Read More9
Read More9

İki yerdə işləyən şəxslər üçün gəlir vergisinin hesablanması

posted in: Vergi, Xəbər | 0

gəlir vergisi, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra 2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdlu işlə əlaqədar çalışan və gəlirləri 8.000 manata qədər olan şəxslər üçün gəlir vergisi 0 faiz dərəcəsi ilə tutulur. Bu güzəşt Vergi Məcəlləsinin 101.1-1 maddəsi ilə tənzimlənir. Lakin bəzən yerlərdə bu maddənin düzgün tətbiqinə mane olan səhv izahlarla qarşılaşırıq. Bu cür səhvlər əksər hallarda işçi iki və ya daha çox iş yerində çalışdığı zaman baş verir. Məsələn, ikinci (əsas olmayan) iş yerində işçiyə bildirirlər ki, sizin əsas iş yerinizdə gəlirinizin həcmini və ya əsas iş yerinizin neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid olmasını dəqiqləşdirə bilmədiyimiz, əsas iş yeriniz barədə təqdim etdiyiniz məlumatları yoxlaya bilmədiyimiz üçün sizdən köhnə qaydada, yəni Məcəllənin 101.1 maddəsinə əsasən gəlir vergisi tutulacaq. Maliyyə mütəxəssisi, ekspert Vüqar Mirheydərov qaldırılan suallara aydınlıq gətirib:

“Vergi Məcəlləsinin 101.1-2 maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Bu, o deməkdir ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna yuxarıda qeyd olunan güzəşti verən 101.1-1 maddəsinin işçinin iş yerinin əsas olub-olmaması, həmçinin bütün iş yerlərində cəm olaraq gəlirin 8.000 manatdan artıq olmasından asılılığı yoxdur. Hər iş yerində işçinin gəlir vergisi ayrıca hesablanıb büdcəyə ödənilməlidir”.

Bakıda işçilərin orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-iyul aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakıda işçilərin orta aylıq əmək haqqı 3,7 faiz artaraq 819,4 manat olub.

Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi öz fəaliyyətində açıq informasiya siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu baxımdan vergi ödəyicilərinin məlumatlandırılması və ictimaiyyətlə əlaqələr sahəsində əsas kommunikasiya vasitələrinin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. (Vergilər Nazirliyi, internet saytı)

Sentyabrın 25-də vergi sahəsində dəyişikliklər, habelə mövcud qanunvericilik, vergi inzibatçılığı və xidmətlər barədə əsas məlumat və kommunikasiya alətlərindən biri olan Vergilər Nazirliyinin rəsmi internet saytının yenilənmiş versiyası istifadəyə verilib. Saytın yenilənməsində məqsəd, ilk öncə, istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır.

Yenilənmiş sayt (www.taxes.gov.az) həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni iniformasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub.

Yenilənmiş saytda vergi orqanları ilə vergi ödəyiciləri və biznes strukturları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin olunması xətti öz əksini tapıb. Bu məqsədlə interfeysdə fiziki və hüquqi şəxslər üçün lazımlı məlumatlar toplanan iki əsas yeni bölmə yaradılıb. Həmçinin istifadəçilərin daha çox müraciət etdikləri “Axtarış bazası”, “Vergi təqvimi” və “Elektron xidmətlər” yeni tərtibatda daha əlçatan şəkildə təqdim olunub.

Saytda naviqasiya rahatlığı təmin edilərək ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib. Vergi ödəyiciləri üçün bütün zəruri məlumatları özündə cəmləşdirən yeni “Vergi ödəyicilərinə” bölməsi yaradılıb. Bu bölmədə vergi ödəyicilərini maraqlandıran “Vergi bələdçisi”, “Vergiləri necə ödəyək”, “Biznesə necə başlamalı”, “Mühasibat uçotu”, “ASAN imza”, “Əmək müqaviləsi”, “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında məlumatın öyrənilməsi kimi alt bölmələr yer alıb. Vergi Məcəlləsini əhatə edən testlər toplusu da təkmilləşdirilərək “Vergi testi” bölməsinə əlavə edilib.

Qeyd edək ki, Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsi 2001-ci ildən fəaliyyət göstərir. Ötən dövrlər əzrində sayt bir neçə dəfə təkmilləşdirilib. Bugünədək Vergilər Nazirliyinin rəsmi internet səhifəsi “Humay” (“İlin ən uğurlu internet layihəsi” nominasiyası), iki dəfə “Netty” (“İlin ən yaxşı dövlət saytı” nominasiyası), “Milli NET” (“Ən yaxşı dövlət və bələdiyyə saytları” nominasiyası), “İntellekt” ilin layihəsi Mükafatına (“Maliyyə” nominasiyası üzrə), Media İnstitutunun Mükafatına (Mərkəzi dövlət qurumlarının Onlayn Şəffaflığı monitorinqinin nəticələrinə görə), Avrasiya Hüquqşünaslar Assosiasiyasının Fəxri Diplomuna (Hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətinə görə) və Beynəlxalq “World Summit Award” (“E-Hökumət” nominasiyası) mükafatlarına layiq görülüb.

Bununla yanaşı, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilən dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqinin nəticələrinə görə 8 dəfə 1-ci yerə layiq görülüb.

2018-ci il ərzində səhifəyə daxilolmaların sayı 4.389.867 olub.

Nəzərinizə çatdıraq ki, hazırda saytın rus və ingilis dili versiyalarının da yenilənməsi üzərində iş aparılır. İstifadəçilər üçün saytın əvvəlki versiyasına giriş məhdudlaşdırılmayıb və bunun üçün saytın aşağı sol hissəsində keçid yerləşdirilib.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergilər Nazirliyi, internet saytı, internet saytı

50 manata Maliyyə hesabatlarının təhlili mövzusunda təlim keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0

Əmtəə-material vakansiya material mühasibi50 manata Maliyyə hesabatlarının təhlili mövzusunda təlim keçiriləcək.

Hörmətli sahibkarlar!

Sizi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü ilə sahibkarların məlumatlandırılması məqsədi ilə 23.10.2019 tarixində “Maliyyə hesabatlarının təhlili” mövzusunda planlaşdırılan təlimdə  iştirak etməyə dəvət edirik.

Təlimdə iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/ICkcyQ linkində qeydiyyatdan keçmək mütləqdir.

Kursun keçirilmə tarixi: 23.10.2019

Başlama saatı: 10:00 – 12:00

Təlimin keçirildiyi ünvan: Bakı ş, Nizami küç., 90 A, Landmark III

Təlimçi: Davud Məmmədov

Təlimin dili: Azərbaycan dili

Təlimin tərkib mövzuları: Maliyyə hesabatlarının təhlili  /  Aktivlərin qiymətdən düşməsi

Son qeydiyyat tarixi: 22.10.2019 saat 16:00-a qədər.

Təlim ASK üzvləri üçün ödənişsiz, qeyri üzvlər üçün isə 50 AZN təşkil edir.

Ödəniş üçün aşağıda qeyd olunan bank rekvizitləri təqdim olunur:

«Turanbank»  ASCKodu: 507462  

VÖEN: 1300016391

Müxbir hesab: AZ26NABZ01350100000000027944

SWIFT: TURAAZ22.

 “ASK Biznes Konsaltinq” MMC Hesab: AZ57TURA40060013072400100944

VÖEN: 1502413761    

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Azərbaycan Sahibkarlar Konfederasiyası Sahibkarlarla iş və kommunikasiya şöbəsi

Tel: (994 12) 465 76 92 (daxili 119)

E-mail: 

Mənbə: ask.org.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
maliyyə, təlim
error: Content is protected !!