Read More9
Read More9

Şikayətimiz əsaslıdırsa, hara və necə müraciət edək?

posted in: Xəbər | 0

Bu dəfəki yazımızda qanunvericiliyin mövqeyinə və səlahiyyətli orqanların həyata keçirdiyi hüquqi tədbirlərinə istinad edərək haqlı olduğunuz hallarda hara və necə şikayət edə biləcəyimiz barədə məlumat verməyə çalışacağıq. Əvvəla daha çox rastlaşdığımız hallardan biri kimi ictimai yerlərdə və ya yaşayış evlərində gecə saat 24-dən səhər 7-yə kimi səs-küy salmağa, mahnı oxumağa, gur səslə mahnı oxutmağa görə Daxili İşlər Nazirliyinə müraciət edə bilərsiniz.

Oğurluq, soyğunçuluq, quldurluq, döymə, sağlamlığa xəsarət yetirmə, avtoqəza hallarında da Daxili İşlər Nazirliyinə müraciət etməlisiniz.

Xidmət göstərən, məhsul satan şəxslərin keyfiyyətsiz xidmət göstərməsi və ya məhsul satmasına görə, həmçinin haqsız rəqabətə və ya inhisarçılığa yol verilməsinə görə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərsiniz.

Heyvan kəsim yerlərindən kənarda kəsimlərin aparılması, qida məhsullarının sanitar qaydalara zidd olaraq hazırlanması hallarında şikayətinizi Qida Təhlükəsizliyi Agentliyinə bildirə bilərsiniz.

Təhsil, tibb müəssisələrində, nəqliyyatda, bərbərxana, kosmetoloji xidmət müəssisələrində sanitariya-epidemioloji qaydaların pozulmasına görə Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Sərnişin daşıma qaydalarının pozulmasına, sərnişin daşıma həyata keçirilərkən tütün çəkilməsinə, gediş haqqının yüksək tətbiq edilməsinə, müntəzəm şəhərdaxili marşrutlarda daşıma ilə əlaqəsi olmadığı halda audio cihazlardan istifadə edilməsi hallarına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərində isə Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərsiniz.

Bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinin qanun pozuntularından Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilərsiniz.

Göstərilən qurumların qaynar xətləri və müraciət qaydaları aşağıdakı kimidir:

Daxili İşlər Nazirliyihttps://e-muraciet.mia.gov.az/

102 – qaynar xətti


İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətihttp://www.consumer.gov.az/az/contact-form

195-2 qaynar xətti


Qida Təhlükəsizliyi Agentliyi http://afsa.gov.az/az/contact

Əlaqə – 1003


Səhiyyə Nazirliyihttp://www.sehiyye.gov.az/?do=faq&form


Qaynar xətt məlumatlarıhttp://www.sehiyye.gov.az/unvan.html


Bakı Nəqliyyat Agentliyihttp://bna.az/az/contact

Çağrı mərkəzi – 141


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyihttp://www.mincom.gov.az/az/view/feedback/

Əlaqə – 1655


Maliyyə Bazarlarına Nəzarət Palatasıhttps://www.fimsa.az/az/contact

Çağrı mərkəzi – 966


Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
şikayət

Vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?

posted in: Vergi, Xəbər | 0

Vergi tutulan əməliyyatın vaxtı,xərclər, istehsal prosesi, vergi güzəşti, vergi ödəyicisi, Vergi Məcəlləsi, fəaliyyət növü,Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır.

İqtisadçı ekspert Emin Səttarov bu maddə ilə bağlı sahibkarları maraqlandıran sullara aydınlıq gətirərək qeyd edib ki, Vergi Məcəlləsinin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır:

Məcəllənin 166.1.1-ci maddəsində göstərilir ki, malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda və yaxud, 166.1.2-ci maddəyə əsasən, malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda.

Fərz edək ki, ƏDV ödəyicisi olan müəssisə digər şəxsə 25 avqust 2019-cu il tarixində dəyəri 10.000 manat (ƏDV-siz) olan mal təqdim edib və 27 avqust 2019-cu il tarixində isə elektron vergi hesab-fakturasını təqdim edib. Həmin əməliyyatın 5.900 manatı 29 avqust 2019-cu il tarixində vergi ödəyicinin bank və depozit hesabına daxil olub. Sonradan isə əməliyyatın qalan dəyəri, yəni 5.900 manatı isə 09 sentyabr 2019-cu il tarixində daxil olub. Bu zaman ƏDV məqsədləri vergi tutulan əməliyyatın vaxtı nə vaxtdır?

