Vergi orqanında uçotda olmayan şəxslərə xidmət göstərənlərin vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

sosial sığorta haqqı, təsis payları tesis gəlir xərc kompensasiya muzdlu işVergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlərmi?

Vergilər Nazirliyi mövzunu şərh edərək bildirir ki, Vergi Məcəlləsinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər sadələşdirilmiş verginin ödəyicisi kimi əldə etdiyi gəlirdən xərclər çıxılmadan 2 faiz sadələşdirilmiş vergi ödəməklə fəaliyyət göstərə bilərlər.

Sadələşdirilmiş verginin hesabat dövrü rübdür və hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Mənbə: vergiler.az

Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi

Vakansiya: Mühasib köməkçisi – Qafqaz Point Hotel

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

Baş Mühasib köməkçisi VakansiyaVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Qafqaz Point Hotel.

İş barədə məlumat

– Gündəlik bank, kassa əməliyyatlarının aparılması
– Bütün kassa və bank hesablarına nəzarət
– Maliyyə hesabatlarının hazırlanmasında köməklik göstərmək
– Mühasibat və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– E-Qaimə fakturalarının yazılması
– İş qrafiki 5 gün, 09:00-dan 18:00-dək

Əmlakın satışı zamanı ƏDV və mənfəət vergisi necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

cərimə, ezamiyye xercleri, ezamiyyə xərcləri,, vakansiya mühasib Əsas vəsaitlər amortizasiya esas vesaitlerSual: A müəssisəsi ƏDV ödəyicisidir və balansında 100.000 AZN dəyərində daşınmaz əmlakı (qeyri yaşayış sahəsi) var. Həmin əmlak A müəssisəsi tərəfindən alınarkən ƏDV ödənilmiş və həmin dövrdə də əvəzləşdirilmışdir. Hüquqi şəxsin mülkiyyətində olan torpaq və qeyri-yaşayış sahəsi təqdim olunarkən sadələşdirilmiş vergiyə cəlb olunduğunu nəzərə alsaq, A müəssisəsi tərəfindən həmin əmlak satılarkən əvəzləşmiş ƏDV məbləği yenidən hesablanmalıdırmı?  (əmlak satışı, ƏDV, mənfəət vergisi)

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Hüquqi şəxs tərəfindən balansında olan daşınmaz əmlakın təqdim edilməsi zamanı həmin əmlakın təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilir və bu təqdim etmədən əldə edilən gəlirlər mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərə aid edilmir. Eyni zamanda aparılmış əməliyyat ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə ƏDV ödənilib əvəzləşdirildiyi halda ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləği təqdim etmənin baş verdiyi ayın ƏDV bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 3.5-ci150.1.9-cu159-cu218.4.3-cü, 219.3-1-ci və 219.5-ci maddələri.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmlak satışı, ƏDV, mənfəət vergisi

DGK avqustda büdcəyə ödənişlərini 20%-ə yaxın artırıb

posted in: Xəbər | 0

büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükBu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 394,802 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,996 milyon manat və ya 19,7% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 10,787 milyon manat və yaxud 12,55% artaraq 96,723 milyon manat olub.

ƏDV üzrə daxilolmalar 52,066 milyon manat və yaxud 23,6% artaraq 272,302 milyon manat, aksizlər 2,206 milyon manat və yaxud 11% artaraq 22,255 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 64 min manat və yaxud 1,8% azalaraq 3,522 milyon manat təşkil edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
DGK