Read More9
Read More9

Vakansiya: Daxili Auditor tələb olunur

posted in: Audit, Vakansiya, Xəbər | 0

Daxili Audit VakansiyaVakansiya: Daxili Auditor.

İşəgötürən: Zəhmət Ruzi MMC.

İş barədə məlumat

– Azərbaycan Respublikası, ƏM uyğun olaraq sənədləşmə;
– İş saatı: 09-00-dan 17-00-dək;
– İstirahət: bazar günü

Namizədə tələblər

– Təhsil: Ali (İqtisadi)
– İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan;
– Yaş həddi: 23-40;
– Dil bilikləri: Azərbaycan və Rus dili;
– Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək.

Şəxsi keyfiyyətləri:

– İşə planlı yanaşmaq bacarığı;
– Yüksək ünsiyyət bacarığı;
– Nitq mədəniyyəti;
– Təmkinlilik, etibarlılıq, özünəinam;
– Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Əlavə tələblər:

– Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Vəzifələr:

– Planlar əsasında daxili audit yoxlamalarını aparmaq;
– Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
– Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək;
– Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatlar və rəylər hazırlamaq;
– Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək;
– Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
– Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək;
– Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq;
– Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentinin adından iştirak etmək;
– Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
– Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.

Maraqlananlar / e-poçt ünvanına mövzu yerinə Auditor yazaraq CV göndərə bilərlər. İşə qəbul ancaq cv əsasındadır. Digər müraciətlərə baxılmır.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, daxili auditor

Kənd təsərrüfatı sahəsində uçot və hesabatlılıq qənaətbəxş deyil

posted in: Xəbər | 0

səyyar vergiKənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qənaətbəxş hesab oluna bilməz.

Vergilər Nazirliyindən verilən məlumata əsasən, bu barədə Azərbaycanın Vergilər nazirinin müavini Sahib Ələkbərov Qazaxda keçirilən kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunmuş zona müşavirəsi zamanı söyləyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqların olması bu sahənin daha sürətlə inkişaf etdirilməsinə əngəl törədən əsas amillərdən biridir.

Xüsusi olaraq S.Ələkbərov vurğulanıb ki, görüləcək işlərin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin vergiyə cəlb edilməsi yox, digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulmasının təmin edilməsidir.

Kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir. Digər tərəfdən, uçota alınmadan fəaliyyət göstərənlər, uçotda olub öz fəaliyyətlərini şəffaf şəkildə quranlara nisbətən müvəqqəti də olsa, bəzi üstünlüklər əldə edir, qeyri-sağlam rəqabət mühitinin formalaşmasına səbəb olurlar, deyə, nazi müavini qeyd edib.

S.Ələkbərov bildirib ki, avqust ayından etibarən bütün ölkə ərazisində ilkin olaraq kənd təsərrüfatı məhsulları istehsalçıları və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinin uçota alınması prosesinə start verilib. Ötən müddət ərzində 11 minə yaxın şəxsin vergi uçotuna alınması təmin edilib. 3500-ə yaxın vergi ödəyicisinin fəaliyyət sahəsi dəqiqləşdirilib, onlardan 1539-nun mükəlləfiyyəti dəyişdirilib. Fəaliyyəti passiv göstərilmiş 200-ə yaxın vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilib.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kənd təsərrüfatı

ƏDV məqsədləri üçün vergi ödəyiciləri keçmiş tarixə qeydiyyata düşdükdə verginin hesablanması

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, qeydiyyat Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə əlavə dəyər vergisi (ƏDV) ödəməlidir. Vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün ƏDV üzrə elektron vergi hesab-fakturaları təqdim etmək hüququna malikdir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir. (verginin hesablanması)

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi vergi ödəyicilərinin keçmiş tarixə ƏDV qeydiyyatına düşdükdə ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların hansı tarixdən hesablanacağını müəyyən etməkdən ibarətdir. Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, qeydiyyat keçmiş tarixə aparıldıqda vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlarını verilən birinci ƏDV bəyyənnaməsinə əlavə etməli və həmin dövriyyəyə uyğun ƏDV ödəməlidir. Həmçinin vergi ödəyicisi həmin dövrdə aldığı mallara görə ödədiyi ƏDV-ni də məcəllədə müəyyən edilmiş qaydada əvəzləşdirmək hüququna malikdir.

