Read More9
Read More9

Ezamiyyə zamanı orta əmək haqqının saxlanması ilə bağlı VN-nin cavabı

posted in: Vergi, Xəbər | 0

əmək haqqının saxlanmasıEzamiyyə zamanı orta əmək haqqının saxlanması ilə bağlı VN-nin cavabı


Sual: İşçinin ezamiyyədə olduğu günlər üzrə saxlanılan orta əmək haqqının hesablanması haqda aşağıda qeyd olunan misal üzərindən məlumat verməyinizi xahiş edirik.

1. İşçi noyabr ayında 5 gün ezamiyyədə olmuşdur.

2. İşçinin ezamiyyədə olduğu ay (noyabr) üzrə əmək haqqı – 1000 AZN

3. Əvvəlki 2 ayın əmək haqqı – oktyabr 1000 AZN (23 iş günü), sentyabr 800 AZN Ə/H+200 AZN məzuniyyət= cəmi 1000 AZN (20 iş günü).

Ezamiyyədə olduğu günlər üzrə saxlanılan orta əmək haqqı =?

Bildirmək istərdik ki, sualınız Vergilər Nazirliyinin səlahiyyətinə aid edilən məsələlərlə bağlı deyil.

Cavab: Məlumat üçün bildiririk ki, orta əmək haqqı və onun hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə müəyyən edilir. Həmin qərara əsasən əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı orta əmək haqqı hesablanarkən nəzərə alınır.

Beləliklə sizin misalda, İşçinin ezamiyyədə olduğu günlər üzrə saxlanılan orta əmək haqqı = (1000 + 800 + 200) / (23 + 20) * 5 = 232,56 manat təşkil edəcəkdir.

Mənbə: taxes.gov.az

Bax: 


Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (6-cı hissə)

posted in: Xəbər | 0

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (6-cı hissə) (əmək müqaviləsi)

5-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Kobud pozuntular..

Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin başlıca əsaslarından biri də müqavilə şərtlərinin kobud pozuntusudur.

Belə ki, işçi adi iş günlərindən fərqli olaraq mütləq aşağıdakı pozuntulara yol verdikdə müqaviləyə işəgötürən tərəfindən xitam verilə bilər:

– özünün, yaxın qohumun xəstələnməsi, yaxln qohumun vəfat etməsi halında mümkün olsa da, adi halda heç bir üzrlü səbəb olmadan işçinin bütün iş günü ərzində işə gəlməməsi

– alkoqol, narkotik və ya psixotrop maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olaraq işə gəlmək və ya işdə həmin maddələri qəbul edib, sərxoş olması

– mülkiyyətçiyə təqsirli hərəkət (siz)liyi ilə zərər vurulması

– təqsiri nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi, yaxud onların ölümünə səbəb olması

– hər bir işçi əmək funksiyasından asılı olaraq müəyyən kommersiya, istehsal və ya dövlət sirri olan məlumatlarla tanış olur ki, bu məlumatların qorunması öhdəliyini qəsdən yerinə yetirməməsi nəticəsində həmin məlumatın yayılması

– kobud səhvi və ya hüquq pozuntusu nəticəsində işəgötürənin, müəssisənin mənafeyinə xələl gətirməsi

– işçiyə əmək funksiyasını pozduğuna görə intizam tənbehi verilibsə, bu tənbeh 6 ay qüvvədə olur. Həmin müddətdə yenidən pozuntu olarsa, işçi işdən azad edilir

– iş vaxtı ərzində inzibati xətalara və ya cinayət məsuliyyəti yaradan əməllərə yol verməsi

Qeyd edək ki, işçinin bu pozuntulara yol verməsi nəticəsində iş yerində işin, əməyin, istehsalın və ya icra intizamının normal ahəngi pozulmuş olmalı ya da işəgötürənə yaxud müəssisənin qanunla qorunan mənafelərinə hər hansı formada zərər dəymiş olsun. Hər bir halda bu kimi əsaslar olduqda işəgötürən işdən azad etməni əsaslandırmaq öhdəliyi daşıyacaqdır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov.

7-ci hissəni oxumaq üçün keçidə daxil olun.


Dəymiş zərərə görə kompensasiyanın hesablanması

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 102-ci maddəsi gəlir vergisindən azadolmalara və güzəştlərə həsr olunub. Məcəllənin 102.1.10-cu bəndində göstərilib ki, dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri vergidən azad edilən gəlirlər siyahısındadır. “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində ödəmələr verilməlidir. Bəs burada hansı ödəmələrdən söhbət gedir? Həmin ödəmələrin məbləğini hansı dövlət orqanı müəyyən edir? (dəymiş zərər, kompensasiya hesablanması)

Vergilər Nazirliyinin bu məsələ ilə bağlı şərhində bildirilib ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənişlərin verilməsi qaydaları, şərtləri və məbləği “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənişlərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilib.

Qeyd: Əmək Məcəlləsinin 239-cu maddəsi, Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı əsas götürülür.

Vakansiya: Mühasib köməkçisi – Koroğlu MMC

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib köməkçisi, baş mühasib vakansiya məbləğ işsizlikdən sığortaVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Koroğlu MMC.

İş barədə məlumat
  • Baş mühasibin tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmək;
  • Hesablar, qaimələr, ödəniş tapşırıqları və digər mühasibat sənədlərini hazırlamaq, yoxlamaq və düzəlişlər etmək;
  • Malların uçotunun aparılması
  • Elektron fakturaların yazılması
  • İş yeri : Bakıxanov qəsəbəsi
Namizədə tələblər
  • Ali iqtisadi təhsil
  • Xanımlar və kişilər
  • Azərbaycan və rus dillərində səlis danışan
  • 1 C sistemində işləmə bacarığı.
  • Məntiqi və riyazi bilik.
  • Təşəbbüskarlıq qabiliyyəti.
  • Excel bilikləri

CV-lərinizi / ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib köməkçisi, vakansiya
error: Content is protected !!