“Yaşıl dəhliz”dən istifadə edənlərin sayı artıb
Dövlət Gömrük Komitəsinə (DGK) 600-dən çox müraciət qəbul olunub ki, bunlardan 450-si “Yaşıl dəhliz”dən daimi istifadə hüququnu əldə edilmiş xarici iqtisadi fəaliyyət ixracatçılarıdır.
Bunu “9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019” tədbirində çıxış edən DGK sədrinin birinci müavini İsmayıl Hüseynov deyib.
Onun sözlərinə görə “Yaşıl dəhliz” iştirakçılarının 8 aylıq idxalda ümumi payı 22,45%, ixracda isə 30%-ə yaxın olub.
“Bu, çox böyük göstəricidir. Cari ilin səkkiz ayında ixracımızın 13 mlrd. manata yaxın olmasını və onun 30%-nin “Yaşıl dəhliz” hüququna malik hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirildiyini nəzərə alsaq, bu, olduqca böyük rəqəmdir”, – deyə sədr müavini qeyd edib.
“Eyni zamanda, bu gün Azərbaycan beynəlxalq tranzit dəhlizlərinin böyük mərkəzlərinə çevrilib. “Made in Azerbaijan” brendli malların Avropaya çatdırılmasında mühüm layihələrdən biri Avropanın yeniləşdirilmiş tranzit kompüter sisteminə qoşulmasıdır. Bu sistemlə bağlı mövcud qanunvericiliyin yenilənməsi, uyğunlaşdırılması və daxili malların Avropaya maneəsiz sürətli çatdırılması onların ticarət zənciri üzərində təyinat ölkəsinə tez çatmasında bu sistemin rolu böyükdür, – deyə sədr müavini qeyd edib.
Mənbə: report.az

Xidmətin adı: ASAN İmza Sim Kartı üzrə Sertifikat statusunun dəyişdirilməsi.
Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır. Müsabiqəyə sənəd qəbulu Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə 20.09.2019-cu il tarixdən saat 10:00-dan 07.10.2019-cu il saat 24:00-dək həyata keçiriləcək.
Vakansiya: Mühasib köməkçisi.