Read More9
Read More9

Azərbaycanda vətəndaşların öz əmlakını satmaq üçün sadələşdirilmiş vergini ödəməməsi üçün tələb olunan sahiblik müddəti dəyişdirilir

posted in: Vergi, Xəbər | 0

fiziki, emlak vergisi, daşınmaz əmlak bazar, əmlak vergisi,Azərbaycanda vətəndaşların öz əmlakını satmaq üçün sadələşdirilmiş vergini ödəməməsi üçün tələb olunan sahiblik müddəti dəyişdirilir. (Əmlakını satanlar)

Bu barədə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulur.

Məcəlləyə təklif olunan dəyişikliyə görə, bu müddət 5 ildən 3 ilə endiriləcək.

Dəyişikliyin məğzi ondan ibarətdir ki, indiyədək olan qaydalara görə, evini alandan 5 sonra 5 il ərzində satın vətəndaş vergi ödəməli idi. Vergi ödəməmək üçün əmlakı azı 5 il sonra satmaq tələb olunurdu.

Gələn ildən isə mənzili və ya evi artıq 3 ildən sonra da vergi ödəmədən satmaq mümkün olacaq.

3 ildən az sahibi olduğu mənzildə qeydiyyatda olanlar isə evlərinin sahəsinin 30 faizi üçün vergi ödəməyəcək, yaşayış sahəsinin qalan sahəsi üçün isə hər 1 kvadratmetrə görə 15 manat olmaqla, sadələşdirilmiş vergi ödəyəcəklər. Bu halda verginin hesablanması yaşayış sahələri üzrə müəyyənləşdirilmiş əmsala vurulur.

Tutaq ki, Bakıda birinci zonada yaşayanlar 3 ildən az qeydiyyatda olduqları evlərini satarkən evlərinin sahəsinin 30 faizi üçün vergi ödəməyəcək, evlərinin qalan sahəsinin hər kvadratmetri üçün isə sadələşdirilmiş vergi 4 əmsalla hesablanacaq.

Yəni hər kvadratmetr üçün 60 manat vergi ödəyəcəklər. Bu halda Bakıda 12-ci zonada yaşayanlar isə hər kvadratmetr üçün 1,2 əmsalla 18 manat ödəyəcəklər. Ev satışına görə sadələşdirilmiş verginin ödənilməsinə nəzarət notariuslarda təmin edilir.

Mənbə: fed.az



Vakansiya: Mühasib – Net Finance MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib köməkçisi VakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Net Finance MMC.

İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili

– Vergi və mühasibat uçotunun aparılması

– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;

– Debitor və kreditor hesablaşmaların aparılması

– Əmək haqqı, məzuniyyətlərin hesablanması

– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s

– Mal-materialların uçotunun aparılması

– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi

– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət

– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması

– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması

– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi, Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması

– Həftə içi iş vaxtı 09:00-dan 18:30-dək

– İstirahət günü şənbə və bazar

– Nahar fasiləsi 13:00-dan 14:00-dək

– Ünvan: Heydər Əliyev pr. Caspian Sport Plaza 16 mərtəbə

Namizədə tələblər

– Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək

– Analitik qabiliyyətə, ünsiyyət və idarəetmə təcrübəsinə malik olmaq və digər sertifikatların olması üstünlükdür)

– Vergi və Kadr uçotu üzrə biliklərə sahib olmaq

– 1C və Excel proqramını yüksək səviyyədə bilmək

– Məsuliyyətli, təşəbbüskar və innovativ olmaq

– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək

– Müvafiq sahədə minimum 2 il iş stajı

– Qadın namizədlərə üstünlük veriləcək

Namizədlər cv-lərini / elektron ünvanına göndərməyi xahiş olunur.

Mənbə: finstaff.az


Azərbaycanda transmilli şirkətlərə qarşı yeni tələb qoyulur

posted in: Vergi, Xəbər | 0

törəmə müəssisənin gəliri törəmə müəssisəGələn ildən illik gəliri 750 milyon avrodan çox olan transmilli şirkətlərin Azərbaycandakı törəmələri vergi orqanlarına hesabat verməli olacaq. (transmilli şirkət)

Bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu tələb Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomotlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədi ilə qoyulur.

