Sosial fonda ödəmələrdə vahid sistem tətbiq oluna bilər

posted in: Xəbər | 0

sosial fond,Milli Məclisin deputatı Vahid Əhmədov Amerikanın Səsinə müsahibəsində vergi islahatlarından danışıb (sosial fond)

Sual: Son bir ildə aparılan vergi islahatları ölkədə kölgə iqtisadiyyatının azaldılmasına kömək edibmi?


Amma, demək ki, kölgə iqtisadiyyatı əhəmiyyətli dərəcədə azalacaq, bunu demək mümkün deyil.


Vahid Əhmədov: Ümumiyyətlə Azərbaycanda kölgə iqtisadiyyatı ilə əlaqədar müxtəlif rəqəmlər səsləndirilir. Rəsmi statistika başqa rəqəm deyir. Amma, bizim apardığımız analizlər başqa rəqəm göstərir. Son zamanlar aparılan vergi islahatları, hansı ki, biz 2017-ci ildə başladıq, əsas məqsəd kölgə iqtisadiyyatını müəyyən qədər azaltmaqdan ibarət idi. Yəni insanlar, sahibkarlar əmək haqlarını gizlədirdilər, əlavə vergi ödəmək istəmirdilər. Bu islahatlar həyata keçiriləndən sonra, hesab edirəm ki, kölgə iqtisadiyyatına müəyyən qədər təsirini göstərdi. Amma, demək ki, kölgə iqtisadiyyatı əhəmiyyətli dərəcədə azalacaq, bunu demək mümkün deyil.

Sual: Dövlət rəsmiləri vergi islahatlarının sahibkarların vergi yükünü azaldacağını bəyan edirdi. Amma, yeni islahatlar sadələşdirilmiş vergi ödəyicilərinin əhatəsini daraltdı və nəticədə, əksinə vergi yükünü artırdı. Buna münasibətiniz necədir?

Vahid Əhmədov: Vergi islahatlarının keçirilməsində bir neçə məqsəd var idi. Əsas məqsəd ondan ibarət idi ki, vergidən yayinmalarla bağlı məsələlər aradan qaldırılsın. Yəni, siz bilirsiniz ki, əmək haqqından vergilər şox yüksək olduğu üçün insanlar, yəni sahibkarlar vergini gizlədirdilər. İşləyən insanların sayını da gizlədirdilər. Az əmək haqqı yazırdılar ki, az vergi ödəsinlər. Amma, indi müəyyən bir hədd müəyyən edildi. O həddə uyğun olaraq vergi sistemində dəyişikliklər əldə edildi. Mən deməzdim ki, vergi sistemində dəyişikliklər ediləndən sonra sahibkarların müıyyən qədər yükü artdı. Elə deyil. Amma, müəyyən müsbət nəticələri oldu. Çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil oldu. Müəyyən qədər də gizli iqtisadiyyatın qarşısı alındı.

Sual: Son bir neçə ayda minimum əmək haqlarının artırılması fərdi sahibkarların sosial fonda ödmələrini də artırıb. Belə ki, fiziki şəxslərin sosial fonda ödəmələri il ərzində 26 manatdan 50 manata qalxıb, 2020-ci ilin yanvarından isə 65 manat olacaq. Göründüyü kimi sahibkarların gəlirləri artmadığı halda sosial fonda ödəmələri və digər vergi öhdəlikəri artır? Sizcə minimum əmək haqqının artırılmasının sosial fonda ödəmələrə təsir etməməsi üçün vahid bir rəqəm götürmək mümkündürmü?


Təkliflər vermişik ki, ümumiyyətlə vahid bir sistem müüəyyən edilsin. Sahibkarlar vahid sitemlə ödəmə həyata keçirsinlər. Daha minimum əmək haqqı artıqca ödəmələr artmamalıdır.


Vahid Əhmədov: Ümumiyyətlə, bu məsələ müzakirə olunur. Əvvəl də müzakirə olunub. Çünki minimum əmək haqqı artırılanda tarif cədvəlində bütün işə gedənlərə, o cümlədən sahibkarlara çox ciddi təsiri olur. Yəni ödəmələrdə artımlar baş verir. Sizin qeyd etdiyiniz kimi, o artımlar hiss olunur. Ona görə də biz də belə bir təkliflər vermişik ki, ümumiyyətlə vahid bir sistem müüəyyən edilsin. Vahid bir ödəmə sistemi müəyyən olunsun. Sahibkarlar vahid sitemlə ödəmə həyata keçirsinlər. Daha minimum əmək haqqı artıqca ödəmələr artmamalıdır. İnsanlar elə bir ödmə apara bilsinlər ki, minimum əmək haqqından ciddi surətdə asılı olmasın. Minimum əmək haqqının artırılması ondan ötrüdür ki, tarif cədvəli ilə maaş alan insanların müəyyən qədər yaşayış şəraiti yaxşılaşsın. Amma, sizin verdiyiniz suala uyğun olaraq vahid ödmə sistemi tətbiq oluna bilər.

Mənbə: www.amerikaninsesi.org


Vakansiya: Mühasib – Cəsarətoğlu MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya, mühasib, mezuniyyet məzuniyyət qeyri-rezident vergi öhdəliyiVakansiya: Mühasib.

İşəgötürən: Cəsarətoğlu MMC.

İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Mal-materialların uçotunun aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– Mühasibatlıq modulu üzrə (mədaxil, məxaric, anbar əməliyyatı) 1C əməliyyatlarının aparılması
– Xidmət və mal-material alışlarının 1C proqramına daxil edilməsi
– Əmək haqqı müsahibə əsasında fərdi təyin olunacaq
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – cümə; 09:00-dan 18:00-dək; Şənbə, Bazar – istirahət

Xarici ölkədə ödənilən verginin Azərbaycanda vergi ödənilərkən nəzərə alınması

posted in: Vergi, Xəbər | 0

vergi mecellesi, vergi məcəlləsi, vergi öhdəliyi, əmlak, ayrıca şəxs, Vergi məcəlləsi, nəqliyyat xidməti, Hüquqi şəxs vergi məcəlləsi əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftVergi Məcəlləsinin 127-ci maddəsi xarici ölkədə ödənilən verginin Azərbaycanda vergi ödənilərkən nəzərə alınmalı olan qaydalarını müəyyənləşdirir. Məcəllənin 127.1-ci maddəsinə əsasən, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır və 127.2-ci maddəyə əsasən, Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi rezidentlərin Azərbaycanda vergi ödəyərkən xarici ölkədə ödədikləri verginin nəzərə alınması qaydalarını müəyyən etməkdən ibarətdir, yəni ikiqat vergitutmanı aradan qaldırmaqdır. Belə ki, Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, rezident vergi ödəyicilərinin gəlirləri Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirlərdən ibarətdir. Azərbaycan Respublikasının rezidenti digər ölkələrdə Azərbaycan mənbəyindən olmayan gəlirlərindən həmin ölkələrin qanunvericiliyinə əsasən vergi ödəyir.

Vergi Məcəlləsinin 127.1 və 127.2-ci maddələrinin müddəalarına uyğun olaraq, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Lakin nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır. Nəzərə alınan məbləğ fiziki şəxslərin gəlir vergisi bəyannaməsinin 1247-ci sətrində (“Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan gəlir vergisinin məbləği”) və hüquqi şəxslərin mənfəət vergisi bəyannaməsinin 245-ci sətrində (“Xarici ölkə¬lərdə ödənilmiş və nəzərə alınan mənfəət (gəlir) vergisinin məbləği”) göstərilir.

Misal 1. Azərbaycan rezidenti olan fiziki şəxs gəlir vergisi dərəcəsinin 15 faiz olduğu ölkədə kommersiya fəaliyyəti ilə məşğul olur. Bu fiziki şəxs həmin ölkədəki fəaliyyətindən cari ildə 10.000 manat ekvivalentində gəlir əldə edib. Onun kommersiya fəaliyyəti ilə məşğul olduğu ölkədə ödədiyi gəlir vergisinin məbləği 1.500 manat (10.000 x 15% = 1.500) təşkil edib. Bu halda Azərbaycanda vergi ödənilərkən nəzərə alınacaq vergi məbləğini müəyyən edək.

Azərbaycan qanunvericiliyinə əsasən, bu məbləğdən ödənilməli olan gəlir vergisinin məbləği 2.000 manat (10.000 x 20% = 2.000) olduğundan, həmin fiziki şəxs xarici ölkədə verginin tutulduğunu təsdiq edən sənəd təqdim etməklə ödəməli olduğu verginin məbləğini xaricdə ödənilmiş 1.500 manat (10.000 x 15% = 1.500) məbləğində azalda bilər. Bu halda ödənilməli olan verginin məbləği 500 manat (2.000 – 1.500 = 500) təşkil edəcək.

Misal 2. Azərbaycan rezidenti olan müəssisə öz daimi nümayəndəliyi vasitəsilə mənfəət vergisi dərəcəsinin 22 faiz olduğu ölkədə kommersiya fəaliyyəti ilə məşğul olur. Bu müəssisə həmin ölkədəki fəaliyyətindən cari ildə 30.000 manat ekvivalentində mənfəət əldə edib. Onun daimi nümayəndəliyinin yerləşdiyi ölkədə ödədiyi mənfəət vergisinin məbləği 6.600 manat (30.000 x 22% = 6.600) təşkil edib. Bu halda Azərbaycanda vergi ödənilərkən nəzərə alınacaq vergi məbləğini müəyyən edək.

Azərbaycan qanunvericiliyinə əsasən, bu məbləğdən ödənilməli olan mənfəət vergisinin məbləği 6.000 manat (30.000 x 20% = 6.000) olduğundan, həmin fiziki şəxs xarici ölkədə verginin tutulduğunu təsdiq edən sənəd təqdim etdikdə xaricdə ödənilmiş 6.600 manat (30.000 x 22% = 6.600) mənfəət vergisinin 6.000 manatı (30.000 x 20% = 6.000) Azərbaycanda vergi ödənilərkən nəzərə alınacaq, 600 manatı (6.600 – 6.000 = 600) isə nəzərə alınmayacaqdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi

Vakansiya: “Data Analitik” tələb olunur

posted in: Maliyyə, Vakansiya, Xəbər | 0

Vakansiya: “Data Analitik” tələb olunur.

İş barədə məlumat
  • Satışların, kredit portfelinin və müxtəlif biznes proseslərin dövrlük müqayisəli analitik hesabatlarının hazırlanması
  • MİS-in (Management İnformation System) qurulması və işləkliyinin təmin edilməsi
  • Verilmiş qərarların, edilmiş dəyişiklişlərin hazırki biznes proseslərə və satışlara təsirinin qiymətləndirilməsi

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

– İş qrafiki: I-V günlər, 09:00-18:00

– Əmək haqqı: 1500 AZN

Namizədə tələblər
  • Ali təhsil
  • Analitika sahəsində iş təcrübəsi – ən azı 1 il
  • Microsoft Excel – professional səviyyədə biliklər
  • Analitik düşüncə tərzi
  • Data Analysis sahəsində iş təcrübəsi
  • 1C bilikləri

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Data Analitik” qeyd edərək CV formasını / elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, data analitik