Yuxarıda qeyd etdiklərimizin mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisinin ƏDV qeydiyyatı tarixi əvvəlki aylarda qüvvəyə minmişdirsə, həmin aylara aid olan dövriyyələr hesabatın verildiyi birinci ayın ƏDV bəyannaməsində əks etdirilməlidir. Həmçinin həmin aylarda aldığı mallara görə ödədiyi ƏDV-ni də əvəzləşdirə bilər.



Misal 1. Tutaq ki, sadələşdirilmiş vergi ödəyicisi olan A müəssisəsi 2019-cu ilin ikinci rübündə sadələşdirilmiş vergi bəyannaməsini təqdim edib və həmin bəyannamədə A müəssisəsinin dövriyyəsi 2019-cu il aprel ayında 5.000 manat, may ayında 10.000 manat, iyun ayında isə 20.000 manat olub. Müəssisə 2019-cu ilin 24 iyul tarixində könüllü olaraq 1 may 2019-cu il tarixdən ƏDV qeydiyyatında durmaq üçün ərizə təqdim edib.

Bu zaman vergi orqanları A müəssisəsini 1 may 2019-cu il tarixindən ƏDV ödəyicisi kimi uçota alacaq. Buna görə də 1 may 2019-cu il tarixindən sonra baş verən bütün əməliyyatlar ƏDV-yə cəlb edilməli olduğu üçün A müəssisəsi 2019-cu ilin ikinci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsini dəqiqləşdirib təqdim etməli, may və iyun aylarının cəmi olan 30.000 manat dövriyyəni azaltmalıdır. Çünki həmin 30.000 manat dövriyyə ƏDV-yə cəlb olunacaq. A müəssisəsi 24 iyul 2019-cu il tarixində ərizə verdiyi üçün ƏDV üzrə birinci bəyannamənin tarixi iyul 2019-cu il olacaq və 30.000 manatı iyul 2019-cu ilin ƏDV bəyannaməsində dövriyyə kimi əks etdirərək dövlət büdcəsinə 5.400 manat (30.000 x 18% = 5.400) əlavə dəyər vergisi hesablayacaqdır.

Misal 2. Tutaq ki, sadələşdirilmiş vergi ödəyicisi olan B müəssisəsi 2019-cu ilin birinci rübünun sadələşdirilmiş vergi bəyannaməsini təqdim edib və həmin bəyannamədə B müəssisəsinin dövriyyəsi 2019-cu il yanvar ayında 50.000 manat, fevral ayında 30.000 manat, mart ayında isə 20.000 manat olub. Həmçinin müəssisə 2019-cu ilin yanvar və fevral aylarında mallar idxal edib, gömrükdə 15.000 manat ƏDV ödəyib. Lakin müəssisə ƏDV ödəyicisi olmadığından, əvəzləşdirmə apara bilməyib. B müəssisəsi 2019-cu ilin 25 aprel tarixində könüllü olaraq 1 yanvar 2019-cu il tarixdən ƏDV qeydiyyatında durmaq üçün ərizə təqdim edib.

Bu zaman vergi orqanları B müəssisəsini 1 yanvar 2019-cu il tarixindən ƏDV ödəyicisi kimi uçota alacaq. Buna görə də 2019-cu il yanvarın 1-dən sonra bütün əməliyyatlar ƏDV-yə cəlb edilməli olduğu üçün A müəssisəsi 2019-cu ilin birinci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsini dəqiqləşdirib təqdim etməli və dövriyyəni 100.000 manat azaltmalıdır. Çünki yanvar, fevral, mart aylarında olan həmin 100.000 manat dövriyyə ƏDV-yə cəlb olunacaq və idxal zamanı əvəzləşdirə bilmədiyi 15.000 manat ƏDV-ni də artıq əvəzləşdirə biləcək. A müəssisəsi isə 24 aprel 2019-cu il tarixində ərizə verdiyi üçün ƏDV üzrə birinci bəyannamənin tarixi aprel 2019-cu il olacaq. Müəssisə aprel 2019-cu ilin ƏDV bəyannaməsində 100.000 manatı dövriyyə kimi, yanvar-fevral aylarında malları idxal edərkən gömrükdə ödədiyi 15.000 manat ƏDV-ni isə əvəzləşdirmə kimi qeyd edərək, dövlət büdcəsinə 3 min manat ((100.000 x 18% = 18.000) – 15.000) ƏDV hesablayacaqdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
verginin hesablanması, verginin hesablanması