Mənbə: report.az



Azərbaycanda vergi orqanlarının xətti ilə icmal büdcəyə bu il 7,7 mlrd. manata yaxın vəsait daxil olub

posted in: Vergi, Xəbər | 0

aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi orqanlarının xətti ilə icmal büdcəyə 7 683,1 mln. manat vəsait daxil olub ki, bunun da 5 608,7 mln. manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 2 074,4 mln. manatı isə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır. (büdcə)

Vergilər Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən vergi daxilolmaları üzrə proqnoza 106,4% əməl olunub. Proqnoza nisbətən 337,5 mln manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7% və ya 302,8 mln. manat məbləğində artıq vəsait daxil olub.

Vergi daxilolmalarının 70%-i qeyri-neft sektorunun, 30%-i isə neft-qaz sektorunun payına düşüb. Cari ilin 9 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 76,7%, o cümlədən qeyri-neft sektoru üzrə illik proqnozun 78,9%-i icra olunub.

“Hasilatın Pay Bölgüsü sazişləri üzrə neft hasilatının aşağı düşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmalarında azalma müşahidə edilir. 2019-cu ilin 9 ayında neft-qaz sektorundan daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5% azalsa da, bu azalma qeyri-neft sektorundan daxilolmaların artımı hesabına artıqlaması ilə kompensasiya olunub”, – deyə nazirlikdən bildirilib.

Hesabat dövründə qeyri-neft sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% və ya 439 mln. manat artaraq 3 928,8 mln. manat təşkil edib. Qeyri-neft sektoru üzrə proqnoz 110,1% icra olunub, proqnozdan əlavə 361,1 mln. manat vergi toplanıb.

Qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 14,1% artıb və sektorda ÜDM-nin nominal artım tempini üstələyib. Özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77,3%-ə yüksəlib. Qeyri-neft sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92%-ə çatıb.

Qeyri-neft sektorundan vergi daxilolmalarında yüksək artım templəri, əsasən, ƏDV, aksiz, mənfəət, əmlak və torpaq vergisi üzrə qeydə alınıb. Torpaq vergisi üzrə daxilolmalarda artım 51,7%, əmlak vergisi üzrə 41,9%, mənfəət vergisi üzrə 24,5%, ƏDV üzrə 20,2%, aksizlər üzrə isə 4,8 dəfə təşkil edib. Vergi daxilolmalarının strukturunda ƏDV, aksiz, əmlak və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 34,4%-ə, mənfəət vergisi üzrə 26,1%-ə qalxıb.

Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır. Cari ilin 9 ayında qeyri-neft sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (34,5%), bank və sığorta sektorunda (30,6%), pərakəndə ticarət sektorunda (21,8%), xidmət sektorunda (17,6%), nəqliyyatda (14,2%), digər fəaliyyət sahələrində (21,8%) qeydə alınıb.

Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır. Bu, özünü xüsusilə ƏDV üzrə daxilolmaların dinamikasında göstərir. Cari ilin 9 ayında ƏDV üzrə daxilolmanın artım tempi 20%-dən çox olub. Bir sıra fəaliyyət sahələrində, o cümlədən ticarət, nəqliyyat, kənd təsərrüfatında və digər sahələrdə bu artım 30%-dən yuxarıdır.

2019-cu ilin yanvar-sentyabr aylarında regionlardan vergi daxilolmaları 12,2% artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 10,2%-ə yüksəlib.

İqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir. Cari ilin oktyabr ayının 1-nə ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 13%, aktiv ƏDV ödəyicilərinin sayı 38,5%, aktiv obyektlərin sayı isə 12,6% artıb.

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalar

“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları çərçivəsində əmək münasibətlərinin şəffaflaşdırılması xüsusi yer tutur. 2019-cu ildə qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi bu sahədə iş yerlərinin və əmək gəlirlərinin şəffaflaşmasına şərait yaradıb. Cari ilin 9 ayı ərzində qeyri-dövlət bölməsində 90 minə yaxın yeni əmək müqaviləsi qeydə alınıb ki. Bu da həmin dövr ərzində artmış əmək müqavilələri sayının 71,4%-ni təşkil edir.

Bu şəraitdə sosial sığorta haqları üzrə daxilolmalar 20,6% artıb, proqnoz 107,2% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,9% artıb, proqnoz 108,7% icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 40,3% artıb, proqnoz 107,3% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 44,8% artıb, proqnoz isə 110,4% icra edilib.

Mənbə: apa.az



error: Content is protected !!