilməli olan uzunmüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Uçot məbləğləri 175 saylı hesabın  debetinə, 601 №li, 611 №li  hesabların kreditinə yazılır.

Qaydaların 18.1-ci maddəsinə görə uzunmüddətli debitor borcları 175 saylı hesabla yanaşı aşağıdakı hesablarda təyinatı üzrə uçota alınır:

  • 171 saylı – “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları”;
  • 172 saylı – “Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları”;
  • 173 saylı – “Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları”;
  • 174 saylı – “İcarə üzrə uzunmüddətli debitor borcları”;
  • 175 saylı – “Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları”;
  • 176 saylı – “Faizlər üzrə uzunmüddətli debitor borcları”;
  • 177 saylı – “Digər uzunmüddətli debitor borcları”.

Aşağıda tikinti müqavilələri üzrə məsrəflərlə bağlı müxabirləşmə nümunələri verilib.

Tikinti işləri həyata keçirilib təqdim olunduqda müxabirləşmələr

Nümunə:  “A” MMC aldığı sifarişə əsasən “B” MMC üçün istehsal binasını 2 il ərzində inşa edib təhvil verməlidir. Ümumi qiymət 580000 manat razılaşdırılaraq müqavilə bağlanmışdır. Müqaviləyə əsasən hər il binanın hazır olan hissələri qarşı tərəfə təhvil verilməlidir. Binanın hissələri təqdim edildikcə gəlir kimi tanınır.

Binanın smeta dəyəri aşağıdakı kimidir:

Materiallar – 130000 ₼

Həmin sahədə çalışan işçilərin əməkhaqqısı – 55000 ₼

Əməkhaqqıdan edilən tutulmalar – 10065 ₼

Tikintidə istifadə olunmuş avadanlıqların amortizasiya xərcləri – 10000 ₼

Digər xərclər – 44935 ₼

Cəmi: 250000 ₼

Birinci ildə əldə edilən gəlir 40000 AZN olmuşdur:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 130000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 23400.00
3 Birinci il alınan materiallar istifadə olunaraq tikinti məsrəflərinə aid edildidkə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 201 – Material ehtiyatları 130000.00
4 Əməkhaqqı hesablandıqda 203 – Tikinti müqavilələri üzrə məsrəflər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 55000.00
5 İşəgötürən hesabına sosial sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (22%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 9790.00
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (0.5%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 60.00
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (2%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 215.00
8 Tikintidə istifadə olunan avadanlıqların amortizasiya xərcləri tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 10000.00
9 Digər xərclər tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 44935.00
10 Birinci il üzrə hazır olan hissənin maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 203 – Tikinti müqavilələri üzrə məsrəflər 250000.00
11 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 175 – Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları 601 – Satış 290000.00
12 ƏDV nəzərə alındıqda 175 – Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 52200.00

İkinci ildə əldə edilən gəlir 42000 AZN olmuşdur:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Material ehtiyatları alındıqda 201 – Material ehtiyatları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 137000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 24660.00
3 İkinci il alınan materiallar istifadə olunaraq tikinti məsrəflərinə aid edildidkə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 201 – Material ehtiyatları 137000.00
4 Əməkhaqqı hesablandıqda 203 – Tikinti müqavilələri üzrə məsrəflər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 40000.00
5 İşəgötürən hesabına sosial sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (22%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 8755.00
6 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı tikinti məsrəflərinə aid edildikdə (0.5%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 80.00
7 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  tikinti məsrəflərinə aid edildikdə (2%) 203 – Tikinti müqavilələri üzrə məsrəflər 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 230.00
8 Tikintidə istifadə olunan avadanlıqların amortizasiya xərcləri tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 10000.00
9 Digər xərclər tikinti məsrəflərinə aid edildikdə 203 – Tikinti müqavilələri üzrə məsrəflər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 36935.00
10 İkinci il üzrə hazır olan hissənin maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 203 – Tikinti müqavilələri üzrə məsrəflər 233000.00
11 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 175 – Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları 601 – Satış 275000.00
12 ƏDV nəzərə alındıqda 175 – Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 49500.00

173 saylı “Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

1 156 157 158 159 160 161 162 2. 700
error: Content is protected !!