Vergilər Nazirliyi startapları və biznesə yeni başlayanları hüquqi şəxs kimi qeydiyyatdan keçməyə çağırıb

posted in: Xəbər | 0

hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar“Biznesə başlamaq prosedurunun asanlaşması nəticəsində bu il yanvarın 1-dən başlayaraq ötən 9 ay ərzində, respublika üzrə dövlət qeydiyyatından keçən vergi ödəyicilərinin – fiziki və hüquqi şəxslərin  sayı 1 milyon 31 min 164 olub”. (startap)

Bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Biznesə başlama” mövzusunda keçirilən təlimdə Vergilər Nazirliyinin müşaviri Ələkbər Məmmədov bildirib.

Ə. Məmmədov deyib ki, 135 minə yaxını bilavasitə hüquqi şəxs və təşkilatlardır: “Ümumi vergi uçotunda olan 1 milyondan çox vergi ödəyicilərinin 13%-dən çoxu hüquqi şəxs, filial və nümayəndəliklərdir. Bu ilin sentyabrın 1-nə qədər qeydiyyata alınmış hüquqi şəxslərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,3% artıb. Cari ilin avqust ayında 1 372 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 47% çoxdur. Biznesə başlamaqla bağlı qeydiyyatın asanlaşdırılması nəticəsində elektron qeydiyyatın çəkisi 70%-dən 89%-ə qədər artıb. Son 3 ay ərzində qeydiyyata alınan hüquqi şəxslərin içərisində qeydiyyata alınanların sayı 90%-i keçib. Bu, yaxın vaxtlarda hüquqi şəxslərin qeydiyyatının tam elektronlaşdığını görəcəyimizi göstərir ”.

Vergilər nazirinin müşaviri qeyd edib ki, uğurlu biznes asan qeydiyyatdan başlayır: “Əgər  hüquqi şəxslərin dövlət qeydiyyatının 90%-dən çoxu elektron qeydiyyatdan keçirsə, bu, mənzərəni ortaya qoyur. 2018-ci ildən başlayaraq bu sahədə neqativ proseslər aralan qaldırılmağa başlandı”.

Ə. Məmmədov nəzərə çatdırıb ki, qeydiyyatdan keçən vergi ödəyicilərinin yalnız 13%-dən çoxunun hüquqi şəxs olması qaneedici sayıla bilməz: “Vergi ödəyicilərinin hüquqi şəxs kimi qeydiyyata alınması onların işlərində nə qədər ciddi olduğunu göstərir. Bu baxımdan startapların da məhz hüquqi şəxs kimi qeydiyyatdan keçməsi yaxşı olardı. Niyə əvvəllər fiziki şəxs kimi qeydiyyatdan keçməyə üstünlük verilirdi? Hətta ciddi şəxslər də hüquqi deyil, fiziki şəxs kimi qeydiyyatdan keçməyə üstünlük verirdilər. Çünki elektron imza alınması tələb edilirdi və insanlar da bunu əlavə çətinlik kimi qəbul edirdilər. Artıq isə elektron imzaya ehtiyac yoxdur, PİN kod vasitəsi ilə dövlət qeydiyyatına alınmaq mümkündür. 20 dəqiqə ərzində FİN kod və mobil telefonla elektron qaydada qeydiyyata alınmaq mümkündür”.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
startap, hüquqi şəxs
error: Content is protected !!