Təcrübədə bəzi vergi ödəyiciləri 30 gün daxilində hissə-hissə daxil olan məbləği hər ayın dövriyyəsinə, yəni 5.000 manatı avqust, 5.000 manat sentyabr ayına daxil edirlər. Əsas olaraq da bəziləri Vergi Məcəlləsinin 175.1.3-cu maddəsində olan oxşarlığını (əvəzləşdirmə maddəsini hesablama maddəsinə ilə eyniləşdirənlər çox olur) və ya bəziləri isə 166.2-ci maddəsini əsas gətirirlər. Bu hal səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 faiz maliyyə sanksiyası tətbiq edilməsi şəraiti yarada bilər.

Əslində isə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilmiş əməliyyatın dəyəri tam ödənildiyi halda və ödənilən məbləğ 30 gün daxilində ödənilibsə, ödəmənin daxil olduğu vaxt, yəni, bizim misalda 10.000 manat dövriyyə tam olaraq sentyabr ayına aid ediləcək.

İctimai işlərlə təmin olunan işçilərin siyahısı açıqlandı

posted in: Xəbər | 0

vahid reyestr, emek haqqi, əmək haqqı, emek, Dövlət Əmək Müfəttişliyi, Məşğulluq hesabatları, teleiş distant iş uşaq pulu uşaqpulu mezuniyyet məzuniyyət hüquqları“İşsizin dostu” proqramı çərçivəsində ictimai işlər ilə təmin olunan işçilərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://sosial.gov.az/list-of-persons-involved-in-social-work) yerləşdirilib. Nazirlikdən bildiriblər ki, bu addım proqramın icrası zamanı ictimai açıqlıq prinsipinin təmin olunması üçün atılıb.

Qeyd edək ki, “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s. daxildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

Mənbə: vergiler.az



Cari vergi ödəmələri haqqında arayış yeni qaydada təqdim ediləcək

posted in: Xəbər | 0

Vergidən yayınma,Artıq oktyabrın 1-dən vergi ödəyiciləri 3-cü rüb üçün cari vergi ödəmələrinin hesablanması haqqında arayışı vergi orqanlarına təqdim etməyə başlayıblar. Bu yaxınlarda Vergilər Nazirliyi həmin arayışların formasında müəyyən dəyişikliklər edib:151.5 metodunu seçən vergi ödəyiciləri üçün nəzərdə tutulan bölmə digərindən ayrılaraq ayrıca bölmədə verilib. İndi hər bir üsula dair bütün məlumatlar ayrıca blokda yığılır. (Cari vergi ödəmələri)

Vergi ödəyiciləri mənfəətin və vergi ödənişlərinin hesablanmasının əvvəlki qaydası ilə müqayisədə yeni formanın daha rahat və əlverişli olduğunu bildirirlər. Maliyyə mütəxəssisi, ekspert Vüqar Mirheydərov cari vergi ödəmələrinin hesablanması haqqında arayışın tərtib edilməsi qaydasını izah edib: “Bir daha xatırlatmaq istəyirəm ki, gəlirin (mənfəətin) hesablanması artan yekun əsasında aparılmalıdır. Yəni ayrıca üçüncü rüb deyil, ilin əvvəlindən üçüncü rübün axırına kimi əldə etdiyiniz gəliri (mənfəəti) formanın müvafiq xanasında qeyd etməlisiniz. Tutaq ki, birinci rübdə 2.000 manat, ikincidə 3.000 manat, üçüncüsündə 2.000 manat gəliriniz (mənfəətiniz) olubsa, 296-cı sütunda bu məbləğlərin cəmini, yəni 7.000 manat göstərməlisiniz. 297-ci sütunda, aşağıda göstərilən düstura uyğun olaraq mövcud vergi ödənişinin dəyərini müstəqil hesablamalı və qeyd etməlisiniz:

Cari Vergi Ödənişləri = 7000 * 20% * 75% = 1050 manat.

Qeyd etdiyiniz məbləğ düzgün hesablandığı halda, sistem avtomatik olaraq 298-ci sütunu Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20-ci maddələrində nəzərdə tutulan güzəştləri nəzərə alaraq (mikro-biznes subyektləri olan fiziki və hüquqi şəxslərin mənfəətinin 75 faiz mənfəət vergisindən azad edilməsi) hesablayır və doldurur:

1050 * 25% = 262,50 manat.

Bundan sonra “İrəli” düyməsini sıxaraq arayışı göndərmək olar. Həmin məbləğdən əvvəlki rüblərdə ödənilən vergi məbləğləri çıxıldıqdan sonra qalan hissə oktyabrın 15-dək vergi orqanının hesabına ödənilməlidir. Əgər fərq mənfi alınıbsa, 3-cü rüb üzrə heç bir ödəniş etməyə ehtiyac yoxdur. Eyni zamanda 3-cü rüb üzrə cari vergi ödəmələrinin hesablanması haqqında arayış oktyabrın 15-dək elektron qaydada və ya kağız formatda vergi orqanlarına təqdim edilməlidir.

Mənbə: vergiler.az



error: Content is protected !!